Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
11 Dekabr 13:31
Şərh Yoxdur
5447

Həzrət Peyğəmbərin (s) İmam Zaman ağa (ə.f) haqqında buyurduqlarından

Həzrət Peyğəmbər (s) buyurur: “Məhdi (ə.f) – biz Əhli-beytdəndir. Allah onun işini bir gecədə islah edəcəkdir”.

Həzrət (s) buyurur: “Məhdi (ə) mənim sülaləmdəndir və Fatimənin (s.ə) övladlarındandır”.

Həzrət Peyğəmbər (s) buyurur: “Biz yeddi nəfər Əbdulmüttəlibin övladlarından behişt əhlinin sərvərləriyik. Mən, Həmzə, Əli (ə), Cəfər, Həsən (ə), Hüseyn (ə), Məhdi (ə.f)”.

Həzrət Rəsuli-Əkrəm (s) buyurur: “Allah bizimlə başlamış və bizimlə də xətm edəcəkdir. Bizim vasitəmizlədir ki, insanlar şirkdən nicat tapırlar. Bizim vasitəmizlədir ki, Allah insanların ürəkləri arasında ülfət icad etmişdir”. (Həvzəh/Deyerler)

Həzrət Peyğəmbər (s) buyurur: “Yer üzü zülm və düşmənçiliklə dolacaqdır və həqiqətən bizim Əhli-beytdən (ə) olan kişi qiyam edəcəkdir ki, yer üzünü ədalətlə doldursun. Necə ki, düşmənçilik və zülmlə dolmuşdur”.

Həzrət (s) buyurur: “Mənim Əhli-beytimdən (ə) bir kişi qiyam edəcəkdir ki, adı mənim adım kimidir və əxlaqı mənim əxlaqım kimidir. O, yer üzünü ədalətlə doldurar, necə ki, zülmlə dolmuşdur”.

Həzrət Peyğəmbər (s) buyurur: “Vay olsun bu ümmətə! Zalım padşahlar insanları öldürür və Allaha itaət edənləri qorxudurlar. Ona görə də imanlı və təqvalı insan dili ilə onlarla yola getməlidir. Ancaq qəlbində və əzaları ilə onlardan qaçmalıdır. Əgər böyük Allah istəsə, İslamı əziz edər, hər bir inadçı zalımı məğlub edər. O, hər nəyə istəsə qadirdir və ümməti yolunu azdıqdan sonra islah edə bilər. Ey Həzifə! Əgər dünyanın ömründən bir gün qalsa belə, Allah həmin bir günü o qədər uzun edər ki, mənim Əhli-beytimdən (ə) olan kişi hökumətə çatar və onun əli ilə qəribə hadisələr həyata keçər. Allah onun əli ilə İslamı qalib edər, vədəsinə vəfasızlıq etməz və O, tez hesab çəkəndir”.

Həzrət (s) buyurur: “Məhdi (ə) mənim övladlarımdandır … Sağ üzündə xalı vardır ki, parlayan ulduza bənzəyir. Yer üzünü ədalətlə dolduracaqdır, necə ki, zülmlə dolmuş idi. Onun rəhbərliyi zamanında yer əhli, göy əhli, səma quşları ondan razı olacaqlar”.

Həzrət Peyğəmbər (s) Həzrət Fatiməyə (s.ə) buyurur: “Ey qızım! Məhdi (ə.f) sənin övladlarındandır”.

Həzrət (s) buyurur: “Məhdi (ə) qiyam edəcəkdir o halda ki, başının üstündə mələklər car çəkəcəklər: “Bu, Məhdidir və onun ardıcılı olun!””.

Həzrət Peyğəmbər (s) buyurur: “Məhərrəm ayında səma carçısı car çəkəcəkdir: “Agah olun ki, Allahın seçilmişi filankəsdir. Əmrlərinə qulaq asın və ona itaət edin. O ildə ki, müharibələr və fitnələr çox olar, həmin il səma səsinin ilidir””.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

Bu gün sonuncu imam Həzrət Məhdinin (ə) mövlud günüdür

Bütün müsəlman məzhəbləri və firqələri qiyamət günü çatmamış İmam Mehdinin (ə) zühur edəcəyi və dünyanı ədalətlə təmin edəcəyini qəbul edir və buna... Davamı..

Bu gün Məbəs günüdür. Məbəs gününün əməlləri

Bu gün vəhy mələyi Cəbrail-Əminin “İnnəkə Rəsulullah! Həqiqətən, sən Allahın Rəsulusan!“dediyi gündür. Bu əziz gündə Həzrət Cəbrayil (ə) Peyğəmbərə (s) nazil olaraq,... Davamı..

İmam Əli (ə): “Аllаh, Muhəmməddən (s) yахşı insаn yаrаtmаyıb”

Bir nəfər, Əmirəl-möminindən (ə), о Həzrət qılıncının qаyışını bеlinə bаğlаmış hаldа Kufə məscidində оlаrkən Pеyğəmbərin cismаni хüsusiyyətləri bаrədə suаl sоruşdu. İmаm (ə)... Davamı..

Bu gün Xanım Fatimeyi Zəhranın (s.ə) mövlud günüdür

Həzrət Fatimə (s.ə) besətin 5-ci ilində cəmadius-sani ayının 20-si dünyaya gəlib. Dünya və axirət xanımlarının seyyidəsi, Həzrət Rəsulullahın (s) gözünün işığı xanım... Davamı..

Həzrət Muhəmməd (s): “Sizin ən təqvаlınız və Аllаhı ən yахşı tаnıyаnınız mənəm”

Həzrət Muhəmməd (s) peyğəmbərimiz özü haqda buyurur: “Mən, Аllаhın tərbiyə еtdiyi, Əli isə mənim tərbiyə еtdiyimdir.” “Еy insаnlаr! Mən əslində Аllаh tərəfindən... Davamı..

Həzrət Zəhranın (s.ə) sevgisi insana 7 yerdə xüsusi bəhrə verər

Həzrət Peyğəmbər (s) buyurur: “Ey Salman! Fatiməni (s.ə) sevmək yüz yerdə insanın halına faydalı olar ki, onların ən rahat olanları ibarətdir:  ... Davamı..

Həzrət Zəhranın (s.ə) İmam Əliyə (ə) vəsiyyət etdiyi 8 məqam

Həzrət Zəhranın (s.ə) bizə gəlib çatan vəsiyyətində 8 mühüm nöqtəyə işarə edilmişdir ki, onlara nəzər salaq: 1. İmam Baqir (ə) buyurur: “Anam Fatimə (s.ə)... Davamı..

Xalqı aldatmaq xatirinə elm öyrənən kəsin burnuna cənnət qoxusu dəyməz

“Ey Əbuzər! Xalqı aldatmaq xatirinə elm öyrənən kəsin burnuna cənnət qoxusu dəyməz”. Şöhrət və sərvət üçün elm dalınca gedənlər bir tərəfə qalsın,... Davamı..