Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
25 Fevral 17:35
Şərh Yoxdur
6368

Hər kim “Ayətül-kürsü”nü hər bir vacib namazdan sonra oxuyarsa, heç bir şey behiştə daxil olmasına mane olmaz

«Ayətül-kürsü» Quranın ən fəzilətli ayələrindən biridir. Bu ayələrin çox böyük bərəkətləri, maddi və mənəvi nəticələri vardır. Bu fəzilətlərlə tanış olaq:

 

1. Qəbirdə nuranilik. İmam Sadiq (ə) buyurur: “O zaman ki, mömin «Ayətül-kürsü» ayəsini oxumağın savabını qəbir əhlinə hədiyyə edər, Allah bu ayədə olan hər hərfə görə mələk qərar verər ki, qarisi üçün Qiyamətə qədər təsbih etsin. Ona 60 peyğəmbərin savabını verər və Allah şərqdən qərbə qədər olan hər bir qəbirdə nurdan olan 40 şam qərar verər və qəbirlərini genişləndirər”. (Tebyan/Deyerler)

 

2. Behiştə daxil olmaq. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim «Ayətül-kürsü»nü hər bir vacib namazdan sonra oxuyarsa, heç bir şey behiştə daxil olmasına mane olmaz, məgər ölüm”. (Bu söz bir vurğudur ki, bu cür insan ölən zaman məhz behiştə gedər).

 

3. Yatan zaman oxumaq. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim «Ayətül-kürsü»nü yatan zaman oxuyarsa Allah ona, evinə, qonşularının evinə aman verər”.

 

4. Namazın qəbul olması. Peyğəmbər (s) buyurur: “Hər kim «Ayətül-kürsü»nü hər bir vacib namazından sonra oxuyarsa, namazı qəbul olar və Allahın amanında olar”.

 

5. Dəstəmazdan sonra. İmam Baqir (ə) buyurur: “Hər kim dəstəmaz alandan sonra bir dəfə «Ayətül-kürsü» oxuyarsa, Allah 40 il ibadətin savabını ona əta edər. Məqamı 40 dərəcə yuxarı qalxar”.

 

6. Hacətin yerinə yetməsi. Əmirəl-möminin (ə) buyurur: “Nə zaman sizlərdən birinizin hacəti olar, cümə axşamı gününün sübhü onun ardınca getsin. Çünki Peyğəmbər (s) duasında buyurmuşdur: “Allahım, ümmətimin cümə axşamı gününün sübhündə bayıra çıxmasına bərəkət ver”. Evindən çıxan kimi “Ali-İmran” surəsindən ayələri, «Ayətül-kürsü»nü və “Qədr” surəsini oxusun”.

 

7. İlahi rəhmət. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim «Ayətül-kürsü»nü hər namazdan sonra oxuyarsa, 7 səma yarılar və bir-birinə qovuşmaz, məgər o halda ki, Allah onu oxuyana rəhmət nəzəri salar. Ondan sonra mələyi vəzifələndirər ki, o andan həmin günün sabahına qədər yaxşı işlərini yazsın və pis işlərini məhv etsin”.

 

8. Mal və candan bəlanı dəf edər. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim “Bəqərə” surəsinin ilk dörd ayəsini, «Ayətül-kürsü»nü və ondan sonrakı iki ayəni və bu surənin son üç ayəsini oxuyarsa, özü və malı heç bir bəlaya düçar olmaz. Şeytan ona yaxınlaşmaz və Quranı unutmaz”.

 

9. Xəstəliyə mane olar. İmam Rza (ə) buyurur: “Hər kim yatan zaman «Ayətül-kürsü»nü oxuyar, iflic olmaqdan qorxusu olmaz. Hər kim onu hər namazdan sonra oxuyarsa, heç bir zəhərli sürünən ona ziyan vurmaz”.

 

10. Tək olan zaman. Əhli-Beytdən (ə) nəql edirlər: “Hər kim gecəni evdə tək qalarsa, gərək «Ayətül-kürsü»nü oxusun və desin: Allahım! Qorxumu sakitləşdir və tənhalığımda yardım et””.

 

11. Səfərə çıxan zaman. İmam Sadiq (ə) buyurur: “Səfəri sədəqə vermək və ya «Ayətül-kürsü»nü oxumaqla başla”.

 

12. Qəm və qüssəni aradan aparar. İmam Əli (ə) nəql edir ki, Peyğəmbər (s) o zaman ki, qəmli olardı, «Ayətül-kürsü»nü oxuyandan sonra bu duanı edərdi və deyərdi: “Elə bir müsəlman yoxdur ki, bu duanı üç dəfə oxusun, məgər o halda ki, istədiyini əldə edər”:

یا حَىُّ یا قَیِوم، یا حَیّا لایَموت، یا حَىَّ لا اِلهَ اِلا انت كاشِفَ الهَمّ، مُجیبَ دَعوة المُضطَرین، اَسالُكَ بِانَّ لكَ الحَمد لا اِله اِلا انت، المَنّان، بَدیع السموات والارض، ذوالجلال و الاكرام، رَحمان الدنیا والاخرة و رَحیمها ربِّ ارحَمنى رَحمَةً تُغنینى بِها عَن رَحمةٍِ مِن سِواكَ یا ارحمَ الراحمین

(Ya Həyyu Ya Qəyyum, Ya Həyyən la yəmut, Ya Həyyə la ilahə ila əntə kaşifəl həmmi, Mucibə dəvətəl-muztərrin, Əsəlukə bi ənnə ləkəl həmd, La ilahə illa əntə, əlmənnan, bədius-səmavati vəl ərzi, zulcalali vəl ikram, rəhmanud-dunya  vəl axirəti, və rəhimuha, rəbbir-həmni rəhmətən tuğnini biha ən rəhmətin minsivakə ya ərhəmər-rahimin.)

 

www.ahliman.info

Digər “Qurani Kərim ” Xəbərləri

Eyni ayədə saleh əməlin, namazın və zəkatın bir yerdə bəyan olmasının səbəbi

“Həqiqətən iman gətirib yaxşı işlər görən və namaz qılıb zəkat verən kəslərin Rəbbi yanında məqamlarına uyğun mükafatları vardır və (axirətdə) onlar üçün... Davamı..

“Yasin” surəsinin misilsiz fəzilətləri

Hədilsərdə oxuyuruq ki: “Hər bir şeyin qəlbi vardır və Quranın qəlbi isə “Yasin” surəsidir”. Bu hədisin mənası budur ki, əgər insan İlahi... Davamı..

Allah-təala özünü Qurani-kərimdə göstərmişdir

İmam Sadiqdən (ə) elə bir kəlam vardır ki, əgər onun dərinliyinə diqqət yetirə bilsək, lərzəyə düşərik! Həzrət buyurur: “Həqiqətən də Allah-təala bəndələrə... Davamı..

Qurani Kərimdə Əba Əbdillahın (ə) surəsi: Kim bu surəni oxuyarsa…

“Fəcr” surəsi Quranın 89-cu surəsidir, Məkkidir (Məkkədə nazil olub) və 30 ayəsi vardır. İmam Sadiq (ə) buyurur: ““Fəcr” surəsini vacib və müstəhəb... Davamı..

Gözdəymədən qoruyar, ruzini artırar – “Qul” ilə başlayan 4 surənin bərəkətləri

Əziz Peyğəmbərimiz (s) və İmamlarımız (ə) bizə “Qul” ilə başlayan 4 surəni hər gün oxumağı tövsiyə edirlər və bu surələr ibarətdir: “Kafirun”,... Davamı..

Quranın bəzi surələrinin oxunuşunun savabı (2-ci hissə)

1-“Məariç” surəsi: Bu surəni oxumaq insanı Şeytanın şərrindən qoruyub saxlayır.   2-“Nuh” surəsi: Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs “Nuh” surəsini oxuyub,... Davamı..

Quranın bəzi surələrinin oxunuşunun savabı (1-ci hissə)

1-“Fatihə” surəsi: Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs “Fatihə” surəsini oxusa, Allah-taala ona nazil olmuş bütün ayələrin tilavətinin savabını verər.” ( “Təfsiri... Davamı..

Bu surəni 1 dəfə oxumaq, Quranı 10 dəfə xətm etmək kimidir

Bəşər həyatı çətinliklərlə doludur. İnsan bu çətinlikdən çıxmağın yollarını axtarır. Bu yolda mənəviyyata üz tutanlar, həmin çətinliklərdən xilas ola bilirlər. Qurani-Kərim –... Davamı..