Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
5 Fevral 17:51
2 Şərh
2887

Sübh namazını vaxtında qılmağın yolları

Namaz əslində insanın Allahla yaxın olmasının ən gözəl fürsətidir. Bu, elə bir tövfiqdir ki, Həqiqi Dost tərəfindən bəndələrinə əta edilmişdir. “Şübhəsiz, bu Mənəm – tək Allah ki, Məndən başqa bir məbud yoxdur. Buna görə də Mənə ibadət et və namazı Məni anmaq üçün qıl!”. (“Taha” 14).

Allah Təala Həzrət İbrahimin (ə) dili ilə belə buyurur: «Ey Rəbbim, məni namaz qılanlardan et, həmçinin övladlarımdan (da namaz qılanlar et)! Ey Rəbbimiz, duamı qəbul et!». (“İbrahim” 40).

 

Allah Təala başqa bir ayəsində münafiqlərin ən bariz sifətinin namazda tənbəlik etdikləri olduğunu bəyan etmişdir. “Onlar namaza durarkən (yerlərindən) süst qalxır, camaatla (ünsiyyətdə olarkən) riyakarlıq edir və Allahı çox az yada salırlar”. (“Nisa” 142).

Namazların içində sübh namazının özünəməxsus yeri vardır. Qurani-Kərim buyurur: “Həmçinin sübh namazını (və onun nafiləsini də qıl). Həqiqətən sübh namazı (gecə və gündüz mələkləri tərəfindən yazılmaq üçün) müşahidə olunur”. (“İsra” 78).

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim sübh namazını qılmaz – Quran ondan bezar olar. Hər kim zöhr namazını qılmaz – İlahi peyğəmbərlər (ə) ondan bezar olar. Hər kim əsr namazını tərk edər – mələklər ondan bezar olar. Hər kim məğrib namazını qılmaz – din ondan bezar olar. Hər kim işa namazını tərk edər – Aləmlərin Allahı ondan bezar olar”. (Tebyan/Deyerler)

 

İmam Zaman ağa (ə.f) onunla görüşən gələn şəxsə belə buyurur: “Allahın rəhmətindən uzaqdır o kəs ki, sübh namazını o yerə qədər təxirə salar ki, ulduzlar görünməz olar. Məğrib namazını o qədər təxirə salar ki, ulduzlar zahir olar”.

Sübh namazını əvvəl vaxtda qılmaq başqa namazlardan daha çətindir. Belə ki, insan isti yatağını və yumşaq yorğanını qoyub, namaza durmağa çətinlik çəkir. Lakin əgər bəndə bilsə ki, bu zamanın nə qədər fəziləti vardır, heç bir zaman onu təxirə salmazdı.

Həzrət Peyğəmbər (s) buyurur: “Elə bir bəndə yoxdur ki, namazın vaxtına və günəşin vəziyyətinə əhəmiyyət versin, məgər o halda ki, ölən zaman rahatlığı, qəm və qüssələrin aradan getməsini və atəşdən nicat tapmağını onun üçün zəmanət edirəm”.

Əgər sübh namazına vaxtında durmaq istəyiriksə, gərək Allahı tanıyaq və Onunla bağladığımız əhdə vəfa edək. Dostumuzla görüşmək istəyən zaman onunla vaxt təyin edirik və həmin vaxtda görüşə gedirik. Biz gərək Allahla bağladığımız əhdə əhəmiyyət verək və onunla vaxtında görüşməyə gedək.

Çox təəssüf ki, dostumuzla keçirtdiyimiz zamanlardan aldığımız ləzzəti ibadətlərimizdə ala bilmirik. Çünki Həqiqi Dostu yaxşı tanımırıq. Əgər bizə deyilsə ki, dostunla filan saatda görüşəcəksən, elə gecədən özümüzü həmin saatda durmağa hazır edərik. Lakin biz həqiqətən də Allahı yaxşı tanımadığımıza görə və Onu tanımağa və mərifət əldə etməyə cəhd etmədiyimizə görə, Onunla görüşə gecikirik və bəzən də təxirə salırıq.

Ona görə də qəlbimizdə ilk olaraq Allah sevgisinə yer açmalıyıq. Əgər bu sevgini qəlbimizə həkk etməsək, sübh namazına durmaq bizim üçün çətin olacaqdır.

Bundan əlavə, Məsumlar (ə) bizə bəzi tövsiyələr verirlər ki, əgər onlara diqqət etsək, bizim üçün faydalı olar. Belə ki, Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim gecə ibadət üçün qalxmaq istəyirsə, yatağında yatan zaman desin: “Bismillah. Allahım, məni Öz məkrindən asudə etmə, yada salmağını xatirimdən aparma, məni qafillər dəstəsindən qərar vermə, mən filan saatda qalxım”. Həqiqətən, Allah Təala onun üçün mələk təyin edər ki, onu həmin saatda ayıltsın”.

Həzrət İsa (ə) buyurur: “Ey Bəni-İsrayil! Həddən artıq çox yeməyin! Hər kim çox yeyər, çox yatar. Hər kim çox yatar, az namaz qılar. Hər kim az namaz qılar, qafillərin zümrəsindən hesab olunar”.

İmam Sadiq (ə) buyurur: “Elə bir insan yoxdur ki, “Kəhf” surəsinin son ayəsini (110) yatan zaman oxusun, məgər o halda ki, istədiyi saatda yuxudan ayılar”.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

“Bismillah”ı namazda möhkəmdən demək hamıya bəlli edər ki, bu əməl lazımlı əməldir

Ayətullah Behcət buyurur: “Allahın bütün şüarları – əlamətdir. Nəyin əlamətidirlər? Misal üçün başını torpağa qoymaq – səcdə olunan Varlığı tanımağa və yadına... Davamı..

Həzrət Rəsulullah: “Kim Аllаhlа görüşməyi istəsə, Аllаh dа оnunlа görüşmək istər”

Dаvudun (ə) хəbərləri bаrədə dеyilir ki, Аllаh оnа vəhy buyurmuşdur: “Еy Dаvud! Mən müştаqlаrın qəlbini öz rаzılığımdаn yаrаtdım və оnlаrı zаtımın nuru... Davamı..

Valideynin bağışlanması üçün qılınan namaz

Ata və ananın övladı üzərində olan haqlarından biri də budur ki, onlar vəfat edəndən sonra onların qəza namazlarını qılsınlar, qəza oruclarını tutsunlar,... Davamı..

Rəcəbəli Xəyyat: Dörd ildir ki, sən bir dəfə də olsun bacına baş çəkməmisən!

Ustad Abdullah Fatimi Niya buyurur: Tehranda yaşayan saleh bəndə və bəsirət sahiblərindən biri mənə nəql etmişdi ki, bu danışdığım əhvalat inqilabdan öncə baş... Davamı..

Maddi, mənəvi, fiziki, ruzi və bir çox problemlərin həlli üçün həzrət Əlidən (ə) nəql olunan bu duanı oxuyun

Üveys Qərəni duası Şiə dua kitablarında keçən rəvayətlərə görə, Üveys Qərəninin İmam Əlidən (ə) hədis etdiyi bu duanı oxumaq bir çox dünyəvi... Davamı..

Allahı yad və zikr etmək Şeytanın hiyləsini zəiflədərək məhv edir

Allah-təala Qurani-Kərimdə şeytanın dilindən belə buyurur: “İblis dedi: Belə isə məni azdırdığına görə, mən də mütləq  Sənin düz yolunun başında, onların pusqusunda... Davamı..

İmam Əli (ə): Fаydаsız işləri kənаrа аtmаq хеyirli işlərə çаtmаğа səbəb оlаr

“О kəslər ki, bоş şеylərdən üz döndəriblər.”1 “О kəslər ki, yаlаn yеrə şəhаdət vеrməz və bоş şеylərlə rаstlаşsаlаr, böyüklüklə ötüb kеçərlər.”2 Həzrət... Davamı..

Kimsə yoxsulluq qorxusundan borcunu qaytarmazsa, Allah onu yoxsul edər

Bu gün texnologiya və elm inkişaf etsə də, insanların maddi çətinlikləri artmaqdadır. Bu gün cəmiyyətdə ən mühüm problem – yoxsulluq və insanların... Davamı..