Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
5 Noyabr 00:56
2 Şərh
4095

Dəstəmazın hikmətləri. Dəstəmazda əzaların yuyulmasının və məsh çəkilməsinin əhəmiyyəti

Vacib ibadətlərdən biri namazdır və namazdan əvvəl dəstəmaz almaq lazımdır. Bu əməl insanı Allaha yaxınlaşdırır və kamala çatmağına yardım edər. Başqa bir tərəfdən isə gigiyena baxımından müalicəvi təsirləri vardır. (Erfan/Deyerler)

Allah Təala Quranda dəstəmaz haqqında buyurur: “Ey iman gətirənlər, namaza durarkən(dəstəmazınız olmayanda) üzlərinizi və dirsəklərinizə qədər əllərinizi yuyun və başınıza və iki ayaqlarınızın üzərinə hər iki ayağınızın üstündəki qabarıq yerə kimi məsh edin”. (“Maidə” 6).

Dəstəmaz da başqa ibadətlər kimi hikmətə və fəlsəfəyə malik bir əməldir. İslam – insanın təmizliyinə və gigiyenasına riayət etməsinə diqqət edən bir dindir. Müsəlman təmiz, pak və səliqəli olmalıdır.

Dəstəmazın hikməti haqqında hədislərdə oxuyuruq: İmam Rza (ə) buyurur: “(Dəstəmaz) Ona görədir ki, bəndə Allahın qarşısında pakizə olsun, Mövlanın əmrinə itaət etsin, çirkdən və nəcasətdən pak olsun. Bədəninin süstlüyü aradan getsin və yuxusu qaçsın. Üzün və əllərin yuyulması, başa və ayaqlara məsh çəkilməsinin vacibliyi ona görədir ki, bu əzalar namazda daha çox işə yarayır. Çünki namazqılan üzü ilə səcdəyə gedər, əllləri ilə hacətini istəyər, namaz zamanı başı ilə üzü qibləyə dayanar, ayaqları ilə namazın qalxmağını və enməyini yerinə yetirər”.

Həzrət Peyğəmbər (s) dəstəmazın hikməti barəsində buyurur: “Dəstəmaz almaq – yəni üzü və əlləri yumaq, başa və ayaqların üzərinə məsh çəkməkdir. Üzü yumaq – yəni Allahım, hər günahı ki, bu üzümlə yerinə yetirmişəm, onu yuyuram ki, pak üzlə Sənə ibadət edəm. Pak alınla başımı torpağa qoyam. Əlləri yumaq – yəni Allahım, günahdan əllərimi yudum və bu əlllərimlə etdiyim günahları, onları yuyaraq pakladım. Başa məsh çəkmək – yəni Allahım, hər bir batil xəyaldan və başımda fırlatdığım xam həvəsdən başımı pak edirəm və o batil xəyalları başımdan uzağa atıram. Ayağa məsh çəkmək – yəni Allahım, mən pis yerlərə getməkdən ayağımı çəkirəm və bu ayaqlarımla etdiyim günahları pak edirəm. Əgər kimsə Allahın mübarək adını dilinə gətirmək istəyirsə, gərək ağzını paklasın. Məgər ola bilərmi ki, insan yuyulmamış ağızla Allahın adını çəksin? Gərək ağzını su ilə yusun”.

Bəzi həkimlər bu fikirdədir ki, nəzafət və təmizlik bəzi insanlar üçün zövq məsələsidir. Ancaq Quranda nəzafət – zəruri mövzulardandır. Belə ki, hər bir müsəlman insan onu dini vacibat kimi yerinə yetirməlidir. Əgər dərinin gigiyenası ilə bağlı yeni məlumlatlara nəzər salsaq, dəstəmazın və nəzafətin Quranda bəyan olmasının fəlfəsini dərk edə bilərik. Dərinin təmiz olması – həyati bir mövzudur. Çünki tər və çirkin yığılması ilə dəridən bədənə çox sayda xəstəliklər keçə bilir. Ancaq insan dəstəmaz alaraq, hər gün ən azı üç dəfə üzünü, əlllərini yuyur.

Bu yolla bədəni ağız və mədə-bağırsaq xəstəliklərindən qorumuş olur. Bundan əlavə, insan dəstəmaz alan zaman qan dövranı yaxşılaşır və əsəb telləri təhrik olunur ki, bu da insanın ayıqlığını artırır. Tədqiqatlar göstərir ki, insanın dəstəmaz alan zaman təhrik olunan bədən üzvləri bütün bədənini yuyan zaman təhrik olunan bədən üzvlərindən daha artıqdır. Yəni, bütün bədəni yuyan zaman dəstəmazın yaratdığı o sürəci yaratmaq olmur. Dəstəmaz zamanı bədənin ancaq 20% rütubətlənir, ancaq buna baxmayaraq dəstəmaz alan zaman ağızın içi, üz, əzələlər, dirsək, başın önü və ayaqların üzəri təhrik olunur. İnsanın bədən ayıqlığı artır.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Belə şəxsləri görən zaman bil ki, onlar Cəfəri şiələridir

İmam Əli (ə) buyurub: “Allahın Peyğəmbərinə (s) insanların mənə paxıllıq etmələrindən şikayətləndim. O Həzrət (s) buyurdu: Ey Əli! Cənnətə daxil olacaq ilk... Davamı..

Bu yeddi nəfər bütün peyğəmbərlər tərəfindən lənətlənib

Həzrət Rəsuli-Əkrəm (s) buyurub: Mən yeddi nəfərə lənət etmişəm, Allah da onlara lənət edib və məndən əvvəlki peyğəmbərlər də onlara lənət etmişlər.... Davamı..

İmam Əli (ə): “Özünə hörmət qоyаn kimsənin gözündə nəfsi istəklər dəyərsiz оlаr”

Əmirəl-möminin imam Əli əleyhissalam “nəfsin tərbiyəsi” ilə bağlı buyurmuşdur:   “Cаmааt! Nəfslərinizin tərbiyəsi ilə məşğul оlun və оnu аdətlərinə hərislikdən sахlаyın.” “Nəfslərinizlə... Davamı..

“Hətta bir dini göstərişi qəlbən qəbul etməyən şəxs kafirdir” – Ayətullah Yəzdi

Ayətullah Misbah Yəzdi buyurur: “İmanın nə dərəcədə olduğunu müəyyən etmək üçün insanların əməlinə diqqət yetirmək lazımdır. Ən yüksək iman mərtəbəsinə  çatmaq üçün... Davamı..

Hər kəs Allaha tərəf ibadətinin ən xalisini göndərsə, Allah da ən yaxşı məsləhəti onun üçün nazil edər

İxlas məqamı təkamülün və seyri-süluk mərhələlərinin ən yüksək mərhələsidir. İxlas nəticəsində qəlb ilahi nurların saçmasının mərkəzinə çevrilir. Qəlbdə hikmət və elm çeşməsi... Davamı..

Ərbəin günü oxumaq istəyənlər üçün Ərbəin ziyarətnaməsi

Ərbəin günündə İmam Hüseynin (ə) məzarını ziyarət etmək və Ərbəin ziyarətnaməsini oxumaq böyük savaba malikdir. Hətta İmam Həsən Əsgəri (ə) Ərbəin ziyarətnaməsini... Davamı..

Böyük insan heç vaxt söyüş söyməz

Həzrət Məhəmməd (s) buyurub: “Elə bir şey olmayıb ki, çirkin sözlər danışmaq (çirkin əməllər görmək) ona eyb gətirməsin. Elə bir şey olmayıb ki,... Davamı..

“Elm varsa iman var” kimi fikirlər həqiqətdən uzaqdır – Ayətullah Yəzdi

Ayətullah Ustad Misbah Yəzdi buyurur: “İman nədir və Allaha iman gətirmək nə deməkdir? İlk əvvəl belə nəzərə çarpır ki, iman “inam” deməkdir... Davamı..