Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
29 Yanvar 14:07
Şərh Yoxdur
3352

Xəstəliyin yaxşılaşmasına, qorxunun aradan getməsinə yardım edər – “Zariyat” surəsinin fəzilətləri

“Zariyat” surəsi – Quranın 51-ci surəsidir ki, Məkkədə nazil olmuş və 60 ayəsi vardır.

Həzrət Peyğəmbər (s) bu surə ilə bağlı buyurur: “Hər kim “Zariyat” surəsini oxuyar, dünyada əsən küləklərin on bərabəri qədər ona on həsənə verilər”.

İmam Sadiq (ə) buyurur: “Hər kim “Zariyat” surəsini oxuyar, parlayan çıraq kimi qəbirdə nurani olmasına səbəb olar”.

İmam Cəfər Sadiq (ə) başqa yerdə buyurur: “Hər kim “Zariyat” surəsini oxuyar, Allah məişət işlərini islah edər, ona çoxlu ruzi əta olunar”.

Bu surənin bərəkətləri:

1. Xəstəliklərin yaxşılaşması. İmam Sadiq (ə) buyurur: “Əgər bu surəni yataqda olan xəstə yanında yazsanız, Allah ona ciddi şəkildə asanlıq edər”.

2. Qorxunu aradan aparar. Həzrət Peyğəmbər (s) buyurur: “Əgər “Zariyat” surəsini çini və ya billur qaba yazsalar və yuyub suyunu içsələr, qorxu aradan qalxar. Əgər çətin doğumu olan qadına yazıb boynundan assalar, tezliklə doğar”.

 

www.ahliman.info

Digər “Qurani Kərim ” Xəbərləri

Eyni ayədə saleh əməlin, namazın və zəkatın bir yerdə bəyan olmasının səbəbi

“Həqiqətən iman gətirib yaxşı işlər görən və namaz qılıb zəkat verən kəslərin Rəbbi yanında məqamlarına uyğun mükafatları vardır və (axirətdə) onlar üçün... Davamı..

“Yasin” surəsinin misilsiz fəzilətləri

Hədilsərdə oxuyuruq ki: “Hər bir şeyin qəlbi vardır və Quranın qəlbi isə “Yasin” surəsidir”. Bu hədisin mənası budur ki, əgər insan İlahi... Davamı..

Allah-təala özünü Qurani-kərimdə göstərmişdir

İmam Sadiqdən (ə) elə bir kəlam vardır ki, əgər onun dərinliyinə diqqət yetirə bilsək, lərzəyə düşərik! Həzrət buyurur: “Həqiqətən də Allah-təala bəndələrə... Davamı..

Qurani Kərimdə Əba Əbdillahın (ə) surəsi: Kim bu surəni oxuyarsa…

“Fəcr” surəsi Quranın 89-cu surəsidir, Məkkidir (Məkkədə nazil olub) və 30 ayəsi vardır. İmam Sadiq (ə) buyurur: ““Fəcr” surəsini vacib və müstəhəb... Davamı..

Gözdəymədən qoruyar, ruzini artırar – “Qul” ilə başlayan 4 surənin bərəkətləri

Əziz Peyğəmbərimiz (s) və İmamlarımız (ə) bizə “Qul” ilə başlayan 4 surəni hər gün oxumağı tövsiyə edirlər və bu surələr ibarətdir: “Kafirun”,... Davamı..

Quranın bəzi surələrinin oxunuşunun savabı (2-ci hissə)

1-“Məariç” surəsi: Bu surəni oxumaq insanı Şeytanın şərrindən qoruyub saxlayır.   2-“Nuh” surəsi: Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs “Nuh” surəsini oxuyub,... Davamı..

Quranın bəzi surələrinin oxunuşunun savabı (1-ci hissə)

1-“Fatihə” surəsi: Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs “Fatihə” surəsini oxusa, Allah-taala ona nazil olmuş bütün ayələrin tilavətinin savabını verər.” ( “Təfsiri... Davamı..

Bu surəni 1 dəfə oxumaq, Quranı 10 dəfə xətm etmək kimidir

Bəşər həyatı çətinliklərlə doludur. İnsan bu çətinlikdən çıxmağın yollarını axtarır. Bu yolda mənəviyyata üz tutanlar, həmin çətinliklərdən xilas ola bilirlər. Qurani-Kərim –... Davamı..