Hədislərə istinadən deyə bilərik ki, zühurun 5 qəti əlaməti aşağıdakılardan ibarətdir:
Bu əlamətlərdən bəzisi İmamın (ə.f) zühurundan bir az əvvəl, bəzisi İmam (ə.f) zühur etdikdən bir neçə ay sonra, bəzisi isə İmamın (ə.f) ümumbəşəri qiyamından bir az öncə baş veəcək və müşahidə ediləcək./İmamzaman.az/
Bu barədə cüzi fərqlərlə çoxlu hədislər nəql olunmuşdur. Bu əlamətlərin hər biri barədə geniş və izahlı söhbət açacağıq. Hələlik, bu beş əlaməti özündə ehtiva edən bəzi hədislərin qısa məzmunu ilə tanış olaq.
İmam Sadiq (ə) buyurur:
خـمـس قـبل قیام القائم علیه السلام : الیمانی و السفانی و المنادی ینادی من السماء و خسف بالبیداء و قتل النفس الزکیة
“Qaimin (ə.f) qiyamından öncə beş şey baş verəcək: Yəmaninin qiyamı, Süfyaninin qiyamı, asimandan gələn səda, (Yəməndə) Beyda çölündə (Süfyani ordusunun) torpağa batması, Nəfsi Zəkiyyənin qətlə yetirilməsi.” (1)
İmam (ə) başqa bir hədisdə buyurur:
قـبـل قـیـام القـائم خـمـس عـلامـات مـحـتـومـات : الیـمـانـی و السـفـیـانـی و الصـیـحـة و قتل النفس الزکیة و الخسف بالبیداء
“Qaimin (ə.f) qiyamından öncə görünəcək beş qəti əlamət Yəmani və Süfyaninin qiyamı, asimandan səsin (şağırışın) eşidilməsi, Nəfsi Zəkiyyənin öldürülməsi və (Sufyani ordusunun) Beyda çölündə yerə batmasıdır.” (2)
Başqa bir yerdə isa İmam (ə) bu əaləmətləri belə ifadə edir:
النداء المحتوم و السفیانی من المحتوم و خسف البیداء من المحتوم و الیمانی من المحتوم و قتل الفنس الزکیه من المحتوم
“Asimandan eşidilən səs, Süfyaninin (irticaçı) qiyamı, Yəmaninin qiyamı, (Süfyani ordusunun) Beyda çölündə yerə batması və Nəfsi Zəkiyyənin qətlə yetirilməsi zühurun qəti əlamətlərindədndir. “ (3)
Bəzi hədislərdə qeyd olunan Xorasanlı Seyidin də qiyamı zühurun əlamətlərindən hesab edilmişdir. Lakin heç bir hədisdə bu hadisə qəti əlamət kimi qeyd edilmir. Bəzi mühəddislər Xorasanlının elə həmin Seyid Hüseyni olduğunu qeyd etmişlər. Bəziləri də Nəfsi Zəkiyyənin həmin Seyid Hüseyni olduğunu qeyd etmişlər. Bütün hallarda hədislərdə Süfyani və Yəmaninin qiyamı ilə eyni vaxtda Xorasanlı Seyidin də qiyam edəcəyinə işarə edilmişdir. Bəziləri onun Təmimdən olan qarabuğdayı , enli kürəkli, Şəb ibn Saleh adlı bir cavan olacağını qeyd eiblər. O, öz qıyamını 4 min qoşunla Rey şəhərindən başlayacaq. Onların geyimləri ağ bayraqları isə qara olacaq. O, Hz. Məhdinin (ə.f) bayraqdarı kimi İliya (Qüds) torpaqlarına daxil olacaq.
www.ahliman.info
___________
Mənbələr:
(1) Şeyx Səduq İkmalud-Din, c.2, səh.649, Şeyx Tusi, əl-Ğeybə, səh.267, zühur əlamətləri cüzi fərqlərlə Biharul-Ənvar, c.52, səh.203- də də qeyd olunmuşdur.
(2) İkmalud-din, c.2, səh. 650, Biharul-Ənvar, c.52, səh.204
(3) Nomani, Əl-Ğeybə, səh. 252 və 257, Biharul-Ənvar, c.52, səh.233.