Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
25 Yanvar 11:47
1 Şərh
8952

Dərdlərin dəvası, gözün şəfası, rahat yuxu, günahların bağışlanması – “Qədr” surəsinin fəzilətləri

Hər şeyin meyvəsi vardır və Quranın meyvəsi – “Qədr” surəsidir. Hər şeyin xəzinəsi vardır, Quranın xəzinəsi – “Qədr” surəsidir. Hər şeyin asan yolu vardır və yolda qalmışlar üçün asan yol – “Qədr” surəsidir. Hər şeyin isməti vardır və möminin isməti – “Qədr” surəsidir. Hər şeyin hidayəti vardır və salehlərin hidayəti – “Qədr” surəsidir. Hər şeyin sərvəri vardır və Quranın sərvəri – “Qədr” surəsidir. (Tebyan/Deyerler)

“Qədr” surəsi Quranın 97-ci surəsidir ki, Məkkədə nazil olmuşdur və beş ayəsi vardır.

İmam Muhəmməd Baqir (ə) bu surə haqqında buyurur: “Hər kim “Qədr” surəsini yüksək səslə oxuyarsa, onun kimidir ki, qılıncını Allah Təala yolunda çəkmişdir. Hər kim bu surəni ahəstə oxuyarsa, onun kimidir ki, Allah yolunda özünü qana boyamışdır. Hər kim bu surəni on dəfə oxuyarsa, Allah onun günahlarını məhv edər”.

İmam Sadiq (ə) buyurur: “Hər kim bu surəni vacib namazlarında oxuyarsa, onu Allah tərəfindən səsləyən səsləyər və deyər: “Ey Allah bəndəsi! Allah sənin keçmiş günahlarını bağışladı, ona görə də əməllərinə başdan başla””.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim bu surəni oxuyarsa, ona Ramazan ayının oruc tutan və Qədr gecəsini oyaq qalan insanın savabından verilər”.

İmam Sadiq (ə) buyurur: “Qiyamət günü möminlərin qarşısında olan nur – “Qədr” surəsinin nurudur”.

İmam Baqir (ə) buyurur: “Hər kim hər gecə “Qədr” surəsini 100 dəfə oxuyarsa, səhər başlamazdan əvvəl behişti görər”.

“Qədr” surəsinin bərəkətləri.

1. Dərdlərin dəvasıdır. İmam Sadiq (ə) buyurur: “Hər kimin dərdi varsa yeni bir kuzə götürsün və ona su töksün və özü bu işi görsün, sonra “Qədr” surəsini tərtillə 30 dəfə həmin suya oxusun. O sudan içsin və onunla dəstəmaz alsın və onun vasitəsilə üzünə və ayaqlarına məsh çəksin. Hər nə qədər bu sudan azalsa, o qədər ona əlavə etsin. Üç gün keçməz ki, Allahın izni ilə dərdi dərman olar”.

2. Gözün görməsi. İmam Sadiq (ə) buyurur: “Hər kim “Qədr” surəsini suya oxuyarsa və həmin sudan içərsə, Allah onun gözündə nur qərar verər”.

3. Rahat yuxu. İmam Sadiq (ə) buyurur: “İşa namazından sonra “Qədr” surəsini 15 dəfə oxuyun ki, gələn gecəyə qədər İlahi amanda olasınız. Hər kim yatmazdan əvvəl bu surəni 7 dəfə oxuyarsa, səhərə qədər amanda olar”.

4. Duanın yerinə yetməsi. İmam Cavad (ə) buyurur: “Hər kim “Qədr” surəsini oxuyar və sonra dua edərsə, duası Lövhi-məhfuzda yerinə yetmiş yazılmış olar”.

5. Günahların bağışlanılması. İmam Sadiq (ə) buyurur: “Hər kim “Qədr” surəsini vacib namazlarından birində oxuyarsa, carçı car çəkər: “Ey Allah bəndəsi! Keçmiş günahların bağışlanıldı, ona görə də əməllərinə başdan başla””.

 

www.ahliman.info

Digər “Qurani Kərim ” Xəbərləri

Eyni ayədə saleh əməlin, namazın və zəkatın bir yerdə bəyan olmasının səbəbi

“Həqiqətən iman gətirib yaxşı işlər görən və namaz qılıb zəkat verən kəslərin Rəbbi yanında məqamlarına uyğun mükafatları vardır və (axirətdə) onlar üçün... Davamı..

“Yasin” surəsinin misilsiz fəzilətləri

Hədilsərdə oxuyuruq ki: “Hər bir şeyin qəlbi vardır və Quranın qəlbi isə “Yasin” surəsidir”. Bu hədisin mənası budur ki, əgər insan İlahi... Davamı..

Allah-təala özünü Qurani-kərimdə göstərmişdir

İmam Sadiqdən (ə) elə bir kəlam vardır ki, əgər onun dərinliyinə diqqət yetirə bilsək, lərzəyə düşərik! Həzrət buyurur: “Həqiqətən də Allah-təala bəndələrə... Davamı..

Qurani Kərimdə Əba Əbdillahın (ə) surəsi: Kim bu surəni oxuyarsa…

“Fəcr” surəsi Quranın 89-cu surəsidir, Məkkidir (Məkkədə nazil olub) və 30 ayəsi vardır. İmam Sadiq (ə) buyurur: ““Fəcr” surəsini vacib və müstəhəb... Davamı..

Gözdəymədən qoruyar, ruzini artırar – “Qul” ilə başlayan 4 surənin bərəkətləri

Əziz Peyğəmbərimiz (s) və İmamlarımız (ə) bizə “Qul” ilə başlayan 4 surəni hər gün oxumağı tövsiyə edirlər və bu surələr ibarətdir: “Kafirun”,... Davamı..

Quranın bəzi surələrinin oxunuşunun savabı (2-ci hissə)

1-“Məariç” surəsi: Bu surəni oxumaq insanı Şeytanın şərrindən qoruyub saxlayır.   2-“Nuh” surəsi: Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs “Nuh” surəsini oxuyub,... Davamı..

Quranın bəzi surələrinin oxunuşunun savabı (1-ci hissə)

1-“Fatihə” surəsi: Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs “Fatihə” surəsini oxusa, Allah-taala ona nazil olmuş bütün ayələrin tilavətinin savabını verər.” ( “Təfsiri... Davamı..

Bu surəni 1 dəfə oxumaq, Quranı 10 dəfə xətm etmək kimidir

Bəşər həyatı çətinliklərlə doludur. İnsan bu çətinlikdən çıxmağın yollarını axtarır. Bu yolda mənəviyyata üz tutanlar, həmin çətinliklərdən xilas ola bilirlər. Qurani-Kərim –... Davamı..