Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
26 Oktyabr 10:32
1 Şərh
1968

İmam Hüseynin (ə) intiqamını istəmək niyə böyük savabdır?

İmam Zaman ağanın (ə.f) zühurunu tezləşdirə bilən amillərdən biri də İmam Hüseynin (ə) qanının intiqamını istəməkdir. Bu, elə bir işdir ki, Allahdan başqa heç kəs onun savabının qədərini bilməz. Çünki onun qanının intiqamını istəyən Allahdır. Necə ki, ziyarətnamədə oxuyuruq:“Salam olsun sənə, ey o kəs ki, Allah qanının intiqamını istəyir və o kəsin oğlu ki, qanının intiqamını alan Allahdır”. (Tebyan/Deyerler)

İmamın (ə) qanının intiqamını istəmək hər bir müsəlman üçün lazımlıdır. Çünki İmam Hüseyn (ə) hər bir möminin mənəvi atasıdır (Əba Abdullah olduğu üçün). “Aşura” ziyarətində oxuyuruq: “Alllahdan istəyirəm ki, mənə elə bir gün inayət etsin ki, öz qanımın intiqamını hidayət İmamı (ə.f) ilə aşkar edim”. Hər bir mömin özünü İmamın (ə) qanının intiqamını alan kimi hesab etməlidir.

İntiqam almağın bir neçə növü vardır:

1. İntiqam sahibi güc və qüvvəyə, iqtidara malik olar və əlinin altında olanlara əmr edər ki, qatili öldürsünlər və bu yolla məzlumun qanının intiqamını alar.

2. Özü həmin qatili öldürsün. Allah bu iki yolla İmamın (ə) qanının intiqamını alar, çünki intiqam sahibi Özüdür.

Bir çox hədislərdə oxuyuruq ki, Allah Təala Həzrət Qaimə (ə.f) əmr edir ki, İmam Hüseynin (ə) qanının intiqamını alsın. İmam Sadiq (ə) nəql edir ki, Allah Təala buyurub: “O kəs ki, məzlumu öldürülər, onun vəlisi üçün hakimiyyət qərar verərik ki, öldürməsində israf etməsin. O, Qaim (ə.f) Ali-Muhəmməddir (ə) ki, qiyam edəcək. Hüseyn ibn Əlinin (ə) qanının intiqamını alacaq. …”.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

Qeyb dövründə Allahın dinində möhkəm olmaq üçün bu duanı mütləq oxumalıyıq

İmam Sadiq (ə) İbn Sənana xitab edərək buyurmuşdur: “Tezliklə şəkk və tərəddüdə düşəcəksiniz, aydın nişanə və yol göstərən imamsız qalacaqsınız. Həmin şəkk... Davamı..

Bədənin sağlamlığı ilə bağlı İmam Rzadan (ə) 10 tövsiyə

İnsanın qidalanmasının birbaşa bədəninə təsiri vardır. Bu günün tibb elmi sübut etmişdir ki, əgər insan sağlam qidalanarsa, sağlam dəriyə malik ola bilər.... Davamı..

Bu gün İmam Rzanın (ə) mövlud günüdür

148-ci ilin Zilqədə ayının 11-də Mədinə şəhərində başqa bir ab-hava var idi. Nəinki yer əhli, hətta səma əhli belə təbriklərini dilə gətirirdilər.... Davamı..

İmam Məhdinin (ə.f) zühurundan sonra kasıblar olacaqmı?

İmam Zaman (ə) zühur edəndən sonra insanların qəlbi hər şeydən ehtiyacsız olacaqdır. İmamın (ə.f) ədaləti o qədər geniş olacaqdır ki, carçıya əmr... Davamı..

Bu gün həzrət Məsumənin (s.ə) mövlud günüdür

Həzrət Məsumə (s)  hicri qəməri tarixi ilə, 173-cü il (795-ci il miladi) zilqədə ayının əvvəli  Mədinə şəhərində dünyaya gəlmişdir. Məsumə xanımın atası... Davamı..

İmam Sadiq (ə): “Bizim sirlərimizi gizli sахlаmаq Аllаh yоlundа cihаddır”

İmаm Əli (ə) buyurub: “Sаkitlik аğıldır. Sükut sаğlığın səbəbi, sirr sахlаmаq isə хоşbəхtliyin bir hissəsidir.” İmаm Səccаd (ə) buyurub: “Аllаhа аnd оlsun,... Davamı..

Bu gün imam Cəfər Sadiqin (ə) şəhadət günüdür

Hicri-qəməri tarixi ilə Şəvval ayının 25-i müsəlmanların altıncı imamı Cəfər Sadiqin (ə) şəhadət günüdür. İmam Sadiq (ə) 83-cü hicri ilinin Rəbiül-əvvəl ayının... Davamı..

İmam Mehdi (ə.f) üçün hansı məkanda dua etmək tövsiyə edilib?

Nəql olunan hədislərə əsasən, bəzi müqəddəs məkanlarda İmam Mehdi (ə.f)  üçün dua oxumaq xüsusi olaraq təkidlə tövsiyə edilmışdir. O cümlədən, Məscidül-həram (Məkkə), Kufə... Davamı..