Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
14 Dekabr 18:46
Şərh Yoxdur
3697

Şeytan İmam Zaman ağanın (ə.f) vasitəsilə məhv ediləcəkdirmi?

Şeytanın (lən) kimin tərəfindən öldürüləcəyi mübahisəli mövzulardan biridir. Bu haqda bir neçə nəzər vardır. Onlardan biri də budur ki, şeytan İmam Zaman ağanın (ə.f) mübarək əlləri ilə məhv ediləcəkdir.

Şeytan (lən) Allahdan möhlət istəyən zaman Allah Təala ona buyurmuşdu: “(İblis) dedi: «Ey Rəbbim! Belə isə onların(qəbirlərdən)qaldırılacağı günə kimi mənə möhlət ver». (Allah) buyurdu: «Həqiqətən sən möhlət verilənlərdənsən, məlum vaxtın gününə (birinci surun çalınması ilə insanların üzərindən İlahi vəzifələrin götürüləcəyi günə) qədər»”. (“Sad” 79-81).

Bəzi ehtimallara görə, şeytan (lən) birinci surun çalınmasına qədər sağ qalacaqdır. Çünki ancaq o günü insanların üzərindən İlahi vəzifə götürüləcəkdir.(Deyerler)

Bəzi digər ehtimallara görə, “məlum vaxt” dedikdə o müəyyən vaxt nəzərdə tutulur ki, ancaq Allah bilir. Ondan savayı heç kəsin xəbəri yoxdur.

Bəzi ehtimallar da var ki, burada məqsəd – Qiyamət günüdür. Şeytan o günə qədər sağ qalmaq istəmişdir. Ancaq bu ehtimalı zəif hesab edirlər.

Ancaq İmamlardan (ə) gələn hədislərdə oxuyuruq ki, şeytan (lən) İmam Zaman ağanın (ə.f) əli ilə məhv ediləcəkdir. Belə ki, İmam Sadiq (ə) buyurur: “O zaman ki, bizim Qaim (ə.f) zühur edər və Kufəyə gələr, şeytan Həzrətin (ə.f) hüzuruna gələr. Diz çöküb deyər: “Vay olsun bu günə!”. Bu zaman İmam Zaman (ə.f) şeytanın alın tükündən yapışar və başını kəsər və onu həlak edər”.

Bəlkə də bu hədisdə şeytanın (lən) məhv edilməsi o mənadadır ki, İmam (ə.f) gələcək və yer üzündə fəsadın və fitnənin kökü kəsiləcəkdir. Onun yerində ədalət və iman hakim olacaqdır.

Həzrət Sadiq (ə) başqa yerdə buyurur: “Şeytan İsrafilin (ə) birinci ilə ikinci surunun arasında öləcəkdir”.

Bəzi alimlər isə iddia edirlər ki, şeytan insanın həyatda olduğu müddətdə olmalıdır ki, onları vəsəvəsə etsin və onlara savab və ya əzab qazandırsın. Əgər şeytan zühur zamanında öldürülərsə, insanların üzərindəki təklif götürülər.

Əllamə Təbatəbai buyurur: “İnsanın təklifi ilə şeytanın vəsvəsə etmək üçün var olması zəruri mövzulardan deyildir. Belə deyildir ki, o zamana qədər ki, insanın boynunda təklif olar, onu yolundan azdırmalıdır. Çünkü mümkündür ki, Allah insanlıq cəmiyyətini islah etsin və fəsadın kökünü kəssin. İnsanlar Allahdan qeyrisinə pərətiş etməsinlər. Bu zaman şeytan heç kəsi yolundan azdıra bilməz”. Başqa sözlə desək, şeytan vəsvəsəyə səbəb olmağına baxmayaraq, ancaq bütün vəsvəsəni şeytan etmir. Şeytan olmasa da, nəfsi-əmmmarə insanı vəsvəsə edər.

İdris peyğəmbərin (ə) səhifəsində Allahın adından belə yazılır: “Sən, ey şeytan! Sənə o zamana qədər möhlət verirəm ki, yer üzünü küfr, şirk və günahdan pak edəcəyəm. Ancaq bu zamanda sənin yerinə saleh və pak ürəkli, imanlı bəndələrim iş başına gələrlər. Onları xəlifə edərəm və yer üzünə hakim edərəm. Dinləri möhkəmdir və ancaq Mənə pərəstiş edərlər və heç bir şeyi Mənə şərik qoşmazlar. Həmin günü sən və ordunu piyadadan tutmuş minikdə olana qədər məhv edəcəyəm”.

Yəni, İmam Zaman ağanın (ə) hökumətində şeytanın hökuməti aradan gedəcəkdir.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

Sabah Xanım Zeynəbin (s.ə) mövlud günüdür

Bu gecə  İslam Peyğəmbərinin (s) nəvəsi, Kərbəla həqiqətlərini dünyaya çatdıran, Kərbəla səhnəsinin misilsiz qadın qəhrəmanı Həzrət xanım Zeynəbin (s.ə) mövlud günü daxil... Davamı..

İmam Məhdi (ə.f): Anamız Fatiməni ziyarət etmək istəsəniz, gedin Xanım Məsumənin qəbrini ziyarət edin!

Deyirlər ki, Ayətullahil-üzma Mərəşi Nəcəfinin atası qırx gün müddətində Səhlə və Küfə məscidlərində İmam Zamana (ə.f) təvəssül etmiş və sonda məqsədinə nail... Davamı..

İmam Zaman ağaya (ə.f) niyə Bəqiyyətullah deyilir?

Quran buyurur: “Əgər imanınız olsa, (başqasının haqqını verdikdən sonra) Allahın sizin üçün saxladığı şey daha xeyirlidir və mən sizə məmur və gözətçi... Davamı..

Bu gün həzrət Məsumənin (s.ə) vəfat günüdür

Bu gün Xanım Məsumənin vəfatı günüdür. Məsumə adı ilə məşhur olan kəramətli xanım İmam Kazımın (ə) qızıdır. Həmçinin İmam Rzanın (ə) bacısıdır. Bəzi mənbələrdə... Davamı..

Bu gün İmam Həsən Əsgərinin (ə) mövlud günüdür

İmam Həsən Əsgəri (ə) Məsum İmamların (ə) on birinci ulduzudur ki, 232-ci Hicri ilində rəbius-sani ayının 8-də  dünyaya gəlmiş və 260-cı hicri... Davamı..

Peyğəmbərimiz (s): “Mən Allahdan istəmişəm ki, dostlarımın ruzisini ehtiyacları qədər qərar versin”

“Ey Əbuzər! Mən Allahdan istəmişəm ki, dostlarımın ruzisini ehtiyacları qədər qərar versin, amma düşmənlərimin mal və övladlarını çox etsin”. İşarə edildiyi kimi,... Davamı..

Ustad Fatimi Niya: “Kim İmam Zamanı unudarsa, həmin şəxsə mütləq xəsarət dəyər”

Mərhum Ustad Abdullah Fatimi Niya buyurur: Həzrət İmam Zaman ağa (ə.f) Allahın izni ilə bu aləmin sahibidir, bizim nemətlərin də sahibidir. O, bu... Davamı..

Bu gün həzrət Muhəmmədin (s) və İmam Sadiqin (ə) mövlud günüdür – Mövlud gününün əməlləri

Oktyabr ayının 14-ü hicri qəməri təqvimi ilə rəbiul-əvvəl ayının 17-si əziz İslam Peyğəmbəri həzrət Muhəmməd (s) və altıncı İmam Cəfər Sadiqin (ə)... Davamı..