Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
2 İyul 12:05
Şərh Yoxdur
2361

“Ən sağlam qəlb odur ki, şəkk və şübhədən pak olar”

İmam Həsən Müctəbanın (ə) mübarək tövsiyələri

İmam Həsən Müctəba (ə) beş Ali-Əbadan biri olaraq, öz davamçılarından bəzi əməlləri yerinə yetirməsini istəyir. Bu əməllər ilə tanış olaq.

1. Allahı sevmək. Bütün İlahi peyğəmbərlərin (ə) və vəsilərin Allah bəndələrindən istəkləri əməl – Allaha pərəstiş edib, Ona iman gətirməkləridir. İmam Həsən (ə) də öz davamçılarından istəyir ki, Allaha ibadət edib, Onu sevsinlər. Belə ki, İmam Həsən (ə) buyurur: “Hər kim Allahın razılığını insanların qəzəbinə baxmayaraq istəyər, Allah onu insanlardan ehtiyacsız edər. Hər kim Allahı qəzəbləndirərək insanların razılığı ardınca olar, Allah onu insanlara tapşırar”. (Yəni, özbaşına buraxar).

2. Elm öyrənmək. İmam Həsən (ə) buyurur: “Öz elmini insanlara öyrət və başqalarının elmini öyrən”.

Həzrət (ə) başqa yerdə buyurur: “Həqiqətən, ayıq göz odur ki, xeyirə nüfuz edər, ən eşidən qulaq odur ki, təzəkkürləri eşidər və onlardan bəhrələnər. Ən sağlam qəlb odur ki, şəkk və şübhədən pak olar”.

3. Düşünmək. İmam Həsən (ə) buyurur: “Sizə davamlı düşünməyi tövsiyə edirəm. Çünki təfəkkür etmək bütün yaxşılıqların atası və anasıdır”.

İmam (ə) başqa yerdə buyurur: “Sizə lazımdır ki, düşünəsiniz. Çünki fikir hikmət qapılarının açarıdır”.

4. Səy göstərmək. İmam Həsən (ə) buyurur: “Ey Allah bəndələri! İstəklərinizə çatmaq üçün səy göstərin və nalayiq işlərdən qaçın. Xoşagəlməz hadisələr sizə üz tutmazdan və ləzzətləri məhv edən (ölüm) gəlib çatmazdan əvvəl. (Yaxşı) işlər görün, həqiqətən dünya nemətləri davamlı deyildir və (kimsə) onun təhlükə və pisliklərindən amanda deyildir”.

5. Səbir. Həzrət (ə) buyurur: “Bizim və başqalarının təcrübəsi göstərir ki, səbirdən faydalı və səbirsizlikdən ziyanlı şey görünməmişdir. Elə bir səbir ki, onun vasitəsilə bütün işlərin (dərdləri) dərman olar”.

6. Dost tapan zaman diqqətli olmaq. İmam Həsən (ə) övladlarından birinə buyurur: “Oğlum! Heç kəslə qardaşlıq etmə, məgər (əvvəl) biləsən ki, hara gedib-gəlir. Hansı ailədəndir. Nə zaman bu məsələləri bilsən, onun rəftar və dostluğunu (bu meyarlara əsasən) bəyənsən, onunla qardaşlıq et”.(Erfan/Deyerler)

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

‘Mübahilə’ gününün əməlləri

Zil-hiccə ayının 24-ü  “Mübahilə” günüdür. (Mübahilə – iki nəfərin bir-birinə qarşı nifrin və qarğış etməsi.) Peyğəmbəri-Əkrəmin (s) həzrət İsanın (ə) allahlıq məqamında... Davamı..

İmam Kazimin (ə) həyatına qısa bir baxış

İmam Kazimin (ə) mövludu və dünyaya gəlişi münasibəti ilə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o həzrətin həyatı ilə bağlı qısa... Davamı..

İMAM ƏLİYYƏN-NƏQİNİN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

Şiələrin onuncu imamının adı Əli, ən məşhur ləqəbləri Nəqi və Hadi, mübarək künyəsi “Əbülhəsən”dir. İmam Kazim (ə) və imam Rzanın (ə) künyəsi... Davamı..

Qədir-Xum hadisəsinin əhəmiyyəti

Qədir-Xum bayramını “Allahın böyük bayramı” adlandırmışlar; bu bayram İslam təqvimindəki bütün bayramlardan yüksəkdə duran bir bayramdır. Qədir-Xum bayramı daha dolğun bir mahiyyətə... Davamı..

İmam Baqir (ə) və zahidin nəsihəti

Yay fəslinin qızmar istisi bir qədər şiddətlənmişdi. Mədinə və ətraf əkin yerləri qızmar Günəş hərarətinə bürünmüşdü. Özünü zahid və abid hesab edən... Davamı..

İMAM CAVADIN (Ə) HƏYATI

İMAM CAVADIN (Ə) HƏYATI Doqquzuncu imamın adı Mühəmməd, künyəsi Əbu Cəfər, ləqəbi Təqi və Cavaddın. O həzrət 195-ci hicri-qəməri ilində Mədinə şəhərində... Davamı..

Həzrət Məsumənin (ə.s.) həyatı ilə bağlı 7 maraqlı məqam

Həzrət Məsumənin (ə.s.) həyatı ilə bağlı 7 maraqlı məqam Biz burada “Əhli-beyt kəriməsi” ləqəbi ilə tanınan Həzrət Məsumənin (ə.s.) vəfatı münasibətilə o... Davamı..

İMAM SADİQİN (Ə) HƏYATI

İMAM SADİQİN (Ə) HƏYATI İmam Sadiq (ə) 83-cü hicri-qəməri ilinin Rəbiül-əvvəl ayının on yeddisi Mədinə şəhərində dünyaya göz açmış və 148-ci hicri... Davamı..