Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
27 Yanvar 10:26
Şərh Yoxdur
2779

Əyyami-Fatimə (s.ə) əzadarlıqlarının hikməti

Kainatın ən şərəfli insanı olan Həzrət Muhəmməd (s) ömrünün son anlarında İmam Əliyə (ə) xitab edərək, buyurmuşdu: “Ey Əli! Bil ki, mən o kəsdən razıyam ki, qızım Fatimə (s.ə) ondan razıdır. Mənim Allahım və mələkləri də həmin şəxsdən razı olar. Ey Əli! Vay olsun o kəsə ki, ona zülm edər. Vay olsun o kəsə ki, onun haqqını tapdalayar. Vay olsun o kəsə ki, onun hörmətini aradan aparar. Vay olsun o kəsə ki, evinin qapısını yandırar”.

 

Bəli, Əyyami-Fatimə (s.ə) daxil olur və hər birimiz bu ağır hadisəni yada salan zaman gözlərimiz yaşla və qəhərlə dolur. Mələk qismində olan bu nəcib banu, ömrünün qısa olmasına baxmayaraq, çox işlər görmüşdür. (Tebyan/Deyerler)

O, bütün İslam qadınları üçün örnək və nümunə olmuşdur və olacaqdır da.

 

İki cahan xanımı olan Həzrət Fatimə (s.ə) özündən sonra çox şeyi yadigar qoyub getmişdir. Məsum İmamları (ə), Həzrət Zeynəbi (s.ə), Həzrət Ümmi-Gülsümü (s.ə), “Mushəfi Fatimə” kitabını, iffəti, izzəti, qadın şərafətini, hicabı, qeyrəti, kamala çatmağın yollarını…

Saymaqla bitməz.

 

Əhli-Beyt (ə) və Həzrət Zəhra (s.ə) üçün əzadarlıq saxlamaq – həm ictimai və həm də fərdi təsirlərə malikdir. Əhli-Beyt (ə) məktəbinə görə, bu əzadarlıqlar gərək mərifət və agahlıq üzərindən olsun. O əzizlərlə həmdərd olmaq, onların fəzilətlərini, sünnələrini yada salmaq – insanı örnək və nümunə olan insanlara tərəf sövq edər.

 

O insan ki, bu əza məclislərinə mərifət və agahlıqla daxil olar, ondan xaric olan zaman bu insanların əməllərini həyatında həyata keçirən fəal aşiqlərə çevrilər. Əza məclisləri cəmiyyətin dəyişməsinə səbəb olar. Çünki bu məclislərdə insanlar tərbiyə olunar və batinləri dəyişər. Bəndələr səy göstərər ki, Əhli-Beytin (ə) arzularını cəmiyyətdə həyata keçirə bilsinlər.

 

Ona görə də deyə bilərik ki, bu əza məclislərinin hikməti – İslam dini tərəfindən təqdim olunmuş örnək üzərindən cəmiyyətin qurulmasıdır.

 

Biz də Xanımın (s.ə) əza məclislərini bərpa edək və onun müsibətinə göz yaşı tökək. Xanımın (s.ə) fəzilətlərini, xütbələrini, nurani kəlamlarını, nəsihətlərini yada salaq və onlardan bəhrələnək.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı hədis məcmuəsində (c.2, s.446, hədis: 648) belə yazır:... Davamı..

ÜMMÜL-FƏZLİN YUXUSU VƏ ONUN TƏBİRİ

ÜMMÜL-FƏZLİN YUXUSU VƏ ONUN TƏBİRİ   İbn Səd «Təbəqat» kitabında Abdulla ibn Bəkr ibn Həbib Səhmidən, o isə Hatəm ibn Sənədən belə... Davamı..

İMAM KAZİMİN (Ə) HƏYATI

İmam Kazimin (ə) mövludu və dünyaya gəlişi münasibəti ilə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o həzrətin həyatı ilə bağlı qısa... Davamı..

 İmam Əliyyən Nəqinin (ə) mövlud günüdür

 İmam Əliyyən Nəqinin (ə) mövlud günüdür   İmam Əli ibn Mühəmməd (ə) şiələrin onuncu imamıdır və o həzrətin ləqəbi Hadidir. O həzrət... Davamı..

İmam Məhəmməd Baqirin (ə) şəhadət günüdür

7 zil-hiccə – İmam Məhəmməd Baqirin (ə) şəhadət günüdür   Beşinci imam “Baqir” ləqəbilə tanınan Muhəmməd ibn Əli ibn Hüseyn (ə) 57-ci... Davamı..

İMAM ƏLİ (Ə) İLƏ XANIM ZƏHRANIN (S) EVLƏNMƏSİ

Zilhəccə ayının 1-ci günü  imam Əmirəlmöminin Əli (ə) ilə xanım Fatimeyi-Zəhranın (s) evləndiyi gündür. Elə bu məqsədlə, onların evlənməsi ilə bağlı qısa... Davamı..

İmam Cavadın (ə) şəhadət günüdür

İMAM CAVADIN (Ə) HƏYATI Doqquzuncu imamın adı Mühəmməd, künyəsi Əbu Cəfər, ləqəbi Təqi və Cavaddın. O həzrət 195-ci hicri-qəməri ilində Mədinə şəhərində... Davamı..

İmam Rzanın (ə) həyatı

İmam Rza (ə) 148-ci hicri-qəməri ilinin Zil-qədə ayında anadan olmuşdur. O Həzrətin künyəsi Əbülhəsən, ləqəbi Rzadır və atası İmam Kazim (ə) (183-cü... Davamı..