Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
24 İyun 16:21
1 Şərh
2112

Əgər Adəmlə (ə) Həvva cənnətdən çıxarılmasaydı, biz indi cənnətdə olardıq?

Həzrət Adəmlə (ə) həyat yoldaşının cənnətdə yaşayacaqları ilə bağlı mövzu doğru deyildir. Belə ki, Allah Təala yaradılışın əvvəlində istəyirdi ki, yer üzündə Öz xəlifəsini xəlq etsin, nəinki behiştdə. “Və(yadına sal) o zaman(ı) ki, Rəbbin mələklərə dedi: «Həqiqətən Mən yer üzündə bir canişin(Allahın oradakı nümayəndəsi, ya da oranın nəsli kəsilmiş qədim sakinlərinin canişini) qoyacağam»”. (“Bəqərə” 30).

“Həqiqətən Biz (Lövhi-Məhfuzdan sonra bütün səma kitablarında), Zikrdən (Musanın Tövratından) sonra (Davudun)Zəbur(un)da(və bu kitabların hamısından sonra Qur’anda) yazdıq və qərara aldıq ki, bu yerin varisi (sahibi, hakimi və bərəkətlərindən tam istifadə edən) Mənim saleh bəndələrim olacaqlar (və bunları qəsbkarların və zalım rəhbərlərin əlindən alıb ədalət imamları və onların canişinlərinə ötürəcəklər). (“Ənbiya” 105).

Allah Təala Adəmi (ə) yerdə yerləşdirməzdən ona iki imtahan verir:

1. Ona sual verir və adları soruşur və o, da mələklərin qarşısında göstərir ki, xəlifə olmağa layiqdir.

2. Allah Təala Adəmi (ə) imtahana çəkmək istəyir və ona buyurur: “Və dedik: «Ey Adəm, sən və zövcən bu bağda məskunlaşın, onun (meyvə və nemətlərinin) istədiyiniz yerindən bolluca yeyin və bu ağaca (buğda, üzüm, ya əncir ağacına)yaxınlaşmayın ki, zalımlardan olarsınız»”. (“Bəqərə” 35). Bu ayəni dərindən incələdikdən sonra bu nəticəyə gəlmək olur ki, xitab olunan insanlar sadəcə Adəm və Həvvadır, nəinki bütün insanlıq. Çünki Allah Təala buyurur ki, ey Adəm! Ancaq sən və həyat yoldaşın behiştdə sakin olun. Əgər biz də behişt əhli olmalıydıqsa və Adəm (ə) ilə Həvvanın səhvinə görə orada ola bilmiriksə, övladın valideynlərinə görə cəzalandırılması – zülmdür. Allah Təala isə zülmdən uzaqdır. Ona görə də behişt ancaq Adəm (ə) və Həvvaya aid olmuşdur, nəinki bütün bəşərə. Allah onara behiştdə imtahan verir və ağaca yaxınlaşmamaqlarını buyurur. Lakin onlar çaşırlar. Əgər şeytanın vəsvəsəsi olmasaydı da, insan yer üçün xəlq olmuş varlıqdır və gərək Yer kürəsinə gəlsin ki, imtahan oluna bilsin. Behiştdə vəzifə və təklif mövcud deyildir və ona görə də heç bir əmr və nəhy də yoxdur. İnsan gərək əməlinə görə behiştə daxil olsun, ancaq Adəm (ə) elə bir əməl görməmişdi ki, orada əbədi olaraq qalsın. Adəm (ə) behiştdə cavidan qalmadığını bilirdi və ona görə də şeytan (lən) onu məhz bu yoldan vəsvəsə edir və deyir ki, əgər bu ağacın meyvəsindən yesən, cavidan olarsan. O, da şeytanın bu vəsvəsinə aldanır.

İmam Sadiqə (ə) Adəmin (ə) behiştilə bağlı sual verirlər. Həzrət (ə) belə cavab verir: “Dünya bağlarından biri idi ki, Günəş və Ay ona nur saçardı. Əgər behişt cavidan olsaydı, Adəm (ə) heç bir zaman ondan çıxarılmazdı”.

Ona görə də deyə bilərik ki, bizim behiştdə sakin olmağımız heç bir zaman qərarlaşdırılmamışdır. Həzrət Adəm (ə) və Həvva da orada əbədi qalmaq üçün xəlq olmamışdılar. Yaradılışın əvvəlində insan yerin xəlifəsi olmaq üçün xəlq olunmuşdu. Əgər Adəm (ə) bir neçə gün behiştdə olubsa, imtahan olmasına görə idi. Adəm (ə) üçün bir dərs idi ki, necə məsuliyyəti öhdəsinə götürəcək və ondan boyun qaçırtmayacaqdır. İnsan o zaman əbədi behiştə qovuşar ki, İlahi imtahanın və vəzifələrinin öhdəsindən ən yaxşı şəkildə gəlmiş olar. (İslami saytlara istinadən)

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Mübarək Nimeyi-Şaban gecəsinin əməlləri

Bu gecə Nimeyi-Şaban daxil olur Hədislərdə qeyd olunur ki, bu gecə Qədr gecəsindən sonra ən fəzilətli gecədir. Tövsiyyə olunur ki, bu gecə... Davamı..

Allah-Təala buyurur: “Mömin kişilərə və qadınlara de ki, gözlərini nаməhrəmlərdən çеvirib yеrə diksinlər”

Həzrət Məhəmməd (s) buyurub: “Аlimə bахmаq ibаdətdir. Ədаlətli rəhbərə bахmаq ibаdətdir. Аtа-аnаyа məhəbbətlə bахmаq ibаdətdir. Аllаhа хаtir sеvdiyin qаrdаşа bахmаq ibаdətdir.” “Üç... Davamı..

Ayətullah Misbah Yəzdi: “Problemlərin həlli üçün onun-bunun qabağında boyun bükmək gərək deyil. Axı sadəcə İmam Zaman ağanin (ə.f.) bircə nəzəri kifayətdir…”

Ayətullah Misbah Yəzdi bəzi məddəhların Əhli-beyt (ə) haqqında yazdıqları şeirləri tənqid etdimişdir və bu cür şeirlərin ali məzmunlara malik olmamasını vurğulamişdır. Çünki... Davamı..

İmam Əli (ə): “İçində ibrət оlmаyаn hər bir bахış, əbəsdir”

İmаm Əli (ə) buyurub: “Göz qəlbin qаsididir.” “Göz qəlbin хəfiyyəsi və аğlın qаsididir.” “Qəlb gözün kitаbıdır.” “Gözlərin bахışlаrı şеytаnın tоrlаrıdır.” “Gözün kоrluğu... Davamı..

Bu gün Şaban ayının ilk günüdür. Bu ayın müştərək əməlləri və zikrləri

Bu gün Fevral ayının 22-i müqəddəs  Şaban ayının ilk günüdür. Şaban ayı mübarək Ramazan ayına son hazırlıq fürsəti sayılır. Hədis və rəvayətlərdə... Davamı..

Namazı keyfiyyətli qılmaq istəyənlər üçün Ayətullah Behcətdən tövsiyələr

Ayətullah Behcətin namazda qəlb hüzuru ilə bağlı nəzərləri vardır ki, onlara işarə edək: “Qəlb hüzuru mövzusunda bir giriş var və bir də... Davamı..

Ustad Fatimi Niya: İnsanda gərək İmam Zamana (ə.f) qarşı bir növ qeyrət hissi olsun!

Mərhum Ustad Abdullah Fatimi Niya buyurur: Həmd olsun Allaha ki, şiələrin qəlbində İmam Zamana (ə.f) eşq var. Allah-təala bu eşqi günbəgün daha... Davamı..

İmam Əli (ə): “Kim cаmааtа qаrşı insаflı оlsа, Аllаh mütləq оnun izzətini аrtırаr”

İmаm Əli (ə) buyurub İnsaflı olmaq haqda buyurub: “İnsаf хislətlərin ən üstünüdür.” “İnsаf qəlbləri bir-birinə bаğlаyır. ” “Əlаqə tеlləri insаfın оlmаsı nəticəsində... Davamı..