Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
16 Noyabr 15:23
Şərh Yoxdur
2530

Azlıq təşkil edən şiələrin çoxluq təşkil edən sünnülərdən ayrılması və ixtilafın yaranma səbəbləri

Peyğəmbərin (s), səhabələrin və bütün müsəlmanların nəzərində Əlinin (ə) yüksək məqamına nəzər salmaqla, onun ardıcılları Peyğəmbərin (s) vəfatından sonra o həzrətin xilafət məqamına çatacağına şübhə etmirdilər. Peyğəmbəri-Əkrəm (s) ölüm yatağında olarkən baş verən hadisələr istisna olmaqla, mövcud şərait və zahiri əlamətlər də bu nəzəriyyəni təsdiq edirdi.[1] Amma Peyğəmbəri-Əkrəm (s) vəfat edəndən sonra gözlənilməz hadisələr baş verdi; onun ailə üzvləri və səhabələrdən bir çoxu dərin hüzn və matəm içində dəfn mərasimi ilə məşğul olduqları zaman, sonralar əksəriyyət təşkil edən bir qrup son dərəcə özbaşınalıq və tələskənliklə bir qərar çıxardılar. Onlar Peyğəmbərin Əhli-beyti, onun yaxın adamları və tərəfdarları ilə məşvərət etmədən, hətta onlara xəbər vermədən “xoşməramlı” bir tədbir keçirib müsəlmanlara xəlifə tə`yin etdilər. Əli (ə) və onun köməkçilərini qanunsuz olaraq baş vermiş bir iş qarşısında qoydular. Əli (ə) və digər tanınmış səhabələr, o cümlədən İbni Abbas, Zübeyr, Salman, Əbuzər, Miqdad,  Əmmar və digərləri dəfn mərasimini tamamladıqdan sonra bu işdən xəbərdar oldular. Onlar bu üslubla və tələmtələsik xəlifə tə`yin etmək məsələsinə qarşı öz e`tirazlarını bildirmək məqsədi ilə ümumi yığıncaq keçirdilər. Lakin cavabında “belə məsləhət oldu” sözlərini eşitdilər.

Məhz bu tənqid və e`tirazlar azlıq təşkil edənləri çoxluq təşkil edənlərdən ayırdı; Əlinin (ə) ardıcıllarını “Əli şiəsi” adı ilə cəmiyyətə tanıtdırdı. Xilafət məqamında əyləşənlər də dövrü siyasətin tələblərinə uyğun olaraq, azlıqda olanların bu adla tanınmamasına, cəmiyyətin parçalanmamasına çalışırdılar. Onlar xilafətin fikir birliyi əsasında olduğunu iddia edir, e`tiraz edənləri və bey`ətdən boyun qaçıranları “müsəlman icmasından ayrılanlar” adlandırır, bə`zən onların haqqında nalayiq ifadələr də işlədirdilər.[2] Əlbəttə, şiələr ilk dövrlərdə hakim qüvvə tərəfindən kəskin təzyiqlərə mə`ruz qaldıqlarından, sadəcə e`tiraz etməklə öz müxalifətçiliklərini bildirməkdən əlavə, hər hansı bir tədbir görməyə müvəffəq olmadılar. Əlidə (ə)  islamın və müsəlmanların ümumi mənafeyini nəzərə almaqla və kifayət qədər köməkçi olmadığına görə silahlı qiyama qalxmadı. Lakin e`tiraz edənlər əqidə baxımından əksəriyyət təşkil edənlərə tabe olmadılar; onlar bilirdilər ki, Peyğəmbəri-Əkrəmin (s) həqiqi canişini və elmi mərcəiyyət məqamı Əlidir (ə) [3]

Peyğəmbər (s) buyurmuşdur: “Mən elmin şəhəri, Əli onun darvazasıdır. Hər kəs elm axtarırsa, gərək onun qapısından varid olsun.”[4]

Azlıq təşkil edən dəstənin üzvləri elmi və mə`nəvi cəhətdən yalnız o həzrətə müraciət etməyi rəva görür və başqalarını da ona doğru də`vət edirdilər.

 

________________________________________________________________

[1] Həzrət Məhəmməd (s) ölüm yatağında yatarkən Üsamə ibni Zeydin başçılığı ilə bir qoşun təşkil etdi, hamının bu müharibədə iştirak edərk Mədinədən çıxmasına israr edirdi. Bə᾿ziləri, o cümlədən Əbu Bəkr və Ömər Peyğəmbərin (s) göstərişindən imtina etdilər. Bu hadisələr Peyğəmbəri (s) çox narahat etdi. (“Şərhi-Nəhcül-bəlağə” (İbni Əbil Hədid), Misir çapı, 1-ci cild, səh-53.)

Peyğəmbəri-əkrəm (s) vəfatından bir az əvvəl buyurdu: “Mənim üçün kağız-qələm gətirin, sizin üçün bir məktub yazım ki, sizin hidayətinizə və yoldan azmamağınıza kömək olsun.” Ömər bu işə mane olub dedi: “Onun xəstəliyi şiddətlənmişdir və sayaqlayır!!!” (“Tarixi Təbəri”, 2-ci cild, səh-436; “Səhihi Buxari”, 3-ci cild, “Səhihi Müslüm”, 5-ci cild, “Əl-bidayətu vən-nihayə”, 5-ci cild, səh-227; “Şərhi-Nəhcül-bəlağə” (İbni Əbil Hədid), 1-ci cild, səh-133.

Həmin hadisə birinci xəlifənin ölümü ilə nəticələnən xəstəliyində də təkrar olundu və o, xilafəti Ömərə verdi və vəsiyyət edərkən huşdan getdi, lakin Ömər birinci xəlifənin sayaqladığını iddia etmədi. Halbuki, vəsiyyətin yazıldığı zaman huşdan getmişdi, lakin Peyğəmbər (s) mə᾿sum və onun duyğu üzvləri öz yerində idi. (Rövzətus-səfa, 2-ci cild, səh-260)

[2] Ömər ibni Həris, Səid ibni Zeydə dedi: Bir kəs Əbu Bəkrə bey᾿ətə müxalifət etdimi? Cavab verdi: Heç kəs müxalif deyildi, yalnız mürtəd olanlar, yaxud mürtəd olmaq ərəfəsində olanlar müxalifət etmişdilər. (“Tarixi Təbəri”, 2-ci cild, səh-447)

[3] Peyğəmbəri əkrəm (s) məşhur “Səqəleyn” hədisində buyurur: “Mən sizin aranızda iki ağır və dəyərli əmanət qoyub gedirəm, əgər onlara sarılsanız heç vaxt yolunuzdan azmazsınız. O iki əmanət Qur᾿an və Əhli-beytimdir, onlar qiyamət gününə qədər bir-birindən ayrılmazlar.”

Bu hədis yüzdən artıq yol ilə Peyğəmbər səhabəsindən nəql olunmuşdur. Əlavə mə᾿lumat almaq üçün “Səqəleyn” hədisinin təbəqatına müraciət edə bilərsiniz. (“Ğayətul-məram”, səh-211)

[4] “Əl-bidayətu vən-nihayə”, 7-ci cild, səh-359

 

www.ahliman.info

 

Digər “Mənəviyyat ” Xəbərləri

Belə şəxsləri görən zaman bil ki, onlar Cəfəri şiələridir

İmam Əli (ə) buyurub: “Allahın Peyğəmbərinə (s) insanların mənə paxıllıq etmələrindən şikayətləndim. O Həzrət (s) buyurdu: Ey Əli! Cənnətə daxil olacaq ilk... Davamı..

Bu yeddi nəfər bütün peyğəmbərlər tərəfindən lənətlənib

Həzrət Rəsuli-Əkrəm (s) buyurub: Mən yeddi nəfərə lənət etmişəm, Allah da onlara lənət edib və məndən əvvəlki peyğəmbərlər də onlara lənət etmişlər.... Davamı..

İmam Əli (ə): “Özünə hörmət qоyаn kimsənin gözündə nəfsi istəklər dəyərsiz оlаr”

Əmirəl-möminin imam Əli əleyhissalam “nəfsin tərbiyəsi” ilə bağlı buyurmuşdur:   “Cаmааt! Nəfslərinizin tərbiyəsi ilə məşğul оlun və оnu аdətlərinə hərislikdən sахlаyın.” “Nəfslərinizlə... Davamı..

“Hətta bir dini göstərişi qəlbən qəbul etməyən şəxs kafirdir” – Ayətullah Yəzdi

Ayətullah Misbah Yəzdi buyurur: “İmanın nə dərəcədə olduğunu müəyyən etmək üçün insanların əməlinə diqqət yetirmək lazımdır. Ən yüksək iman mərtəbəsinə  çatmaq üçün... Davamı..

Hər kəs Allaha tərəf ibadətinin ən xalisini göndərsə, Allah da ən yaxşı məsləhəti onun üçün nazil edər

İxlas məqamı təkamülün və seyri-süluk mərhələlərinin ən yüksək mərhələsidir. İxlas nəticəsində qəlb ilahi nurların saçmasının mərkəzinə çevrilir. Qəlbdə hikmət və elm çeşməsi... Davamı..

Ərbəin günü oxumaq istəyənlər üçün Ərbəin ziyarətnaməsi

Ərbəin günündə İmam Hüseynin (ə) məzarını ziyarət etmək və Ərbəin ziyarətnaməsini oxumaq böyük savaba malikdir. Hətta İmam Həsən Əsgəri (ə) Ərbəin ziyarətnaməsini... Davamı..

Böyük insan heç vaxt söyüş söyməz

Həzrət Məhəmməd (s) buyurub: “Elə bir şey olmayıb ki, çirkin sözlər danışmaq (çirkin əməllər görmək) ona eyb gətirməsin. Elə bir şey olmayıb ki,... Davamı..

“Elm varsa iman var” kimi fikirlər həqiqətdən uzaqdır – Ayətullah Yəzdi

Ayətullah Ustad Misbah Yəzdi buyurur: “İman nədir və Allaha iman gətirmək nə deməkdir? İlk əvvəl belə nəzərə çarpır ki, iman “inam” deməkdir... Davamı..