Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
11 İyul 09:07
Şərh Yoxdur
6771

Ən üstün ruzi hansıdır? Ruzini necə artırmaq olar?

Ruzi sözünün ərəb dilindəki mənası – gündəlik yemək deməkdir. Dinimizdə isə ruzi dedikdə o şey nəzərdə tutulur ki, ondan bəhrələnmək olar və heç kəs onun qarşısını ala bilməz. Deməli, ruzi o şeydir ki, ondan bəhrələnmək olar.

Qurani-Kərimdə ruzi sözü bir neçə dəfə işlənmişdir ki, onlara işarə edək: “Və Rəbbinin ruzisi (kitab və din) daha yaxşı və əbədidir”. (“Taha” 131).

“Əgər Allah bəndələrinin ruzisini bol etsəydi, şübhəsiz, yer üzündə zülm və tüğyan edərdilər”. (“Şura” 27).

Əgər kiminsə ruzisi boldursa, bu, o demək deyildir ki, Allah onu sevir. Kiminsə ruzisi azdırsa, bu, o demək deyildir ki, Allah onu sevmir. Belə ki, Allah bəndəsini bəzən ruzi bolluğu və bəzən də ruzi azlığı ilə imtahana çəkər.

Sərvət və çoxlu sərmayə bəzən fəsada səbəb olar. Belə ki, zəngin insan özünü Allahdan ehtiyacsız hiss edər və tüğyan etməyə başlayar.

Bəzən də sərvət bəla və əzaba səbəb olar. İnsandan rahatlığı və istirahəti alar. Quran bu haqda buyurur: “Yoxsa belə güman edirlər ki, onlara yardım etdiyimiz mal-dövlət və oğullarla onların xeyirə nail olmalarına tələsirik? (Xeyir,) əksinə, anlamırlar (ki, onların sınanmaları və bədbəxtlikdə daha da irəliləmələri üçün vasitələr hazırlayırıq). (“Muminun” 55-56).

Nemətə şükür etmək onu çoxaldar və aradan getməsini əngəlləyər. “Əgər şükür etsəniz, sizə (olan nemətləri) mütləq artıraram və əgər kafir olsanız, ya naşükürlük etsəniz, Mənim əzabım, əlbəttə çox şiddətlidir”. (“İbrahim” 7).

İslam dini ruzi qazanmağı cihada getməklə bərabər tutur. Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, ailəsi üçün halal ruzi qazanmaq yolunda çalışar – mücahid və Allah yolunda hərəkət edəndir”.

Həzrət Peyğəmbər (s) buyurur: “Əgər insan odunu belinin arxasında həml etsə, başqalarına dilənçilik əlini açmaqdan daha yaxşıdır, məlum deyildir ki, ona bir şey verəcəklər, yoxsa yox”.

Ruzini artıran amillər:

Ailəsinə qarşı mehriban olmaq. İmam Sadiq (ə) buyurur: “Hər kim ailəsi ilə yaxşı əməl sahibi olarsa ruzisi çox olar”.

Yaxşı əməl. İmam Sadiq (ə) buyurur: “Yaxşı əməl ruzini artırar”.

Zəkat vermək. İmam Baqir (ə) buyurur: “Zəkat vermək ruzini artırar”.

Xoş niyyətli olmaq. İmam Əli (ə) buyurur: “Hər kim xoş niyyətli olar, ruzisi artar”.

Sədəqə vermək. Həzrət Peyğəmbər (s) buyurur: “Sədəqəni çox verin ki, Allah sizə ruzi versin”.

Ən üstün ruzi hansıdır?

Həzrət Peyğəmbər (s) buyurur: “Ən üstün ruzi odur ki, kifayət qədər olar”.

İmam Əli (ə) buyurur: “O kəs ki, kifayət qədərinə qane olar, rahatlığı əldə edər. Asan və xoş həyatdan bəhrələnər”.

İmam Sadiq (ə) buyurur: “İncildə deyilir ki, İsa (ə) buyurub: “Allahım! Səhər bir tikə arpa çörəyini və axşam bir tikə arpa çörəyini ruzim qərar ver və bundan artığını ruzim etmə ki, tüğyana düçar olaram””.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..