Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
23 May 11:30
Şərh Yoxdur
3906

Ayətullah Xameneinin nəzərində Ramazan ayı

Ayətullah Seyyid Əli Xamenei keçən illər ərzində Ramazan ayında diqqət etməli olduğumuz məsələlərə toxunmuşdur ki, onların bəzilərinə işarə edək.

 

Hər bir halda Quran qiraət etmək

“Dostlar, səy edin hər vaxt (xüsusilə də Ramazan ayında) Quran tilavət etməyi unutmayasınız. Quran həyatınızdan silinməməlidir. Mütləq Quranı tilavət edin. Quranı səbirlə tilavət etmək – təsirqoyucudur.

Quranı tez-tələsik oxumaq – yəni insan üzündən oxuyur, mənasını da başa düşmür, ya da düz başa düşmür – düzgün tilavət deyildir. Nəhayət insan dərk edər ki, bu, Allahın kəlamıdır və bunun özü bir növ rabitədir. Bunun özü də xoşa gələn bir işdir. Kimsə bu cür Quran oxumaqdan çəkinməsin.

Ancaq bu tilavət bəyənilən qiraət deyildir. O tilavət bəyənilən sayılır ki, insan başa düşərək oxuyar. İlahi kəlamları dərk edər. Əgər insan ərəb dilini bilər, bilmədiklərinə görə isə lüğətə müraciət edərsə, oxuduqlarını düşünərsə, iki dəfə, üç dəfə, beş dəfə oxusa da həmin ayənin məzmununa qarşı dərk əldə etmiş olar. Bunu təcrübə edin.

Məsələn insan birinci dəfə bir-biri ilə əlaqəsi olan on ayəni oxuyur, bir hissi və bir səhvi olur. İkinci, beşinci, onuncu dəfə isə onu diqqətlə oxuyan zaman başqa bir diqqət əldə etmiş olar. İnsan hər nə qədər insi çox olarsa, daha çox dərk edər. Bizim buna ehtiyacımız vardır”.

 

Ramazan ayı – İlahi ziyafət ayıdır

Bu ay – İlahi ziyafət ayıdır. Bu ayda Allah, bəndələrini rəhmət və məğfirət qapılarını açaraq qarşılayar. Oruc – bu İlahi ziyafətin lazımlı hissəsidir. İnsan ruhunu təmizləyər və qəlb təharəti üçün zəminə yaradar.

Bu ay – Quranın baharıdır. Quranla ünsiyyət İslam maarifini zehnimizdə daha qüvvətli və dərin edər. İslam cəmiyyətinin bədbəxtliyi Qurandan, həqiqətlərdən və maarifdən uzaq olmağa görədir. O müsəlmanlar ki, Quranı başa düşmürlər və onunla əalqələri yoxdur, vəziyyətləri məlumdur. Hətta o kəslər ki, Quran dili ana dilləridir, onu başa düşürlər, Quran ayələrini düşünmədikləri üçün Quran həqiqətləri ilə tanış olmurlar, ünsiyyət bağlamırlar. “Allah heç zaman kafirlərin (dəlil-sübut gətirməkdə) möminlərə qalib gəlmələrinə bir yol qoymayacaqdır”. (“Nisa” 141). Allah bu ayədə buyurur ki, Allah möminləri kafirlərin əlaltısı qərar verməmişdir. Ərəb ölkələrində ərəbdilli insanlar tərəfindən oxunur, ancaq ona əməl edilmir. Quran ayələrinə görə düşünmür və diqqət etmirlər. Ona görə də İslam ölkələri geridə qalmışdır”.

 

Əbu Həmzə duasında Qiyamət qorxusu

“İmam Səaccad (ə) Əbu Həmzə duasında Qiyamət qorxusunu şərh etmişdir. “Bu gün, paltarsız, zəlil və əməlin ağır yükü ilə qəbirdən çıxacağımız günə görə ağlayırıq”. “Bəzilərinin üzü gülərdir, sevincli və şad, başı ucadırlar, bunlar kimlərdir? Bunlar o kəslərdir ki, dünyada olan zaman həqiqət və batinin olduğu Sirat körpüsündən keçməyi bacaranlardır. Bu Sirat körpüsü ubuduyyət körpüsüdür, təqva və saleh əməl körpüsüdür. Bu dünyanın siratı cəhənnəmin üzərində olan həmin siratdır”.

 

Həzrət Peyğəmbər (s) buyurur: “Siratül-müstəqim – cəhənnəmin üzərində olan siratdır”. Əgər burada biz siratdan keçməyi bacarsaq, düzgün, diqqətlə və titrəmədən o biri siratdan da keçəcəyik. O siratdan keçmək – ən asan işdir. Möminlər kimi işıq sürəti ilə keçərlər.

 

“Onlar əslən cəhənnəmim qovğasını belə eşitməzlər.” İnsan üçün ən çətin qorxu – böyük qorxudur. Mömin həmin bu cismi, nəfsi və ruhu ilə bu böyük qorxudan qəmgin olmaz. Onlar bu siratdan keçmişdilər”.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

HƏZRƏT ÜMMÜL BƏNIN

Əli ibn Əbu Talib əleyhissalam qardaşı Əqil ilə məsləhətləşib ondan istədi ki, həzərətə elə bir nəsildən xanım tapsın ki, şücaətli övladlar dünyaya... Davamı..

Heç bir şey SALAVAT qədər dərdimə dəymir

Heç bir şey SALAVAT qədər dərdimə dəymir İrfan və mərifət yolunun saliki, rəbbani alim, Həzrət Ayətullah Seyyid Bəhauddini (r.ə) buyurub: Üç şey... Davamı..

Bu duanı unudanda QƏZA etməlisən

İmam Sadiq (ə) buyurur ki, Günəş çıxmamışdan və batmamışdan öncə bu zikri və duanı 10 dəfə oxumaq dəyişilməz bir sünnədir. Əgər unutsanız... Davamı..

Zikr, yəni yada salmaq, xəbərsiz qalmamaq və unutmamaq

Zikr, yəni yada salmaq, xəbərsiz qalmamaq və unutmamaq Zikr yada salmaqdır. Yada salmaq xəbərsiz olmağın əksidir. Allahdan, vəzifə məsuliyyətindən xəbərsiz olmamaq, maddi... Davamı..

Allah qarşısında kiçilmək və təzim

Duanın əsas məqsədi nədir? Rəbb qarşısında kiçilməkdir. Duanın əsası budur. Peyğəmbərin (s) belə buyurduğu nəql olunub: “Dua ibadətin məğzidir”.[1] Çünki duada Rəbbə... Davamı..

Peyğəmbəri-Əkrəmin (s) uzaqdan ziyarəti (oxunuşu və tərcüməsi)

Əllamə Məclisi “Zadul-məad” kitabında yazır ki, Şeyx Müfid, Şeyx Şəhid və Seyid ibn Tavusun qeydlərinə əsasən, Peyğəmbəri-Əkrəmi (s) Mədinədən başqa yerlərdən (uzaqdan)... Davamı..

Rəbiül-əvvəl ayının əməlləri

Rəbiül-əvvəl ayının əməlləri 1-ci gün: Rəbiül-əvvəl ayının 1-ci günü Peyğəmbəri-Əkrəmin (s) Məkkədən Mədinəyə hicrət etdiyi günə təsadüf edir. Tarixdə göstərilir ki,Peyğəmbəri-Əkrəmin (s)... Davamı..

‘Ərbəin’ gününün əməlləri

İmam Hüseynin (ə) ərbəinində o həzrəti yaxından ziyarət etmək müstəhəbdir və o həzrəti həmin gün ziyarət edən birinci şəxs Cabir ibn Abdullah... Davamı..