Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
7 Yanvar 12:47
Şərh Yoxdur
3730

Əməlin cüzi bir hissəsi Allahdan başqası üçün olsa, əməl batil olar

Ustad Möhsün Qiraəti buyurur:  Ən nadir və dəyərli əməl əməldə “ixlas”ın olmasıdır. Yəni işləri yalnız Allaha xatir səmimiyyətlə yerinə yetirmək və Ona heç bir şərik qoşmamaq.

Əksər hallarda şəxsi maraqları güdmək və ya başqalarının diqqətini və mənafeyini cəlb etmək, yaxud dünyəvi istəklər bizim əməllərimizin yönünü müəyyənləşdirir.

Əgər niyyətimizi saflaşdırsaq, o zaman qurtuluşa nail olmuş olarıq və həmin əməllər də bizə qalar.

 

İmam Əli (ə) buyurmuşdur:

Öz əməlini, biliyini, düşmənçiliyini, danışmağını və susmağını yalnız “Allaha xatir” saflaşdır.[1]

 

İbadətdə və namazda Allaha yaxınlaşma niyyəti olmalıdır. Hətta bu əməlin cüzi bir hissəsi Allahdan başqası üçün olsa, əməl batil olar və Allah-təalanın  yanında qəbul edilməz.

Əgər namazı Allaha xatir qılsaq, lakin yer, zaman, qılmaq qaydası və s. kimi məsə­lələri Allahdan başqası üçün etsək, o zaman həmin namaz batildir. Allaha ibadətdə başqasını şərik qoşmaq olmaz. Quranda buyurulur:

Allaha ibadətdə heç kimi şərik qoşmayın.[2]

 

Hətta əgər cəbhədə bir döyüşçü qənimət­lər əldə etmək, özünü göstərmək və şücaətini nümayiş etdirmək və s. üçün döyüşərsə, bunun da heç bir dəyəri yoxdur.[3]

 

İnsanın əməlində ikiüzlülük və inamsızlıq olarsa, belə bir əməl bir hədisə görə, qaranlıq gecədə qarışqanın qara və bərk daş üzərində hərəkətindən daha təsirsiz və daha gizlindir…![4]

 

İmam Əli (ə) buyurmuşdur:

İxlas imanın ən yüksək zirvəsidir.[5]

İxlassız əməl zərərli və məhvə məhkum­dur. Sabit və saf niyyət insanın heç bir vaxt yorulmamasına və aciz qalaraq əldən düş­məməsinə səbəb olar.

 

www.ahliman.info

[1] Ğurərul-hikəmin mündəricatı, “İxlas” sözü.

[2] Kəhf surəsi, 110-cu ayə.

[3] Muhəccətul-bəyza, 6-cı cild, səh.171.

[4] Tuhəful-uqul, səh. 487. İmam Əsgərinin (ə) sözlərindən.

[5] Ğurərul-hikəmin mündəricatı, “İxlas” sözü.

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..