Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
14 Noyabr 11:08
Şərh Yoxdur
16311

Ruzinin artmasına səbəb olan 40 əməl

1-Təqvalı olmaq və günahlardan çəkinmək:

Allah-təala buyurmuşdur: “Əgər o məmləkətlərin əhalisi iman gətirib (pis əməllərdən) çəkinsəydilər, sözsüz ki, onların başlarına göydən bərəkət yağdırardıq. Lakin onlar (öz peyğəmbərlərini) yalançı hesab etdilər. Biz də onların qazandıqlarına görə məhv etdik.”[1]

2-Tövbə etmək və Allahdan bağışlanmaq diləmək:

İmam Əli (ə) buyurmuşdur: “Allah-taala bir vasitə kimi ruzinin və mərhəmətin artmasında tövbə və Allahdan bağışlanmaq diləməyi insanlar üçün təyin etmişdir.

3-Gündə yetmiş dəfə “Ya ğəniyyu, ya kafi, ya fəttahu, ya raziq” demək.

4-Hər gün yüz dəfə “Əllahummə səlli əla Muhəmmədin və Ali-Muhəmməd və əccil fərəcəhum vəhşurna məəhum vələn ədaəhum” demək.

5-Gündə otuz dəfə “Subhanəllahu və bihəmdihi, subhanəllahul-əzimu və bihəmdih” demək.

6-Hər gün sədəqə vermək. Əlbəttə, sübh və işa namazından sonra sədəqə vermək daha yaxşıdır.

7-Sübh namazından sonra “Yasin”, “Taha” və “Mülk” surələrini oxumaq.

8-Gündə qırx dəfə “Əl-əziz” demək.

9-Oruc tutmaq (xüsusilə “Şəban” ayında).

10“Ma şaəllahu la hovlə və la quvvətə illa billah” zikrini çoxlu demək.

11-Hər gecə işa namazından sonra “Vaqiə” surəsini oxumaq.

12-Süfrədəki yemək qalıqlarını yemək.

13-Hər gün yüz otuz dörd dəfə “Əs-səməd” demək.

14-Namazların (xüsusilə sübh və əsr namazlarının) təqibatını (namazdan sonrakı duaları) oxumaq.

15-Allaha təvəkkül edib, Onun lütf və mərhəmətinə and vermək.

16-Müstəhəbbi namazlar (xüsusilə sübh namazının nafilələrini və gecə namazını) qılmaq.

17-Ata-ana və başqaları üçün dua etmək (xüsusilə süfrə başında əyləşəndə).

18-Dəstəmaz alıb üzü qibləyə oturan halda, (arada fasilə vermədən) üç dəfə “Təlaq” surəsini oxumaq.

19-Dünya malına həris olmamaq, xums və zəkat vermək. Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Allahın sənin mal-dövlətini artırmasını istəyirsənsə, malının zəkatını ver.”

20-Mömin qardaşının istəyini yerinə yetirmək.

21-Gündə on dörd, yaxud yüz dəfə “Əl-vəhhab” demək.

22-Azan verən şəxs azan verəndə, onu zümzümə etmək (astadan təkrarlamaq).

23-Hər gün “Qədr” surəsini oxumaq.

24-Gecə namazı qılmaq.

25-Həmişə dəstəmazlı olmaq.

26-Gündə otuz dəfə “Subhanəllah” demək.

27-Qonaqlıq vermək.

28-Gündə yüz dəfə “La ilahə illəllahul-məlikul-həqqul-mubin” demək.

29-Az danışmaq və yalanı tərk etmək.

30-Qohumluq əlaqələrini kəsməmək.

31-Əmanətə vəfalı olmaq.

32-Bığı və dırnaqları qısaltmaq.

33-“Hər gün yüz yetmiş üç dəfə “Əl-lətif” demək.

34-Ayaq yolunda danışmamaq.

35-Yeməkdən qabaq dəstəmaz almaq.

36-Namazı xüzu halında qılmaq.

37-Camaat namazında iştirak etmək.

38-Azandan qabaq məscidə getmək.

39-Yersiz və boş sözlər danışmamaq.

40-Allahın verdiyi nemətlərə şükr etmək.

[1] “Əraf” surəsi, 96-cı ayə.

 

www.ahliman.info

 

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..