Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
10 Yanvar 13:30
Şərh Yoxdur
3175

Necə edə bilərik ki, əxlaqımız gözəl olsun?

Bütün peyğəmbərlərin (ə) və İlahi dinlərin əsl hədəfi – əxlaqlı və insani fəzilətlərə malik olan bir cəmiyyət yaratmaqdır. Bu da onu göstərir ki, əxlaqi məsələlər həmişə diqqət mərkəzində olmuşdur. Ancaq bizim zamanımızda xüsusi əhəmiyyətə malikdir. Çünki bizim zamanımızda fəsad amilləri daha çoxdur.

Bəs necə edə bilərik ki, əxlaqımız gözəl olsun?

 

1. Qəflətdən ayılmaq. Bu hədəfə çatmaq üçün ilk edə biləcəyimiz iş – qəflətdən ayılmaqdır. Bəzi insanlar ancaq heyvani instinktləri ilə yaşadıqlarına görə bəzi şeyləri görmürlər. Bilmirlər ki, həyatda elə haqlar vardır ki, gərək onu qəbul edəsən. Elə batillər vardır ki, gərək ondan əl çəkəsən. Quran bu insanları dördayaqlı heyvanlara bənzədir və buyurur: “Onlar heyvanlar kimi, bəlkə (onlardan) daha azğındırlar”. (“Əraf” 179).

 

2. Elm və imanı gücləndirmək. İnsan yaşadığı aləmə diqqət etdikdən sonra onda belə şəkk yaranacaqdır ki, peyğəmbərlərin (ə) buyurduqları haqdırmı? Bu suala cavab vermək üçün yəqinə çatmaq lazımdır. Bu yolda insana elm və iman yardım edər. Əlbəttə, elm olmadan imanı əldə etmək olmaz. Məlum olur ki, elm imanın şərtidir və bu zaman insan belə bir sual ilə rastlaşır ki, bəs elmi necə öyrənməli? Bu sualın cavabı da budur ki, elmin açarı – fikir və düşüncədir. Quran ayələri bizə tövsiyə edir ki, saleh əməl yerinə yetirərək, imanınızı gücləndirə bilərsiniz. Əgər insanın imanı güclü olarsa, əxlaqı və təqvası da güclü olar. Bu iman kamil olmalıdır, həm Allaha və Rəsuluna (s) və həm də İmamlara (ə) iman bəsləməlidir.

 

3. Ağıldan yardım almaq. İnsan bu mərhələyə çatandan sonra gözəl sifətləri, Allahı və Kitabı sübut edən ağıldan yardım alaraq öyrənməlidir. Yaxşını pisdən ayırmağı bacarmalıdır. O şeyi ki, ağıl dərk etmir, dindən yardım almalıdır.

 

4. Əməlin nəticələrinə diqqət etmək. Pis və yaxşı işlərin nəticələri haqqında düşünməliyik. Yaxşı iş görmək üçün ən mühüm meyar – Allaha və İlahi övliyalara sevgi bəsləməkdir. Qüdsi hədisdə oxuyuruq: “Ey Musa! Məni xəlqə sevimli et!”.

Beləliklə deyə bilərik ki, insan əgər öz mənəvi inkişafına diqqət göstərsə və İslami bəsirətini gücləndirsə, əxlaqi fəzilətləri əldə edə biləcəkdir.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..