Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
5 İyul 10:48
Şərh Yoxdur
4490

Tövbə qapısı nə zaman bağlanar?

Hədislərimizə əsasən tövbə qapısı o qədər genişdir ki, günahkar və çirklənmiş insan oradan daxil ola bilsin. Ancaq bu geniş qapı üç halda bağlana bilir: bəla nazil olan zaman, ölüm zamanı, İlahi əzabı müşahidə edən zaman.

 

1. Bəla nazil olan zaman tövbə etmək. İnsan bəlaya düçar olan kimi tövbə edərsə, bu tövbə təsirsiz olar. Ona görə də Allah Quranda buyurur: “Gəmiyə minən (və qərq olmaq təhlükəsi ilə üzləşən) zaman dini yalnız Allaha məxsus edib Ona dua edərlər.(İbadət etdikləri bütləri unudarlar. Allah) onları quruya çıxarıb, xilas edən kimi dərhal ona şərik qoşarlar”. (“Ənkəbut” 65). Bu müşriklər gəmiyə minərlər və dənizdə tufan baş verər. Gəminin batacağı təhlükəsi yaranar. İxlasla Allahı çağırarlar, ancaq nə bu duanın dəyəri vardır və nə də ixlasın. Bu tövbə təsirli deyildir. Çünki məcburiyyət üzündə yaranan bir tövbədir. O kəsə bənzəyir ki, şallaq altında tövbə edir. Halbuki, həqiqi tövbə odur ki, insan öz iradəsi ilə yolunu dəyişdirməyi qərara alar, ancaq müşriklərin tövbəsi yollarını dəyişdirməz.

 

2. Günahkarın ölüm zamanı etdiyi tövbə. O zaman ki, ölümün süstlüyü insana hakim olar və ölümün yəqinliyini hiss edər, artıq tövbənin qəbul olması mümkün olmaz. Allah Təala Quranda buyurur: “Daim günah edib ölümləri çatan zaman (öləcəyini yəqin edəndə və ya zahiri hissləri bərzəx aləminin əlamətlərini dərk edəndə) «mən indi tövbə etdim» deyənlər və həmçinin küfr halında ölənlər üçün tövbə yoxdur (onların tövbələri qəbul olunmaz). (“Nisa” 18). Fironun tövbəsi də bu cür tövbələrdən idi. O, qərq olduğunu görən zaman tövbə etməyə başlayır və deyir: «İsrail övladlarının iman gətirdiyindən başqa bir tanrının olmamasına iman gətirdim və mən təslim olanlardanam». (“Yunus” 90).

 

3. İlahi əzabı müşahidə edən zaman. İnsanların əksər hissəsi İlahi əzabı görən kimi tövbə edərlər. Bu cür tövbənin də təsiri olmaz. “Bizim əzabımızı görəndə dedilər: «Tək olan Allaha iman gətirdik və (Allaha) qoşduğumuz şəriklərə kafir olduq». Lakin əzabımızı gördükləri zaman imanlarının onlara xeyir verməsi mümkün deyildi. (Bu,) Allahın (qədim zamanlardan) bəndələri barəsində (həyata) keçmiş qanunudur. Kafirlər orada ziyana uğradılar”. (“Ğafir” 84-85). Nuh qövmünün tufanı görən zaman etdiyi tövbə və həmçinin Lut qövmünün göydən daş yağması zamanı etdiyi tövbə – təsirsiz tövbələrdəndir.

Əziz insan! Ölüm xəbərsiz gələr və bir anda boğazından yapışar. Hələ ki, nəfəs alırsan və hələ ki, əməl dəftərin bağlanmamışdır, günahlarına görə tövbə et. Bu işi sabaha saxlama, elə indi yerinə yetir. Çünki insan quş kimidir, bu gün dünyadadır, sabah axirətdə.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir. Kərbəlada şəhid oldu. Adı Kərbəla şəhidlərinə məxsus Rəcəbiyyə ziyarətində də keçir. O, əshabdan ən... Davamı..

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən İmam Zeynülabidin Əli ibn Hüseyn əs-Səccad (ə) buyurub: Aşura günü atam (ə) bədəninin yaralarından qan gəldiyi halda məni... Davamı..

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır. Ölüncəyədək öz qüvvəsində qalan iş – (və ölüm zamanı insan üçün qalan son ümid də)... Davamı..

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..