Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
5 Noyabr 00:26
Şərh Yoxdur
3962

Bəzən insanın İmam Hüseyn (ə) üçün ürəyi titrəyir, ancaq gözündən yaş axmır. Niyə?

Hədislərin bir çoxunda oxuyuruq ki, Əhli-beyt (ə) üçün ağlamaq, xüsusilə də İmam Hüseyn (ə) üçün ağlamaq insanın dərəcəsini qaldırar. Ancaq bu göz yaşı İmamın (ə) imtiyazını qaldırmaz. Çünki onlar hər cəhətdən kamildirlər və hətta şəhadət belə, onlar üçün imtiyaz sayılmır. Çünki kamil insanın imtiyaza ehtiyacı yoxdur. (Tebyan/Deyerler)

Məhərrəm-səfər əyyamında ürəklər sızlayır və hər yer qaraya və qəmə bürünər. Ancaq bəzi insanlar bu müsibətin nə qədər əzəmətli olduğunu bilə-bilə və onu eşidə-eşidə, ağlaya bilmirlər. Ürəkləri titrəyir, ancaq gözlərindən yaş axmır. Niyə?

 

Ağlamağa səbəb olan amilləri tanıyaq.

Ağlamağın bir neçə növü vardır və insan bəzən şadlanan zaman ağlayar, bəzən də qəmlənən zaman. Bəzən həyəcanlanıb ağlayar. İmam Hüseynə (ə) ağlamaq – qəm göz yaşlarıdır. İnsan qəmgin olduğunun reaksiyası kimi göz yaşı tökməyə başlayar. O insan İmam Hüseyn (ə) üçün ağlayır ki, ürəyində onun qəmini və acısını hiss edir və bu müsibətin dağı onu yandırır.İnsan gərək İmamı (ə) və başına gələnləri bilsin ki, onun qəminin nə qədər böyük olduğunu dərk edə bilsin.

Bundan başqa, göz yaşının mənbəyi ürəkdir və ürək bəzən qəsavət bağlaya bilir. Qəsavətin də səbəbi günahlarımızdır. Əgər günahlarımızdan paklana bilsək və tövbə etsək – qəlbimizin qəsavətini aradan apara bilərik. Qəlb o zaman qəsavət bağlayır ki, insan çoxlu göz, dil, qulaq günahları edir.

İnsanın ağlamasına mane olan amillərdən biri də qidalanmasıdır. İnsan əgər haram tikə yeyərsə, heç bir zaman İmam Hüseynə (ə) ağlaya bilməz. Çünki haram tikə qəlbi sərtləşdirər və hissləri soyudar. Halbuki halal tikə qəlbi yumşaldar və Allaha olan diqqəti artırar.

Elə də olur ki, insan ağlamaqla bağlı psixoloji çətinlik keçirir və bir növ utanır. O, İmam Hüseynin (ə) müsibətini ürəyində yaşadır. Amma bilməlidir ki, əslində bu göz yaşları onu ucaldır, yüksəldir və bu göz yaşları – onun qəlbindən axan bir təmizləyici bulaqdır. Odur ki, o, İmam Hüseyn (ə) üçün tökülən göz yaşlarından utanmamalıdır, əksinə öz psixoloji durumunu bu iradəvi kədərə yönləndirməlidir.

İnsanın özünə və Allaha olan mərifəti hər nə qədər çox olarsa, tökdüyü göz yaşı daha dəyərli olar və insana daha çox bərəkət gətirər.

İmam Sadiq (ə) buyurur: “Bəndənin Allah Təalaya ən yaxın halı o haldır ki, səcdədə ağlayar”.

İmam Baqir (ə) buyurur: “Allah Təala yanında gecənin qaranlığında Allah qorxusuna görə tökülən göz yaşından daha sevimlisi yoxdur”.

Məsum İmamlar (ə) həqiqətdə Allahı tanımaq vasitələridir. Onlar Allahın gözəl adları hesab olunurlar. Onların bizim göz yaşına ehtiyacları yoxdur. Bu ağlamaq bizim özümüzə faydalıdır ki, kamala çata bilək. Günahlarımız bu göz yaşları ilə yuyulub gedər. Ona görə də əzadarların göz yaşı – tövbə və istiğfar suyu hökmündədir.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

Ayətullah Cavadi Amuli: “İmamlar (ə) adi məsələlərdə qeyb elmindən istifadə etməzdilər”

  Ayətullah Cavadi Amuli tələbələrlə görüşən zaman buyurmuşdur: “Əhli-Beyt (ə) üçün salavat göndərmək, xüsusilə də namazın təqibatlarında iki xüsusiyyətə malikdir: biri odur... Davamı..

Bu gün həzrəti Rüqəyyənin (s) şəhadət günüdür

Səfər ayının 5-i Həzrəti Rüqəyyənin şəhadət günüdür Bu gün Həzrət İmam Hüseynin (ə) məzlum balası Həzrət Rüqəyyənın (s.ə) Şamın xarabasında şəhid olduğu... Davamı..

İmanın həqiqəti budur ki, haqqı sənin zərərinə olsa belə, sənin faydana olan batildən üstün biləsən

Hədislərimiz bizə möminliyin bəzi əlamətlərini tanıdır ki, bu əlamətləri özümüzdə inkişaf etdirək.   Onlardan ikisi ilə tanış olaq:   1. Həzrət Peyğəmbərdən (s) gələn... Davamı..

İmam Hüseyn (ə) buyurdu: Südəmər balamı yanıma gətir onunla vidalaşım

İmam Hüseyn (ə) xeymənin qapısına tərəf gəlib Zeynəbə (s.ə) buyurdu: “Südəmər balamı yanıma gətir, onunla vidalaşım“. Həzrət, Əli Əsgəri qucağına alıb öpmək... Davamı..

Həzrət Hüseyndən (ә) həyatınızı dəyişəcək kəlamlar

“Әgәr üç şеy оlmаsаydı, bәşәr hеç nәyin qаrşısındа әyilmәzdi: 1. Kаsıblıq; 2. Хәstәlik; 3. Ölüm.”[1] “Sаlаmın yеtmiş sаvаbı vаr. Оnun аltmış dоqquzu... Davamı..

İmam Hüseynin (ə) intiqamını istəmək niyə böyük savabdır?

İmam Zaman ağanın (ə.f) zühurunu tezləşdirə bilən amillərdən biri də İmam Hüseynin (ə) qanının intiqamını istəməkdir. Bu, elə bir işdir ki, Allahdan... Davamı..

Bu gecə Məhərrəm ayı daxil olur. Bu gecənin və ayın əməlləri

Bu gecə şam namazından Məhərrəm ayı başlayır. Hicri-qəməri tarixi ilə 1442-ci ilin sonuncu Zilhiccə ayı bu gün bitir, iyulun 30-u isə 1443-cı... Davamı..

Bu gün İmam Museyi Kazımın (ə) mövlud günüdür

Bu gün müsəlmanların 7-ci imamı Həzrət İmam Museyi Kazımın (ə) mövlud günüdür. İmam Museyi Kazım (ə) hicri-qəməri təqvimi ilə 128-ci ildə zil-hiccə... Davamı..