Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
20 Dekabr 13:02
Şərh Yoxdur
2645

İmam Əli (ə) özünə və xidmətçisinə paltar alması

Rəvayət olunur ki, bir gün Həzrət Əli (ə) parca bazarına getdi. Bir kişiyə dedi ki, bu iki paltarı mənə sat.

Həmin kişi dedi:  Ya Əmirəl-möminin, hər nə istəsən mənim varımdır.

Həzrət Əli (ə) bildi ki, satıcı onu tanıyıbdır. Buna görə də onun yanından gedib bir oğlanın dükanına girdi. Ondan iki paltar aldı, birini üç dirhəmə, o birisini iki dirhəmə. Sonra buyurdu: Ey Qəmbər[1] bu üç dirhəmlik paltarı sən geyin!

Qəmbər dedi: Bunu siz özünüz geyin, çünki, minbərə çıxıb xalq qarşısında moizə edirsiniz.

Həzrət buyurdu: Ey Qəmbər, sən cavansan, gərək yaraşıqlı paltar geyəsən. Əgər sənin paltarından qiymətlisini geysəm, Allah dərgahında xəcalət çəkərəm. Rəsulullah (s) buyururdu ki, özünüz geydiyiniz paltarlardan qulamlarınız üçün də alın və özünüz yediyiniz yeməkləri onlara da yedizdirin.

Satıcı oğlanın atası gəldi. O, ərz etdi: Ya Əmirəl-möminin (ə) oğlum səni tanımayıbdır. O, səndən iki dirhəm artıq alıbdır!

Həzrət buyurdu: Bu iki dirhəmi mənə qaytarma, almayacağam. Çünki, nə o məni, nə də mən onu aldatmamışam, bu müamiləyə ikimiz razı olmuşuq.

 

www.ahliman.info

[1] Qənbər Həzrət Əlinin (ə) xidmətçisi idi.

Digər “Əhli-Beyt ” Xəbərləri

İMAM ƏLİNİN (Ə) HƏYATI

Adı Əli (ə), atasının adı Əbu Talib, anası Fatimə binti Əsəd, doğulduğu yer Məkkədə yerləşən Kəbə evi, doğulduğu tarix Peyğəmbərin (s) hicrətindən,... Davamı..

İmam Mehdinin (ə) həyatı

İmam Mehdinin (ə) doğum günü münasibəti ilə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o həzrətin həyatı ilə bağlı qısa məlumatı nəzərinizə... Davamı..

11 Şəban – İmam Hüseynin (ə) oğlu Həzrət Əli Əkbərin (ə) mövlud günüdür.

11 Şəban – İmam Hüseynin (ə) oğlu Həzrət Əli Əkbərin (ə) mövlud günüdür.   Bəzi tarixçilərin qeydlərinə əsasən, həzrət Əli Əkbər 33-cü... Davamı..

İMAM SƏCCADIN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

Şəhidlər sərvəri imam Hüseynin oğlu imam Səccad (ə) şiələrin dördüncü imamıdır. Adı Əli, anası Şəhrəbanu, ən məşhur ləqəbi Zeynəlabidin və Səccaddır. O... Davamı..

Həzrət Əbülfəzl-Abbasın (ə) həyatına qısa bir baxış

Şəban ayının 4-ü  Həzrət  Əbəlfəzl Abbasın (ə) doğum günüdür. Elə bu münasibətlə əziz oxucularımızı təbrik edir və o həzrətin təvəllüdü ilə bağlı... Davamı..

İMAM HÜSEYNİN (Ə) HƏYATI

Şəban ayının 3-ü İmam Hüseynin (ə) doğum günüdür. Elə bu münasibətlə əziz oxucularımızı təbrik edir və o həzrətin təvəllüdü ilə bağlı bəzi... Davamı..