Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
17 Aprel 21:22
Şərh Yoxdur
827

Ən yaxşı sədəqə: zəifə və məzluma kömək etməkdir

İslam peyğəmbəri Həzrət Məhəmmədin (s) peyğəmbərlikdən öncəki həyatı və cavanlıq dövrü də kamil bir insanın həyat tərzi olub.

Bunun dəlillərindən biri də Həzrət Məhəmməd (s) cavanlığında və besətdən öncə “Həlful-Füzul” adlanan bir təşkilatda üzv olmasıdır.

Bu təşkilatın üzvləri comərdlik, cəsurluq və şücaət kimi sifətlərlə tanınırdılar. Onlar təşkilatı yaradarkən adn içmişdilər ki, zəif, qərib, sosial gücü olmayan insanları və məzlumları müdafiə edəcəklər və onların haqqının tapdanılması icazə verməyəcəklər.

Peyğəmbər (s) sonralar da bu təşkilatı iftixarla xatırlayır və cahiliyyət dönəmində olsa da belə bir təşkilatda üzv olduğu üçün şad idi. (Cəfər Sübhani, “Füruğe Əbədiyyət”).

Məzlum və gücsüzlərə kömək etmək və onların haqqının müdafiəsinə qalxmaq təkcə Peyğəmbərimizin (s) deyil, həm də məsum imamlarımızın (ə) həyat tərzi idi.

İmam Rza (ə) buyurur:

عَونُکَ لِلضَّعفِ مِن اَفضَلِ الصَّدَقَةِ

“Sənin zəif insana (hüquqlarının bərpası üçün) kömək etməyin ən yaxşı sədəqədir”- (Hərrani, Töhəful-Üqul, s.446(.

Bu hədisi səqədə mövzusunda ən kamil və geniş bir mənanı ehtiva edən hədis saymaq olar. Çünki bu hədis maddi, mədəni, dini, sosial və siyasi məsələlərdə göstərilən bütün kömək və dəstəklərə, hətta insanların yolu üzərindən maneə yaradan və hansısa hadisəyə səbəb olacaq kiçik bir daşı götürməyə belə şamil olur.

Hədisə əsasən haqqı tapdalanmış gücsüzləri müdafiə etmək və onları dəstəkləmək və sosial imkanlar baxımından zəif insanlara kömək etmək ən yaxşı sədəqə sayılır.

İslami bir cəmiyyətdə heç kim zəif olduğunu və təkləndiyini düşünməməlidir. Əgər kimsə hər hansı bir cəhətdən zəifləyibsə də başına buraxıldığını və onunla maraqlanan bir kimsənin olmadığını hiss etməməlidir.

Əgər bir cəmiyyətdə zəif təbəqə varsa və bu zəiflər özlərini çarəsiz və köməksiz hiss edirlərsə, hər kəsdən naümid olublarsa, deməli həmin cəmiyyətdə yaşayanlar İslama əməl etmirlər.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kəs köməyə ehtiyacı olan bir müsəlmana kömək edərsə, Allah-Taala onun yetmiş üç müşkülünü həll edər, birini dünyada, qalanını isə hər kəsin özündən başqa hamını unutduğu gündə”, yəni Qiyamət günündə. (əl-Kafi, c.2, s.199, hədis:2(.

İslami yaşam tərzində iş axtarana iş tapması üçün kömək etmək, kiməsə təkbaşına bacarmadığı bir işində dəstək olmaq, dərsində zəif olana kömək etmək, hüquqlarının tapdalandığı bir şəxsə kömək etmək, xəstəyə qulluq etmək və sair, hamısı sədəqə hesab edilir.  (Cavad Mühəddisi, “İmam Rzadan (ə) 40 hədisin şərhi”).

 

Digər “Məqalələr ” Xəbərləri

İmam Hüseyn (ə) Həzrət Zeynəbi (s) ağlamaqdan çəkindirirmi?

İmam Hüseyn (ə) Həzrət Zeynəbi (s) ağlamaqdan çəkindirirmi? İmam Hüseyn (ə) Kərbəlada iki yerdə Həzrət Zeynəbi (ə) və Əhli-Beytini (ə) ağlamaqdan, üzə,... Davamı..

RÜM PADŞAHININ SƏFİRİ

İmam Zeynəlabidin (ə)-dan rəvayət olunur ki, İmam Hüseyn (ə)-ın kəsilmiş müqəddəs başını Yezidin yanına gətirdilər. Yezid şərab içir və İmamın (ə) başını... Davamı..

İmam Hüseyn (ə) Həzrət Zeynəbi (s) ağlamaqdan çəkindirirmi?

İmam Hüseyn (ə) Həzrət Zeynəbi (s) ağlamaqdan çəkindirirmi? İmam Hüseyn (ə) Kərbəlada iki yerdə Həzrət Zeynəbi (ə) və Əhli-Beytini (ə) ağlamaqdan, üzə,... Davamı..

Aşuradan ibrətlər

Aşuradan ibrətlər İlk dəfə Kufədən İmam Hüseynə (ə) dəvət məktubunu bu 4 nəfər yazdı: 1). Süleyman ibn Sürəd Xuzai – səhabə idi,... Davamı..

MÜSLİM HANİNİN EVİNƏ PƏNAH APARIR

MÜSLİM HANİNİN EVİNƏ PƏNAH APARIR   Müslüm ibn Əqili, İbn Ziyadın Küfəyə gəlməsi xəbərini eşitdi. Müslüm, İbn Ziyadın onun Küfədə olduğundan xəbər... Davamı..

”TƏBLİĞ” AYƏSİ VƏ QƏDİR-XUM” HADİSƏSİ

Qurani-Kərimin “Maidə” surəsinin 67-ci ayəsində buyurulur: يَا أَيُّهَا الرَّسُولُ بَلِّغْ مَا أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ وَإِن لَّمْ تَفْعَلْ فَمَا بَلَّغْتَ رِسَالَتَهُ وَاللّهُ... Davamı..

“Tivāl, Miun, Məsəni və Müfəssəl surələr – Qurandakı hansı surələrdir?”

“Tivāl, Miun, Məsəni və Müfəssəl surələr – Qurandakı hansı surələrdir?” Cavab: Tival surələr (uzun) Quranın ən uzun yeddi surəsidir: Bəqərə, Ali-İmran, Nisa,... Davamı..

Quranın surələrə bölünməsinin səbəbi

Hər bir şeyə səbəb olduğu kimi Quranın da neçə surəyə bölünməsinin səbəbləri vardır. Biz aşağıda o səbəblərdən bəzilərini qeyd edirik. Onu da... Davamı..