Rəhmətlik İmam (r) “Əsr” surəsinə maraqlı təfsir vermişdir. O, buyurur: “Əsr – kamil insandır, yəni İmam Zaman ağadır (ə.f). Yəni, bütün varlıqların özəyidir. And olsun bütün varlıqların özəyinə! Yəni, and olsun bu kamil insana!
Burada adı çəkilən insan – o adi varlıqdır ki, bir başı, iki əli və iki ayağı vardır. Bu surə bizlərə xitab edir, yəni insanlara.
Baş adətən iki yola baxar. Yolun biri – insanlıq yolu olan Siratül-müstəqimdir. Siratul-müstəqimin isə başı bir tərəfdən təbiətə baxar. Bir tərəfdən isə uluhiyyətə.
Bu düz yol ələqdən başlayar. Burada mühüm olan şey – iradədir. İradənin başının bir hissəsi təbiətə baxar, bir hissəsi uluhiyyət məqamına.
Ona görə də insan təbiətdən başlayar, məndə və səndə olmayan şeyə qədər çatar. Məndə və səndə olmayan şey isə – alçaqlıq və zəlillikdir”. (Hədənə/Deyerler)