Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
19 Oktyabr 12:21
Şərh Yoxdur
3563

Əzadarlıqlarda tökdüyümüz göz yaşı günahlarımızı necə yuyur?

İmam Hüseyn (ə) əzasında göz yaşı tökülməsinə dair çox sayda fəzilət bəyan edilmişdir. Bunlardan biri də göz yaşlarının günahları yumasıdır. İmam Sadiqdən (ə) gələn hədisdə oxuyuruq:“Hər kim İmam Hüseyn (ə) müsibətinə ağlayar, ya ağladar və ya özünü ağlatmağa çalışar, cəsədi atəşə haramdır. Behişt ona vacibdir”. (Tebyan/Deyerler)

Dəfələrlə özümüzə bu sualı vermişik ki, görəsən niyə məhz İmam Hüseynə (ə) görə ağlamağın bu qədər fəziləti vardır? Alimlər bu suala belə cavab verir: “Buradadır ki, Quran deyir: Yaxşılıqlar pislikləri aradan aparar. “Həqiqətən (namaz başda olmaqla) yaxşılıqlar günahları aradan aparır”. (“Hud” 114). Sözümüz o deyildir ki, siz yalan danışasınız və Allah onu düz kimi qiymətləndirsin. O zaman ki, üfunətli peyin (günah da üfunətlidir), gülün üzərinə tökülər, bir müddət sonra gülün tərkib hissəsinə çevrilərək, gül qoxusu verəcəkdir. İmam Hüseyn (ə) üçün tökülən göz yaşı hər şeyi dəyişər və bu göz yaşı günahları yuyandır”.

Allah Təala Quranda buyurur: (Keçmiş durumlarına görə) tövbə edən, iman gətirən və yaxşı işlər görən kəs istisna olmaqla. Allah onların günahlarını yaxşılıqlara çevirər (gələcəkdə yaxşı işlər görmələrinə kömək edər və yaxud keçmiş günahlarını məhv edərək onların yerinə yaxşılıq yazar). Allah çox bağışlayan və mehribandır”. (“Furqan” 70).

Allah Təala sevmir ki, biz fəryad çəkək, ancaq buyurur ki, insanların bir yerdə fəryad çəkməsi olar. Və o da o zamandır ki, bir nəfərə zülm edilər. Necə ola bilər ki, məzlum insanı görək və sakit əyləşək. Bəzən məzluma göz yaşı ilə yardım etmək lazımdır. Xanım Zəhra (s.ə) Peyğəmbərin (s) vəfatından 95 gün sonra Bəqi qəbiristanlığına gəlir və ağlayır. Ühüdə gedir, ağlayır. Bu göz yaşı atasının yoxluğuna görə deyildi. Bəlkə həyat yoldaşına edilən zülmlərə görə idi. Ona görə də göz yaşının beş növü vardır: əqidə göz yaşı, sevgi göz yaşı, fəzilət istəmək göz yaşı, günahı yumaq göz yaşı və məzluma tökülən göz yaşı. Bu göz yaşlarının dördü Kərbəla müsibətində vardır.

Bəs biz niyə İmama (ə) bu qədər ağlayırıq?

1. Çünki İmam (ə) bizim əqidə nişanəmizdir.

2. Çünki fəzilət nişanəsidir, fəzilətin olmaması üçün göz yaşı tökürük.

3. Ona görə ağlayırıq ki, İmam (ə) üçün ürəyimiz sızlayır.

4. Ona görə ağlayırıq ki, İmam (ə) məzlum ölmüşdür.

Seyyid ibni Tavus deyir: “Əgər bizə əzadarlıq əmri verməsəydilər, Aşura bayram olardı. Aşuranı qorumaq bayram olardı. Ancaq müsibət belə deyildir. Əgər kiminsə əlinə ox dəysə siz ondan təsirlənərsiniz. Necə ola bilər ki, insanın gözü önündə körpəni parça-parça etsinlər və insan sakit otursun?! Ona görə göz yaşı tökməsin. Bu göz yaşı zəiflik əlaməti deyildir. Bu, çarəsizlik demək deyildir. Ona görədir ki, İmam Hüseynə (ə) göz yaşı tökmək üçün bu qədər savab bəyan edilir”.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

HƏZRƏT ZEYNƏBİN (S.Ə.) HƏYATINA QISA BİR BAXIŞ

Cəmadiul-əvvəl ayının 5-i  iffət və müqavimət nümunəsi xanım Zeynəbin (s.ə.) doğum günüdür. Bu münasibətlə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir, o xanımın... Davamı..

10 Rəbius-sani Xanım Fatimeyi-Məsumənin (s) vəfat günüdür.

Biz burada “Əhli-beyt kəriməsi” ləqəbi ilə tanınan Həzrət Məsumənin (ə.s.) vəfatı münasibətilə o Xanımın bir sıra xüsusiyyətlərinə toxunacağıq ki, onun şəxsiyyəti və... Davamı..

 İmam Həsən Əskərinin (ə) mövlud günüdür.

 İmam Həsən Əskərinin (ə) mövlud günüdür.   İmamət və vilayət səmasının 11-ci ulduzu imam Həsən Əskərinin (ə) mövludu münasibəti ilə əziz həmvətənlərimizi... Davamı..

İmam Həsən Əskərinin (ə) şiələrə vəsiyyəti

İmam Həsən Əskərinin (ə) şiələrə vəsiyyəti ✅1). Sizlərə tövsiyə edirəm ki, təqvalı olun və Allahdan qorxun; Quran baxımından insanların bir-birindən təkcə üstün... Davamı..

PEYĞƏMBƏRİN (S) HƏYATI

Peyğəmbərin adı Mühəmməd (s), məşhur künyəsi Əbülqasim, məşhur ləqəbləri Əhməd və Mustafa, bərəkətli ömrü isə 63 ildən ibarət olmuşdur. O həzrət “amul-fil”in... Davamı..

İmam Həsən Əskəri (ə.s)-ın Şəhadəti

Abbasi xəlifələri və Abbasi iqtidarının nümayəndələri, Əhli-Beyt İmamlarının (ə) on iki nəfər olduğunu və on ikincisinin qeybətdən sonra zühur edib zalımların batil... Davamı..

 İmam Rzanın (ə) şəhadət günüdür

 İmam Rzanın (ə) şəhadət günüdür İmam Rza (ə) 148-ci hicri-qəməri ilinin Zil-qədə ayında anadan olmuşdur. O Həzrətin künyəsi Əbülhəsən, ləqəbi Rzadır və... Davamı..

İmam Həsənin (ə) həyatına qısa bir baxış

Səfər ayının 28-i  İslam Peyğəmbərinin (s) rehləti və imam Həsənin (ə) şəhadət günüdür. Elə bu münasibətlə əziz oxucularımıza başsağlığı verir və İslam... Davamı..