Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
3 Noyabr 12:58
2 Şərh
15494

Göz dəymək barədə Quranda və hədislərdə. Göz dəyməkdən qorunmaq üçün dualar

“Həqiqətən, kafir olanlar bu zikri (Qur’anı) eşidən zaman, az qalırdı səni gözləri(nin nəhsliyi) ilə titrətsinlər!”. (“Qələm” 51).

Bu ayədən belə başa düşmək olur ki, göz dəymək həqiqətən də mövcuddur.

Başqa bir Quran ayəsində oxuyuruq: “Və(onları yola salarkən) dedi: «Ey mənim oğullarım, hamınız bir qapıdan (şəhər darvazalarından və ya Əzizin sarayının qapılarından) daxil olmayın. Müxtəlif qapılardan daxil olun (ki, həsəd edənlərin həsədinə, ya bədnəzərlilərin xətərinə, yaxud saray adamlarının bədgümanlığına düçar olmayasınız). Mən heç vaxt Allah tərəfindən olan bir şeyi sizdən dəf edə bilmərəm. Mütləq hökm və (varlıq aləmi üzərində) hakimiyyət yalnız Allaha məxsusdur. Mən Ona təvəkkül etdim və təvəkkül edənlər gərək yalnız Ona təvəkkül etsinlər»”. (“Yusif” 67).

Həzrət Yəqub (ə) qorxurdu ki, 11 oğlunu bir yerdə görsələr, onlara göz dəyər.

Göz dəyməyi hədislərimiz də təsdiq edir. Belə ki, “Nəhcul-bəlağə”də oxuyuruq: “Göz dəymək haqdır və onu dəf etmək üçün duaya təvəssül etmək də haqdır”.

İmam Sadiq (ə) buyurur: “Əgər qərar olsa ki, ölülərinizin qəbri sizin üçün açılsın, o zaman görəcəksiniz ki, sizin ölülərinizin çoxu göz dəydiyinə görə dünyadan gediblər. Həqiqətən göz dəymək həqiqətdir”.

İmam Sadiq (ə) buyurur: “O kəs ki, mömin qardaşına baxar və ondan elə bir şey gözündə cilvələnər ki, onu heyrətləndirər, mütləq Böyük Allahı yada salmalı və deməlidir (“Allahu Əkbər”). Çünki göz dəymək – inkar edilməyən bir həqiqətdir”.

Bəs mübarizə yolları hansılardır?

İmam Sadiq (ə) buyurur: “Hər kəs “Cin” surəsini çoxlu oxuyarsa, heç vaxt göz dəyməyə, caduya, cin aldatmasına düçar olmaz”.

İmam Sadiq (ə) buyurur: “Göz dəyməsi haqdır və onun özündən özünə və özündən başqalarına təsirindən aman yoxdur. Ona görə də bu barədə nədənsə qorxsan, 3 dəfə de:

ما شاء اللَّه و لا حول و لا قوة الّا باللَّه العلى العظیم» “Məşəallah və lə həvlə və lə quvvətə illə billəhil-aliyyil-azim”

İmam Rza (ə) buyurur: “Sehr və cadugərlik həqiqətdir və o, ziyan və zərər vurur. Nə zaman sehrə düçar olsan, əlini üzünün qarşısında qərar verib de:

باسم اللَّه العظیم، باسم اللَّه العظیم، رب العرش العظیم، الا ذهبت و انقرضت».

Göz dəymək də həqiqətdir. Nə zaman sənə göz dəysə, əllərini üzünün qarşısında qərar ver və “Həmd” (“Fatihə”), “Tövhid” (“İxlas”) , “Nas” və “Fələq” surələrini oxu. Hər iki əlini üzünə çək və Allah səni ondan qoruyacaqdır”.//Deyerler.org

 

www.ahliman.info

Digər “Qurani Kərim ” Xəbərləri

Eyni ayədə saleh əməlin, namazın və zəkatın bir yerdə bəyan olmasının səbəbi

“Həqiqətən iman gətirib yaxşı işlər görən və namaz qılıb zəkat verən kəslərin Rəbbi yanında məqamlarına uyğun mükafatları vardır və (axirətdə) onlar üçün... Davamı..

“Yasin” surəsinin misilsiz fəzilətləri

Hədilsərdə oxuyuruq ki: “Hər bir şeyin qəlbi vardır və Quranın qəlbi isə “Yasin” surəsidir”. Bu hədisin mənası budur ki, əgər insan İlahi... Davamı..

Allah-təala özünü Qurani-kərimdə göstərmişdir

İmam Sadiqdən (ə) elə bir kəlam vardır ki, əgər onun dərinliyinə diqqət yetirə bilsək, lərzəyə düşərik! Həzrət buyurur: “Həqiqətən də Allah-təala bəndələrə... Davamı..

Qurani Kərimdə Əba Əbdillahın (ə) surəsi: Kim bu surəni oxuyarsa…

“Fəcr” surəsi Quranın 89-cu surəsidir, Məkkidir (Məkkədə nazil olub) və 30 ayəsi vardır. İmam Sadiq (ə) buyurur: ““Fəcr” surəsini vacib və müstəhəb... Davamı..

Gözdəymədən qoruyar, ruzini artırar – “Qul” ilə başlayan 4 surənin bərəkətləri

Əziz Peyğəmbərimiz (s) və İmamlarımız (ə) bizə “Qul” ilə başlayan 4 surəni hər gün oxumağı tövsiyə edirlər və bu surələr ibarətdir: “Kafirun”,... Davamı..

Quranın bəzi surələrinin oxunuşunun savabı (2-ci hissə)

1-“Məariç” surəsi: Bu surəni oxumaq insanı Şeytanın şərrindən qoruyub saxlayır.   2-“Nuh” surəsi: Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs “Nuh” surəsini oxuyub,... Davamı..

Quranın bəzi surələrinin oxunuşunun savabı (1-ci hissə)

1-“Fatihə” surəsi: Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs “Fatihə” surəsini oxusa, Allah-taala ona nazil olmuş bütün ayələrin tilavətinin savabını verər.” ( “Təfsiri... Davamı..

Bu surəni 1 dəfə oxumaq, Quranı 10 dəfə xətm etmək kimidir

Bəşər həyatı çətinliklərlə doludur. İnsan bu çətinlikdən çıxmağın yollarını axtarır. Bu yolda mənəviyyata üz tutanlar, həmin çətinliklərdən xilas ola bilirlər. Qurani-Kərim –... Davamı..