Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
7 Dekabr 13:00
Şərh Yoxdur
5620

Əmr be məruf və nəhy əz münkər haqqında ayə və hədislər

Allah yanında insanların dünya və axirət işlərini təkmilləşdirən əmr be məruf və nəhy əz münkərdir

 

“(Ey müsəlmanlar!) İçərinizdə (insanları) yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir dəstə olsun! Bunlar (bu dəstə) həqiqətən nicat tapmış şəxslərdir.” (Ali-İmran surəsi, ayə 104.)

“(Ey müsəlmanlar!) Siz insanlar üçün zahirə çıxarılmış ən yaxşı ümmətsiniz. (Onlara) yaxşı işlər görməyi əmr edir, pis əməllərdən çəkindirir və Allaha inanırsınız.” (Ali-İmran surəsi, ayə 110.)

“Oğlum! Namaz qıl, (insanlara) yaxşı işlər görməyi əmr et, pis işləri qadağan elə. (Bu yolda) sənə üz verəcək müsibətlərə döz. Həqiqətən, bu (dediklərim) vacib əməllərdəndir!” (Loğman surəsi, ayə 17.)

“Özünüzü və ailə-uşaqlarınızı (yaxşı işlərə əmr edib pis işlərdən çəkindirməklə) elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlardır.” (Təhrim surəsi, ayə 6.)

Əmr be məruf və nəhy əz münkər Allahın yaratdığı iki gözəl şeydir; hər kəs onlarla dostluq etsə (Allah yanında) əziz, hər kəs onları tərk etsə zəlil olar.
İmam Məhəmməd Baqir (ə)

Onlar (əmr be məruf və nəhy əz münkər) qüdrət sahibi olub, özünün, dostlarının və yaxınlarının canından qorxmayan hər bir kəsə vacibdir.
İmam Cəfər Sadiq (ə)

Allah yanında insanların dünya və axirət işlərini təkmilləşdirən əmr be məruf və nəhy əz münkərdir. Onlar nə insanın ömrünü qısaldır, nə də ruzini azaldır.
İmam Cəfər Sadiq (ə)

Mənim ümmətim əmr be məruf və nəhy əz münkər etdikləri müddətdə xeyr və səadət içində olarlar, əks təqdirdə, əmlaklarında olan bərəkət çəkilər, bəziləri bəzilərinə hökmranlıq edər; belə ki, onlar yerdə və göydə özlərinə kömək edəcək heç bir kəs tapmazlar.

Vay olsun o millətə ki, əmr be məruf və nəhy əz münkəri öz dini proqramlarının tərkib hissəsi hesab etməsinlər.
İmam Məhəmməd Baqir (ə) və İmam Cəfər Sadiq (ə)

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..