Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
28 Sentyabr 11:33
Şərh Yoxdur
33098

“Əsl hadisə istər qiyam deyək, istərsə də müsibət – bu 10 gündə baş verib”

Diqqət etsək görərik ki, Məhərrəm ayının ilk 10 günü növbəti 20 günündən daha izdihamlı keçirilir. Bunun səbəbi barədə FaktXəbər AİP-in sədr əvəzi, ilahiyyatçı Hacı İlham Əliyev və Hacı Cavad məscidinin axundu, ruhani Hacı Əhliman Rüstəmovdan münasibət öyrənib.

Hacı İlham Əliyev bildirdi ki, Məhərrəmliyin ilk 10 gününün xüsusi əhəmiyyəti bütün hədislərdə bəyan olunub, Əhli-Beyt (ə) bu günləri qəm qüssə və hüznlə qeyd edib:

Mərifət nə qədər geniş miqyasda, dolğun olarsa, məhəbbət də o qədər düzgün olar və insanlar daha aşiqanə əza saxlayar.

“Hədislərdə bildirilir ki, Məhərrəm ayı daxil olan gündən, ta Aşura gününə kimi İmam Museyi Kazımın (ə) üzündən təbəssüm silinərdi, İmam Hüseyni (ə) xatırlayıb onun üçün göz yaşları tökərdi.” 

İlahiyyatçı-alim Məhərrəm ayının ilk 10 günündə möminlərin məsumların yolunu davam edərək məscidlərdə, hüseyniyyələrdə İmam Hüseynə əza saxladığını xatırladıb. Bununla belə o, bu əzadarlıqların təkcə sinə vurmaqla, zəncir vurmaqla xüslasiləşməməli olduğunu vurğulayıb:

“İnsanlarımız geniş miqyasda maariflənməli, Aşura gününün və İmam Hüseynin (ə) qiyamının həqiqi fəlsəfəsi ilə yaxından tanış olmalı, mahiyyətini başa düşməlidirlər və dərk edərək sinə vurub, əzadarlıq etməlidirlər. İmam Hüseyn (ə), onun yolu, qiyamı barədə möminlər nə qədər geniş maariflənsələr, daha yaxından dərk etsələr, bir o qədər Əhli-Beyt və İmam Hüseynə məhəbbəti çoxalar. Yəni həqiqi məhəbbəti yaradan mərifətdir. Mərifət nə qədər geniş miqyasda, dolğun olarsa, məhəbbət də o qədər düzgün olar və insanlar daha aşiqanə əza saxlayar.”

Hacı Cavad məscidinin axundu Əhliman Rüstəmov da Məhərrəmlik ayının ilk 10 gününün xüsusi önəmi olduğunu vurğulayıb:

“Hədislərdə var ki, bu 10 günü şövqlə keçirin, çox əhəmiyyət verin, məclislərdə iştirak edin. Hətta bu yaxınlarda bir mənbədən oxudum ki, başqa vaxtlarda biz ki, əzadarlıq keçirdirik, İmam ehsanı veririk, bunlar özümüzün təşkil elədiyidir. Amma bu 10 gün zatidir, bir növ Allah tərəfindən müəyyən olunmuş bir məsələdir. Çünki əsl hadisə istər qiyam deyək, istər müharibə, istərsə də müsibət – bu 10 gündə baş verib. Hər şeyin əsli başqa günlərə nisbətdə daha artıq keçirilməlidir.”

 

www.ahliman.info

Digər “Müsahibələr ” Xəbərləri

Bu il adambaşına nə qədər fitrə pulu verilməlidir?

İmam Sadiq (ə) buyurub: “Həqiqətən, oruc zəkat verməklə tamamlanır. Kim qəsdən zəkat verməyi tərk edərsə, oruc tutmayan şəxs kimidir”.   İlahiyyatçı alim hacı... Davamı..

Allah istəyən kimi orucluğu başa vurmaq lazımdır – ilahiyyatçı (Arxivdən)

Artıq Ramazan ayının böyük bir hissəsi geridə qalıb. İnsanlarımız çalışmalıdırlar ki, mümkün qədər bu ayın fəzilətindən istifadə etsinlər. Allah yanında təqva və... Davamı..

Hacı Əhliman FİTRƏ zəkatının məbləğini açıqladı

İmam Sadiq (ə) buyurub: “Həqiqətən, oruc zəkat verməklə tamamlanır. Kim qəsdən zəkat verməyi tərk edərsə, oruc tutmayan şəxs kimidir”. İlahiyyatçı alim hacı Əhliman... Davamı..

Hacı Əhliman FİTRƏ zəkatının məbləğini elan etdi

İlahiyyatçı alim hacı Əhliman Rüstəmov bildirib ki, ölkəmizdə 2020-ci ilin fitrə zəkatının məbləği adambaşına unun qiymətinə görə 1.80 manat, düyünün qiymətinə görə... Davamı..

Hacı Əhliman bu il üçün Ramazan fitrəsinin məbləğini açıqlayıb

Fitrə çıxarmaq imkanı olan və oruc tutan hər bir müsəlmana vacib buyurulub. İmam Sadiq (ə) buyurub: “Həqiqətən, oruc zəkat verməklə tamamlanır. Kim qəsdən... Davamı..

“Əzadarlıq saxlamaq əslində islama ehtiramdır”(Arxivdən)

  Hacı Əhliman Rüstəmov: “Kiminsə atası ölsə, o heç vaxt həmin ərəfədə toy eləməz. Məhərrəm ayında da İmamımız şəhid olub” Hər il... Davamı..

Hacı Əhliman Rüstəmov bu il üçün Ramazan fitrəsinin məbləğini açıqlayıb

Fitrə çıxarmaq imkanı olan və oruc tutan hər bir müsəlmana vacib buyurulub. İmam Sadiq (ə) buyurub: “Həqiqətən, oruc zəkat verməklə tamamlanır. Kim qəsdən... Davamı..