Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
11 İyul 14:04
Şərh Yoxdur
6779

Əsl möminə xas olan 50 xüsusiyyət

Quran ayələrində və hədislərdə möminlərin 50 sifəti bəyan olunmuşdur ki, onlara nəzər salaq.

1. Namazı əda etməyə qarşı ciddidirlər və namazın vaxtına nəzarət edərlər.

2. Zəkatı ödəməyə şövqləri vardır.

3. Yanlış şəhvətdən çəkinir və evliliyə üstünlük verirlər.

4. Sözlərinə və əhdlərinə sadiqdirlər.

5. Əmanətin hafizləridirlər.

6. O şeyi ki, özləri üçün sevirlər, başqaları üçün də sevirlər. Özlərinə qıymadıqlarını başqalarına da qıymırlar.

7. Din qardaşını sevirlər və onun xeyirini istəyirlər.

8. Əmr-be-məruf və nəhy-əz-munkərdə təkid edərlər.

9. Allahın əmrinə itaət edər, qadağalarından çəkinərlər.

10. Xeyir iş görməyə güclü əlaqələri vardır.

11. Xeyir mənbəyi və şərdən pak olan bir vücuddur. Ondan başqalarına xeyir dəyər, şəri uzaq olar.

12. Başqalarının xeyir işlərini böyük hesab edər və hər yerdə tərif edər. Öz xeyir işini az görər və dilinə gətirməz.

13. Həmişə elm ardınca olar.

14. Din yolunda əziyyət çəkməkdən, zillətə düşməkdən qorxmaz.

15. Dünyadakı nəsibi ancaq halallardandır. Hər bir haramdan qaçandır.

16. Özünü heç kəsdən üstün və yaxşı bilməz.

17. Qəlbi iman nuru, haqq əqidəsi və haqq eşqi ilə dolu olar.

18. Zamanın vəziyyətinə arif və agah olar.

19. Huşu və öyrənməsi misilsizdir.

20. Pak və pakizədir, təmiz və səliqəlidir.

21. Həmişə Haqqı yada salar və Onun yolunda olar.

22. Bəla və müsibətdə sabirdir, nemətdə isə şakirdir.

23. Heç kəsə, hətta düşməninə belə zülm etməz.

24. Müsəlmanlara xidmət etmək üçün özünü əziyyətə salar.

25. Dostu elmdir və elm toplamaqdır.

26. Vəziri – mülayimlik, əmiri – ağıl, atası – yaxşılıqdır.

27. Zəhmətlə əldə etdiyi təqdir olmuş ruziyə razıdır və əlavə mala həris deyildir.

28. Gülərüz, səmimi və şirindir.

29. Din mövzularında sabitqədəm, sabirdir.

30. Şeytani və nəfsani istəklərdən qaçandır.

31. O şeyi ki, ləhv və mənasız bilər, ondan qaçar.

32. Əvvəl düşünər, sonra danışar. Yəni, dili qəlbinin arxasındadır.

33. Qəzəbi haqq üçündür və dünya işlərinə görə əsəbləşməz.

34. Dünyada qəribdir və bu qürbətinə görə şikayət etməz.

35. Hər bir işə Allahın yardım nuru liə baxar. Yəni, imanı güclüdür və qəlbi İlahi nurla doludur.

36. Din mövzusunda dağ kimi möhkəmdir.

37. Dünyada malik olduqlarına görə qürurlanmaz.

38. Hər bir məsələnin nəticəsinə görə düşünər, ona görə də hər bir işdə həsrət və peşmançılıqdan uzaq olar.

39. Hər bir məsələdən ibrət alar.

40. Qəlbi Allahı yada salmaqdan nurlu və Allahın uca məqamından qorxandır.

41. Başqalarının haqqına riayət edər və qeybətdən çəkinər.

42. Hər bir dini vacibatlarda: cismi, maddi və ictimai vacibatlarda riyadan uzaq olar.

43. Maddi mövzularda əhkama riayət edər və Allahın bəndəsidir.

44. Ömrünü qənimət bilər və onu yersiz tələf etməkdən çəkinər.

45. İnsanlara töhmət vurmaqdan çəkinər.

46. Allaha, Peyğəmbərə (s), Qiyamət gününə qəti imanı vardır və şəkki qəlbinə buraxmaz.

47. Özü və ailəsi şəninə görə dünyadan nəsiblənər və dünyanı axirətin başlanğıcı qərar verər.

48. Həzrət Peyğəmbərə (s) və 12 İmama (ə) aşiqdir.

49. Məscidləri təmir və abad edər.

50. Haqq yolunda mücahid, şəhadətə aşiqdir və qohumların haqqına riayət edəndir. (Həvzəh/Deyerler)

Allah Təala bizləri bu xüsusiyyətlərə malik olan xoşbəxtlərdən qərar versin, inşəallah!

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

İMAM ƏLİ (Ə) İLƏ XANIM ZƏHRANIN (S) EVLƏNMƏSİ

Zilhəccə ayının 1-ci günü  imam Əmirəlmöminin Əli (ə) ilə xanım Fatimeyi-Zəhranın (s) evləndiyi gündür. Elə bu məqsədlə, onların evlənməsi ilə bağlı qısa... Davamı..

Zilhiccə ayının 1-ci gününün məxsus əməlləri

Zilhiccə ayının birinci günü çox mübarək gündür və həmin gün bir neçə əməlin yerinə yetirilməsi tövsiyə olunur: 1. Oruc tutmaq;birinci günün orucu səksən... Davamı..

İmam Rzanın (ə) İmam Cavada (ə) məktubu

Əhməd ibn Məhəmməd ibn Əbu Nəsr Bəzənti belə  nəql edir: قَرَأتُ كِتابَ أبِي الحَسَنِ الرِّضا إلى أبي جَعفَرٍ‘: ياأبا جَعفَرٍ، بَلَغَني أنَّ... Davamı..

Sevgi ilə qəzəbin və ya əzəmətlə gözəlliyin vəhdəti

Allah bəsit həqiqətdir, heç bir çoxluğa malik deyil. Bu səbəbdən də substansional atributları elə Onun substansiyasından ibarətdir. Deməli, Allahın gözəl adları tək... Davamı..

Namaz vaxtlarını qoruyun

Həzrət İmam Rza (ə): “Namaz vaxtlarını qoruyun – (namazlarınızı vaxtında qılın), çünki insan başına gələcək hadisələrdən amanda deyil. Hər kəs namazın əvvəl... Davamı..

Hansı imamın ziyarəti daha fəzilətlidir?

Hansı imamın ziyarəti daha fəzilətlidir? Bəzi hədislərə əsasən İmam Rzanın (ə) ziyarəti İmam Hüseynin (ə) ziyarətindən daha fəzilətlidir. Bu hədisləri eşidən bir... Davamı..

QOHUMLUQ ƏLAQƏLƏRİNİN KƏSİLMƏSİ

QOHUMLUQ ƏLAQƏLƏRİNİN KƏSİLMƏSİ Artıq məlum oldu ki, qohum-əqrəba ilə gözəl münasibətdə olmaq, onların dərd-qəminə şərik çıxmaq, qarşılaşdıqları çətinliklərdə onlara köməklik etmək hər... Davamı..

QOHUM-ƏQRƏBA İLƏ GÖZƏL ÜNSİYYƏT

QOHUM-ƏQRƏBA İLƏ GÖZƏL ÜNSİYYƏT Hər bir müsəlmanın üzərinə düşən digər ictimai vəzifələrdən biri də qohum-əqraba ilə sıx ünsiyyətdə olması və onlarla gözəl... Davamı..