Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
26 Noyabr 15:39
Şərh Yoxdur
3809

“Yasin” surəsi oxuyanın çatdığı 10 bərəkət

Mübarək “Yasin” surəsi ona görə Quranın qəlbi adlanır ki, bu surədə mühüm və əsas etiqad məsələlərinə toxunulmuşdur. (Tebyan/Deyerler)

Cənab Təbatəbai buyurur: “Bu surənin məqsədi dinin üç üsülunu bəyan etməkdir. Əvvəl nübuvvətdən başlanır və insanların nübuvvəti qəbul edib və rədd etməyindən bəhs edir. Buyurur ki,Haqq peyğəmbərlərinin dəvətinin nəticəsi – insanlarn dirilməsidir. Əgər onlar səadət yolunda olsalar, müxaliflərinə hüccəti tamam edərlər. Başqa sözlə desək, hər iki dəstəni təkmil edər. Bir dəstəni səadət yolunda və o biri dəstəni isə bədbəxtlik yolunda. Bu surə nübuvvət mövzusunu bəyan etdikdən sonra, tövhid mövzusuna toxunur. Bir neçə ayə Allahın təkliyini və yeganə olduğunu vurğulayır. Sonra isə məad mövzusuna toxunur. İnsanların Qiyamət günü cəza almaq üçün dirçəldilməsi mövzusuna işarə edir. Günahkarların təqvalılardan ayrılmasını bəyan edər və sonra da bu iki tayfanın halını təsvir edər. Sonda isə əvvəlki mövzusuna ona görə qayıdar ki, üç üsulun xülasəsini verər və dəlil gətirər. Bu dəlillərlə surəni sona çatdırar. Bu surənin son ayələri – elmi cəhətdən ən üstün sayılan ayələrdir”.

Səlim Əmirəl-möminindən (ə) nəql edir ki, buyurub: “Peyğəmbərin (s) mübarək adı “Yasindir”. Və biz o kəslərik ki, Allah buyurur: “Səlamun əla Ali-Yasin! Yəni, Yasin nəslinə salam olsun!”.

Hər bir Quran hərfi üçün bir mələk vardır, ancaq bu surənin hər bir hərfi üçün 10 mələk mövcuddur ki, onu davamlı oxuyan insanı həmişə qoruyar.

İmam Sadiq (ə) buyurur: “Yasin” surəsini övladlarınıza öyrədin, çünki o, Quranın xoş ətirli gülüdür”.

Həzrət Peyğəmbər (s) buyurur: “Quran – Allahdan başqa hər şeydən üstündür. Ona görə də o kəs ki, Qurana hörmət edər, hər an Allaha Təalaya ehtiram və izzət qoymuşdur. Hər kim Qurana hörmətsizlik etsə, əlbəttə onun haqqını dəyərsiz hesab etmişdir. Quranın hörməti – övladın boynunda olan atanın hörməti kimidir. O kəs ki, Quranı eşidər – Allah ondan dünya bəlalarını uzaq edər. Axirət bəlalarını isə Quran qarisindən uzaq edər. Həqiqətən Allahın kitabında bir surə vardır ki, “Əziz” adlanar və o surənin qarisi” Şərif” adlanar. Bu surə – “Yasindir”. Ey Əli! “Yasin” surəsini oxu ki, onda 10 bərəkət vardır:

1. Ac yatmaz məgər o halda ki, tox olar.

2. Susuz, məgər o halda ki, sirab olar.

3. Paltarsız məgər o halda ki, geyindirilər.

4. Subay, məgər o halda ki, evlənər.

5. Qorxan, məgər o halda ki, amanda olar.

6. Bağlı, məgər o halda ki, nicat tapar.

7. Xəstə, məgər o halda ki, sağalar.

8. Müsafir, məgər o halda ki, səfərdə yardım olunar.

9. Ölənin yanında oxunarsa, (günahları) azalar.

10. Hər kimin itmişi varsa, bu surəni oxuyaraq (itmişini) tapar”.

Həzrət (s) başqa yerdə buyurur: “Mən istəyərdim ki, “Yasin” surəsi ümmətimin hər bir insanının qəlbində olsun. O kəs ki, yeməyin az olmasına görə bu surəni oxuyar, (yeməyində) bərəkət əmələ gələr. Nə zaman ağır doğumu olan qadına oxunarsa, doğumu asanlaşar. Hər kim bu surəni oxuyarsa, sanki Quranı 11 dəfə xətm etmiş olar”.

 

www.ahliman.info

Digər “Qurani Kərim ” Xəbərləri

Allah-təala özünü Qurani-kərimdə göstərmişdir

İmam Sadiqdən (ə) elə bir kəlam vardır ki, əgər onun dərinliyinə diqqət yetirə bilsək, lərzəyə düşərik! Həzrət buyurur: “Həqiqətən də Allah-təala bəndələrə... Davamı..

Qurani Kərimdə Əba Əbdillahın (ə) surəsi: Kim bu surəni oxuyarsa…

“Fəcr” surəsi Quranın 89-cu surəsidir, Məkkidir (Məkkədə nazil olub) və 30 ayəsi vardır. İmam Sadiq (ə) buyurur: ““Fəcr” surəsini vacib və müstəhəb... Davamı..

Gözdəymədən qoruyar, ruzini artırar – “Qul” ilə başlayan 4 surənin bərəkətləri

Əziz Peyğəmbərimiz (s) və İmamlarımız (ə) bizə “Qul” ilə başlayan 4 surəni hər gün oxumağı tövsiyə edirlər və bu surələr ibarətdir: “Kafirun”,... Davamı..

Quranın bəzi surələrinin oxunuşunun savabı (2-ci hissə)

1-“Məariç” surəsi: Bu surəni oxumaq insanı Şeytanın şərrindən qoruyub saxlayır.   2-“Nuh” surəsi: Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs “Nuh” surəsini oxuyub,... Davamı..

Quranın bəzi surələrinin oxunuşunun savabı (1-ci hissə)

1-“Fatihə” surəsi: Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs “Fatihə” surəsini oxusa, Allah-taala ona nazil olmuş bütün ayələrin tilavətinin savabını verər.” ( “Təfsiri... Davamı..

Bu surəni 1 dəfə oxumaq, Quranı 10 dəfə xətm etmək kimidir

Bəşər həyatı çətinliklərlə doludur. İnsan bu çətinlikdən çıxmağın yollarını axtarır. Bu yolda mənəviyyata üz tutanlar, həmin çətinliklərdən xilas ola bilirlər. Qurani-Kərim –... Davamı..

Qurani-Kərimin hansı surələri İmam Zaman ağa (ə.f) haqqındadır?

Qurani-Kərimdə İmam Zaman ağanın (ə.f) birbaşa adı çəkilmiş ayə mövcud deyildir. Ancaq bəzi ayələr vardır ki, İmam Zaman ağaya (ə.f) nisbət verilir.... Davamı..

Quranı üzündən oxumaq kifayət edirmi?

Qurani-Kərim – Allah Təalanın kəlamıdır. Hər kim ərəb dilini bilməsə də belə, ona qulaq assa və ya üzündən oxusa – böyük savaba... Davamı..