“Ğafir” surəsi – Quranın 40-cı surəsidir ki, Məkkədə nazil olmuşdur və 85 ayəsi vardır. Bu surənin başqa adı “Mömin”dir.
Həzrət Peyğəmbər (s) bu surənin fəziləti haqqında buyurur: “Hər kim “Ğafir” surəsini oxuyar, bütün peyğəmbərlərin (ə), siddiqlərin və möminlərin ruhu ona salam göndərər və Allah yanında onun üçün bağışlanma istəyərlər”. (Tebyan/Deyerler)
Həzrət Rəsuli-Əkrəm (s) buyurur: “Ərşi həml edən mələkləri gördüm ki, “Ğafir” surəsini tilavət edirdilər”.
İmam Sadiq (ə) buyurur: “Hər kim hər gecə “Ğafir” surəsini oxuyar, Allah onun keçmiş və gələcək günahlarını bağışlayar, onu təqva ilə bir yerdə qərar verib və axirətini dünyasından daha yaxşı edər”.
Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim “Ğafir” surəsini oxuyar, Qiyamət gününə elə daxil olar ki, Allah onun ümidini kəsməmişdir və o şeyi ki, dünyada Ondan qorxanlara əta edər, ona da əta edər”.
Bu surənin bərəkətləri:
1. Xeyirlər artar. Hər kim bu surəni yazar və bağının divarına asar, yam-yaşıl və bol meyvəli olar. Əgər bu yazını mağazasında asarsa alış-verişi çoxalar. İmam Sadiq (ə) buyurur: “Hər kim bu surəni gecəni yazar və bağda qərar verərsə bərəkəti artar. Onun yam-yaşıl, gözəl və yaxşı olmasına səbəb olar. Əgər mağazasının divarına asarsa, orada çoxlu alış-veriş olar. Əgər xəstəlik üçün yazılarsa xəstəlik aradan qalxar”.
2. Pisliklərin uzaq olar. Həzrət Peyğəmbər (s) buyurur: “”Ğafir” surəsinin 1-3-cü ayələrini, “Ayətül-kürüsü”nü, “Həmd” surəsini oxumaq pisliklərin və bəlaların uzaq olmasına səbəb olar”.
www.ahliman.info