Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
25 Oktyabr 09:25
Şərh Yoxdur
34766

“Ərbəin”in yaxınlaşması münasibətilə Ayətullah Məkarim Şirazinin tövsiyələri

“Ərbəin”, İslam və Əhli-beyt (ə) məktəbinin əzəmətinə səbəb olan bahalı bir gövhər, çox dəyərli bir xəzinədir. Ondan daha yaxşı faydalanmaq lazımdır.

Bismillahir-Rəhmanir-Rəhim
İmam Hüseyn (ə) “ərbəin”i dünyada bənzəri olmayan böyük bir canlanmadır. İyirmi milyona yaxın bir cəmiyyət on dörd əsr öncə zülmə qarşı mübarizə, izzət və şərəfin qorunması uğrunda qiyam edən şəhidləri anmaq üçün uzaqdan-yaxından onların türbələrinə doğru piyada üz tutur. Hətta zəif, gücsüz və əlillər də onlara yol yoldaşlığı edir. Bu, izzət, azadlıq və şərəf uğrunda fədakarlıq və qüdrətin ən böyük nümayişidir. Onların hər birinin sağ-salamat gedib-qayıtması, ziyarətlərinin Allah dərgahında məqbul sayılması və dualarının müsəlmanların zalımların cəngindən xilasına vasitə olması üçün dua edirik.
Burada möhtərəm zəvvarlar və onlara xidmət göstərən qruplara bir neçə məqamı xatırlatmağı lazım bilirəm:
Birincisi, hamılıqla niyyətinizin tam xalis olmasına çalışın və bu səbəbdən hər bir şəxsi, siyasi və cinahi təbliğatlardan çəkinin, çünki bunlar şəhidlərin müqəddəs hədəflərinə olduqca ziddir.
İkincisi, hamılıqla bir-birinizə, xüsusilə hər hansı bir səbəbdən yolda qalanlara yardım göstərin və onların problemlərini həll edin.
Üçüncüsü, sıraların pozulmasına və Mina faciəsinə oxşar ağrılı hadisələrin mümkünlüyünə səbəb olan hər bir tələskənlikdən çəkinin; öz soyuqqanlılığınızı, aramlığınızı bütün hallarda qoruyun.
Dördüncüsü, uzun-uzadı ziyarətdən çəkinin və müxtəsər ziyarətlə kifayətlənin; yeri başqaları üçün boşaldaraq, “Ziyarət et və tez ayrıl!” əmrinə əməl edin.
Beşincisi, dəstə başçıları, karvan sahibləri mədəni-ictimai məsələlərə çox diqqət etsinlər və bu böyük dirçəlişdən bu xüsusda istifadə etsinlər; namazı ilk vaxtında qılsınlar, bacılar hicaba tam riayət etsinlər və bu mərasimə qarşı ikrah doğuran xurafatlardan çəkinsinlər.
Altıncısı, cəmiyyətdə nizam-intizam qaynağı olan qayda-qanunlara riayət edin və ekologiyanı korlamaqdan qəti çəkinin.
Yeddincisi, İslam dünyasına dair problemlərin və düşmən fitnələrinin həlli, məzlumların zalımların cəngindən qurtulması, dünya müsəlmanlarının vəhdəti və arzuların gerçəkləşməsi üçün səmimi qəlbdən dua edin.
Sonda qeyd edir ki, “Ərbəin”, İslamın və Əhli-beyt (ə) məktəbinin əzəmətinə səbəb olan bahalı bir gövhər, çox dəyərli bir xəzinədir. Ondan daha yaxşı faydalanmaq lazımdır.

Allah hər kəsi qorusun və müvəffəq etsin!

Ayətullah Nasir Məkarim Şirazi
.
Digər “Müsahibələr ” Xəbərləri

Bu il adambaşına nə qədər fitrə pulu verilməlidir?

İmam Sadiq (ə) buyurub: “Həqiqətən, oruc zəkat verməklə tamamlanır. Kim qəsdən zəkat verməyi tərk edərsə, oruc tutmayan şəxs kimidir”.   İlahiyyatçı alim hacı... Davamı..

Allah istəyən kimi orucluğu başa vurmaq lazımdır – ilahiyyatçı (Arxivdən)

Artıq Ramazan ayının böyük bir hissəsi geridə qalıb. İnsanlarımız çalışmalıdırlar ki, mümkün qədər bu ayın fəzilətindən istifadə etsinlər. Allah yanında təqva və... Davamı..

Hacı Əhliman FİTRƏ zəkatının məbləğini açıqladı

İmam Sadiq (ə) buyurub: “Həqiqətən, oruc zəkat verməklə tamamlanır. Kim qəsdən zəkat verməyi tərk edərsə, oruc tutmayan şəxs kimidir”. İlahiyyatçı alim hacı Əhliman... Davamı..

Hacı Əhliman FİTRƏ zəkatının məbləğini elan etdi

İlahiyyatçı alim hacı Əhliman Rüstəmov bildirib ki, ölkəmizdə 2020-ci ilin fitrə zəkatının məbləği adambaşına unun qiymətinə görə 1.80 manat, düyünün qiymətinə görə... Davamı..

Hacı Əhliman bu il üçün Ramazan fitrəsinin məbləğini açıqlayıb

Fitrə çıxarmaq imkanı olan və oruc tutan hər bir müsəlmana vacib buyurulub. İmam Sadiq (ə) buyurub: “Həqiqətən, oruc zəkat verməklə tamamlanır. Kim qəsdən... Davamı..

“Əzadarlıq saxlamaq əslində islama ehtiramdır”(Arxivdən)

  Hacı Əhliman Rüstəmov: “Kiminsə atası ölsə, o heç vaxt həmin ərəfədə toy eləməz. Məhərrəm ayında da İmamımız şəhid olub” Hər il... Davamı..

Hacı Əhliman Rüstəmov bu il üçün Ramazan fitrəsinin məbləğini açıqlayıb

Fitrə çıxarmaq imkanı olan və oruc tutan hər bir müsəlmana vacib buyurulub. İmam Sadiq (ə) buyurub: “Həqiqətən, oruc zəkat verməklə tamamlanır. Kim qəsdən... Davamı..