“Allah tərəfindən səndə azad olanlar nə çoxdur...”
Allah-Təala oda, bəlaya, əxlaqi rəzilliklərə mübtəla olanları bu zəncirlərdən azad etdi. Azadlıqdan daha üstün hansı nemət ola bilər?
İmam Sadiq (ə) dindar insanın xüsusiyyətlərini bəyan edərkən buyurur: “O, şəhvət və asılılıqları tərk edir və azad olur”.[1]
Azadlıqdan üstün nemet yoxdur. Azad insan şəhvət və qəzəbinə düçar olmaz, nəfsinin nökərçiliyindən xilas olar, öz idarəçiliyini nəfsinin ixtiyarına qoymaz.
“Nə xoşbəxtdir o kəs ki, sənin vasitənlə hörmətinə riayət etdi…”
Bu ayda diqqətli oldu ki, pis söz danışmasın, pis xəyal və günah düşüncəsinə düşməsin.
“Çoxlu günahlarımızı əməl dəftərimizdən yuyub, çoxlu eyiblərimizi örtən ay, salam olsun sənə…”
Sən eyiblərimizi örtür, günahlarımızı məhv edirsən. Allah-Təala əvvəlcə eyibləri örtər ki, insanın abrı getməsin. Sonra da bağışlayar. Allah «səttar» (eyibləri örtən) olması «qəffar» olub günahları bağışlamasına zəmin yaradır.
Nə yaxşı olar k, insan bacardığı qədər başqalarının abrını qorusun. Belə olarsa, Allah da onun abrını qoruyar.
“Zamanı günahkarlara çox olan, möminlərin qəlbində böyük heybəti olan ay, salam olsun sənə…”
Sən günahkarlar üçün çox uzun görünürsən. Zalımlar səni sanki bir ay uzunluğunda bilərlər. Möminlərin qəlbində isə bu mübarək ay bir növ heybət, cəlal kimi təcəlla edər.
[1] «Əmali» Şeyx Müfid, hədis 64.