Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
22 Fevral 16:28
Şərh Yoxdur
2614

Sirat – cəhənnəmin üstündən keçən bir körpüdür. Bu körpüdən kimlər salamat keçəcək?

Quranın buyurduğuna görə, hər birimiz bir gün cəhənnəmdən keçəcəyik. “Sizdən (insanlardan)cəhənnəmə girmək astanasında olmayan və ya ona daxil olmayan bir kəs yoxdur. Bu iş sənin Rəbbinin öhdəsində qəti və (Onun əzəli istəyinə əsasən) labüddür. Sonra (etiqad və əməllərində) təqvalı olmuş kəsləri (ora düşməkdən və ya daxil olduqdan sonra)qurtaracaq, zalımları isə (əzabın çoxluğundan) diz üstə düşdükləri halda orada boşlayacağıq”. (“Məryəm” 71-72).

Bu ayələrdən göründüyü kimi ancaq təvqa əhli nicat tapacaqlar. Sirat o körpüdür ki, cəhənnəmin üstündən çəkilər. Hamı oradan keçməyə məcburdur. (Tebyan/Deyerler)

Əllamə Həsənzadə Amuli buyurur: “Həzrət Peyğəmbər (s) öz səhabələri ilə məsciddə əyləşmişdi. Qorxulu səs eşidirlər, onlar qorxurlar. Həzrət (s) buyurur: “Bilirsinizmi ki, bu nə səsdir?”. Deyirlər ki, Allah və Rəsulu (s) daha yaxşı bilir. Həzrət Peyğəmbər (s) buyurur: “70 il qabaq cəhənnəmin yuxarısından bir daş atılmışdı, indi onun dibinə çatır. Onun enməsindən bu səs meydana gəlir”.

Həzrətin (s) sözləri hələ bitməmişdi ki, Mədinə münafiqlərinin birinin evindən fəğan səsi gəldi və onun 70 yaşı var idi. Həzrət Peyğəmbər (s) buyurur: “Allahu Əkbər!”. Səhabələr başa düşdü ki, bu daş həmin münafiq imiş və Allah onu yaratdığı gündən cəhənnəmə enirdi. Ölən kimi cəhənnəm quyusunda qərar tutur. Allah Təala buyurur: “Münafiqlər cəhənnəmin ən aşağı dərəcəsindəndir”.

Beləliklə deyə bilərik ki, Siratdan salamat keçə bilən insanlar təqva əhldirlər. Bu Sirat çox dardır və insan gərək Allahın razılığı olmayan bir əməl belə yerinə yetirməsin ki, bu dar yerdən rahatlıqla keçə bilsin. “O, xəyanətkar gözləri (və ya gözlərin qadağan edilmiş yerlərdəki xəyanətlərini) və sinələrin gizlətdiklərini (küfrü, haram fikirləri və rəzil sifətləri) bilir”. (“Ğafir” 19).

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..