Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
5 Dekabr 15:22
Şərh Yoxdur
3132

Ədalət Onun (ə.f) mübarək əllərindədir

Ümumi ədaləti bərqərar etmək – Məhdəviyyətin ən mühüm vəzifələrindəndir. Əmirəl-möminin (ə) gələcəkdə rəhbərlik edəcək bu İmam (ə) haqqında belə buyurur: “Sizin xəbəriniz olmayan həmin gün gələcəkdir. Bu günün hökumətindən fərlqi olan bir rəhbər. (Məhdi (ə)) hökumətin iş görənlərini pis əməllərinə görə cəzalandıracaqdır. Haqq hökumətindəki aydın ədaləti sizə göstərəcəkdir”. (Erfan/Deyerler)

Həzrət Əli (ə) başqa yerdə buyurur: “Bilin ki, bizlərdən o kəs ki, (Məhdi (ə)) gələcəkdəki fitnələri dərk edər, aydın çıraqla ona (tərəf) addım atar və salehlərin həmin yolu ilə rəftar edər. Düyünləri açar, qulları və əsir millətləri azad edər, yolunu azmış və zalım cəmiyyəti dağıdar, haqq axtaranları cəm edər”.

Həzrət (ə) buyurur: “Məhdinin (ə) dövlətinin bərqərar olduğu zamanda sular artacaqdır və çaylar daşacaqdır. Yerin bərəkəti çoxalacaqdır və xəzinələr çıxardılacaqdır”.

Həzrət Məhdinin (ə) getdiyi yol – salehlərin yoludur. İmam Əli (ə) bu haqda buyurur: “Allahım, sən bilirsn ki, o şey ki, bizim tərəfimizdən (Əhli-Beytin (ə)) həyata keçir, dünya sərvətini, hökumətini və qüdrətini əldə etmək üçün deyildir. Əslində istəyirik ki, Sənin haqq və dininin nişanələrini öz yerinə qaytaraq. Sənin diyarında islahatlar edək ki, zülm görmüş bəndələrin məhrumluqdan nicat tapsın, sülh içində yaşasın. Unudulmuş qanunların yenidən icra olunsun”.

İmam Əli (ə) zühur əsrindəki nemətlər barəsində buyurur: “Həzrət Məhdinin (ə.f) zühuru zamanı torpaq qəlbinin meyvələrini onun üçün bayıra tökəcəkdir və açarlarını da ona tapşıracaqdır”.

Bəli, Əmirəl-mömininin (ə) buyurduğu kimi, İmam Məhdinin (ə) yolu öz ata və babalarının, salehlərin yoludur. O, ədaləti yer üzündə bərqərar edəcək və zalımların cəzasını verəcəkdir. Allah Təala, Ağanın (ə.f) zühurunu tezləşdirsin və zühurun bərəkətlərini öz gözümüzlə görməyi bizə də nəsib etsin. Amin.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

 İmam Rzanın (ə) şəhadət günüdür

 İmam Rzanın (ə) şəhadət günüdür İmam Rza (ə) 148-ci hicri-qəməri ilinin Zil-qədə ayında anadan olmuşdur. O Həzrətin künyəsi Əbülhəsən, ləqəbi Rzadır və... Davamı..

İmam Həsənin (ə) həyatına qısa bir baxış

Səfər ayının 28-i  İslam Peyğəmbərinin (s) rehləti və imam Həsənin (ə) şəhadət günüdür. Elə bu münasibətlə əziz oxucularımıza başsağlığı verir və İslam... Davamı..

İSLAM PEYĞƏMBƏRİNİN (S) HƏYATI

Səfər ayının 28-i  İslam Peyğəmbərinin (s) rehləti və o həzrətin böyük nəvəsi imam Həsənin (ə) şəhadət günüdür. Bu münasibətlə əziz oxucularımıza başsağlığı verir və... Davamı..

Həzrət Rüqəyyənİn (ə) şəhadətİ

İmam Hüseynin (ə) kiçik qızı həzrət Rüqəyyənin (ə) anasının adı Ümmü-İshaqdır. O, 59-cu hicri-qəməri ilində Mədinə şəhərində dünyaya gəlmiş və 61-ci ilində... Davamı..

Əlidən (ə) itaət etmək Allah və Peyğəmbərindən (s) itaət etməkdir

Əlidən (ə) itaət etmək Allah və Peyğəmbərindən (s) itaət etməkdir Allah-Taala Qurani-Kərimin mübarək Nisa surəsinin 59-cu ayəsində buyurur: یَا أَیُّهَا الَّذِینَ آمَنُوا... Davamı..

İMAM ZEYNƏLABİDİN (Ə)-IN AĞLAR GÖZLƏRİ

İMAM ZEYNƏLABİDİN (Ə)-IN AĞLAR GÖZLƏRİ   Rəvayət olunur ki, İmam Zeynəlabidin (ə) yüksək helm və səbr məqamına malik olmasıyla yanaşı bu müsibətdə... Davamı..

MƏDİNƏ ŞƏHƏRİNİN SİMASI

Müəllif deyir: «Sonra İmam Zeynəlabidin (ə) əhli-beytlə Mədinəyə daxil oldu. Onlar öz qohum-əqrabasının evlərinə baxırdılar. Elə bil ki, evlər də şəhid olmuş... Davamı..

İMAM SƏCCAD (Ə)-IN MƏDİNƏ ƏHALİSİNƏ SÖYLƏDİYİ XÜTBƏ

İMAM SƏCCAD (Ə)-IN MƏDİNƏ ƏHALİSİNƏ SÖYLƏDİYİ XÜTBƏ   Bu vaxt İmam Zeynəlabidin (ə) əli iləişarə edib camaatı sakitləşdirdi və dedi:   فَقَالَ... Davamı..