Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
5 Sentyabr 16:00
Şərh Yoxdur
7468

Ərbəin günü oxumaq istəyənlər üçün Ərbəin ziyarətnaməsi

Ərbəin günündə İmam Hüseynin (ə) məzarını ziyarət etmək və Ərbəin ziyarətnaməsini oxumaq böyük savaba malikdir. Hətta İmam Həsən Əsgəri (ə) Ərbəin ziyarətnaməsini oxumağı möminin 5 əlamətindən biri kimi təqdim etmişdir. Həmin günü Kərbəlada qeyd edə bilməyənlər ziyarətnaməni öz evlərində də oxuya bilərlər.  Tusi “Təhzib” və “Misbah” kitablarında Səffan Cəmmaldan belə nəql edir: “Mövlam Həzrət Sadiq (ə) Ərbəin ziyarətnaməsi barəsində mənə buyurdu ki, bu ziyarətnaməni, günəş üfüqdən bir qədər qalxandan sonra bu qaydada oxu:

 

Ərbəin ziyarətnaməsi: Ərəbcə transkripsiya və tərcümə

Əssəlamu əla vəliyyillahi və həbibih, əssəlamu əla xəlilillahi və nəcibih, əssəlamu əla səfiyyillahi vəbni səfiyyih, əssəlamu ələl Husəynil məzlumiş-şəhid, əssəlamu əla əsiril kurubati və qətilil əbərat, əllahummə inni əşhədu ənnəhu vəliyyukə vəbnu vəliyyik, və səfiyyukə vəbnu səfiyyikəl faizu bi kəramətik, əkrəmtəhu biş-şəhadəti və həbəvtəhu bis səadəh, vəctəbəytəhu bitiybil viladəh, və cəəltəhu səyyidən minəs sadəti və qaidən minəl qadəti və zaidən minəz zadəh, və ə’təytəhu məvarisəl ənbiyai və cəəltəhu huccətən əla xəlqikə minəl əvsiya, fə ə’zərə fid duai və mənəhən nushu və bəzələ muhcətəhu fik, liyəstənqizə ibadəkə minəl cəhaləti və həyrətiz zəlaləh, və qəd təvazərə ələyhi mən ğərrəthud dunya və baə həzzəhu bil ərzəlil ədna, və şəra axirətəhu bis səmənil əvkəs, və təğətrəsə və tərədda fi həvah, və əsxətəkə və əsxətə nəbiyyək, və ətaə min ibadikə əhləş şiqaqi vən nifaq, və həmələtəl əvzaril mustəvcibinən nar, fəcahədəhum fikə sabirən muhtəsibən hətta sufikə fi taətikə dəmuhu və ustubihə hərimuh, Əllahummə fəl’ənhum lə’nən vəbila, və əzzibhum əzaən əlima, əssəlamu ələykə yəbnə Rəsulillah, əssəlamu ələykə yəbnə səyyidil əvsiya, əşhədu ənnəkə əminullahi vəbnu əminih, iştə səidən və məzəytə həmidən və muttə fəqidən məzlumən şəhida, və əşhədu ənnəllahə muncizun ma vəədəkə və muhlikun mən xəzələkə və muəzzibun mən qətələk, və əşhədu ənnəkə vəfəytə bi əhdillahi və cahədtə fi səbilihi hətta ətakəl yəqin, fə ləənəllahu mən qətələk, və ləənəllahu mən zələməkə və ləənəllahu ummətən səmiət bi zalikə fərəziyət bih, Əllahummə inni uşhidukə ənni vəliyyun limən valahu və əduvvun limən adah, bi əbi əntə və ummi yəbnə Rəsulillah, əşhədu ənnəkə kuntə nurən fil əslabiş şamixəti vəl ərhamil mutəhhərəh, ləm tunəcciskəl cahiliyyətu bi əncasiha, və ləm tulbiskəl mudləhimmatu min siyabiha, və əşhədu ənnəkəl imamul bərrut təqiyyur rəziyyuz zəkiyyul hadil məhdiyy, və əşhədu ənnəl əimmətə min vuldikə kəlimətut təqva və ə’lamul huda vəl urvətul vusqa vəl huccətu əla əhlid dunya, və əşhədu ənni bikum mu’minun və bi iyabikum muqinun bi şərayii dini və xəvatimi əməli, və qəlbi li qəlbikum silmun və əmri li əmrikum muttəbi, və nusrəti ləkum muəddətun hətta yə’zənəllahu ləkum, fə məəkum məəkum la məə əduvvikum, sələvatullahi ələykum və əla ərvahikum və əcsadikum və şahidikum və ğaibikum, və zahirikum və batinikum aminə rəbbəl aləmin”.
Sonra iki rükət namaz qıl və namazdan sonra istədiyin duanı etdikdən sonra üzünü qiblədən döndərə bilərsən.

 

Tərcümə:

“Salam olsun Allahın nümayəndəsi və onun həbibinə! Salam olsun Allahın sevdiyi və seçilmiş bəndəsinə! Salam olsun Allahın seçilmiş bəndəsi və onun seçilmiş övladına! Salam olsun məzlum və şəhid Hüseynə (ə)! Salam olsun qəm-qüssələrə düçar olan və göz yaşlarının şəhidinə! İlahi, şəhadət verirəm ki, o, Sənin nümayəndən və nümayəndənin övladı, sənin seçdiyin və seçdiyin şəxsin övladıdır! Sənin lütf və mərhəmətinlə nicat tapanlardan oldu. Sən onu şəhadət feyzi ilə əziz tutaraq onu xüsusu səadətə qovuşdurdun və nəsil paklığı ilə seçərək onu ağaların ağası, öncüllərin öndəri, haqqı müdafiə edənlərin hamisi etdin. Ona peyğəmbərlərin mirasını əta edərək onların canişini və məxluqata höccət təyin etdin. O, höccəti tamamladı və ümmət üçün bəhanə yeri qalmadı. O, ümməti nəsihət etməkdə mehribanlıq edərək onlarla yumşaq davrandı və azğın, nadan, təkəbbürlü, axirət mənfəətini heç bir dəyərə malik olmayan dünya malına satmış, zülmkar və nəfslərinə itaət etməklə həlakətə düçar olmuş, Səni və Peyğəmbərini qəzəbləndirmiş bəndələrinə nicat vermək üçün pak qanı axıdıldı. Səninlə düşmən, nifaq əhli, Sənə asi və böyük günahlarla yüklənərək cəhənnəm oduna layiq olanlara itaət edən zülmkar bəndələrinlə Sənin yolunda cihad edərək kamil ixlasla səbir etdi. Sənə itaət yolunda pak qanı axıdılanadək çoxlu çətinlik və məşəqqətlərə sinə gərdi. Əhli-beytinin hörmətinin aradan aparılmasını xoş qarşıladı. İlahi, Sən o zalım və sitəmkar qövmə lənət et, onları ən şiddətli əzabınla cəzalandır! Salam olsun sənə, ey Peyğəmbərin övladı! Salam olsun sənə, ey övliyaların sərvərinin övladı! Şəhadət verirəm ki, sən Allahın vəhyinə və haqqa əmanətdar olanın övladısan. Ömrünü səadətlə yaşayaraq Haqqın tərifi ilə başa vurdun və dünyadan köçərək haqq yolunda məzlum və şəhid oldun. Bir daha şəhadət verirəm ki, Allah-Taala sənə verdiyi vədə vəfa etdi, səni tənhalıqda qoyaraq xar etmək istəyənləri həlak edəcək və qatillərinə də ağrılı əzabı dadızdıracaq. Yenə şəhadət verirəm ki, sən Allah yolunda ömrünün sonuna qədər cihad etmisən. Allah səni öldürən, sənə zülm və sitəm edənlərə lənət etsin. Həmçinin sənin öldürüldüyünü eşitdikdə, sevinərək şadlıq edən kəsə də Allah lənət etsin. İlahi, Səni şahid tuturam ki, mən o həzrətə, onu sevənlərə məhəbbət bəsləyən və onun düşmənlərinə düşmən olanlardanam. Ata-anam sənə fəda olsun, ey Allahın Rəsulunun övladı! Şəhadət verirəm ki, sən məqamı uca olan ata-babalarının sülbü və xisləti pak olan ananın bətnində bir nur idin. Nadanlığın çirkinlikləri sənə sirayət etməmiş və sıxıntısı da səni bürüməmişdir. Şəhadət verirəm ki, həqiqətən, sən Allah dininin təməli, müsəlmanlıq ayinlərinin əsası, iman əhlinin pənah və hamisisən. Şəhadət verirəm ki, sən xeyirxah, bəyənilən təqvaya sahib, pak və pakxislətli rəhbər, məxluqata hidayətçi, haqla hidayət olunansan. Şəhadət verirəm ki, ümmətin doqquz imamı sənin övladlarındandır və haqq ruhu və haqq yolunun bələdçisi, möhkəm imanının əsası və bütün dünya əhlinə höccətdirlər. Şəhadət verirəm ki, mənim sizin haqq olduğunuza iman və “rəcət”inizə (qayıdışınıza) yəqinim var. Dinimin başlanğıcı, işlərimin sonu və qəlbimi sizin pak qəlbinizə təslim edirəm və bütün işlərimdə sizə tabeyəm. Allahın iznilə sizə yardım etməyə hazıram. Sizin düşmənlərinizlə deyil, sizinləyəm. Allahın salamı olsun sizə və sizin pak ruh və cisimlərinizə! Allahın salamı olsun sizlərdən hazır və qeybdə olanlara. Ey aləmlərin Rəbbi, mənim dualarımı qəbul et!”

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Belə şəxsləri görən zaman bil ki, onlar Cəfəri şiələridir

İmam Əli (ə) buyurub: “Allahın Peyğəmbərinə (s) insanların mənə paxıllıq etmələrindən şikayətləndim. O Həzrət (s) buyurdu: Ey Əli! Cənnətə daxil olacaq ilk... Davamı..

Bu yeddi nəfər bütün peyğəmbərlər tərəfindən lənətlənib

Həzrət Rəsuli-Əkrəm (s) buyurub: Mən yeddi nəfərə lənət etmişəm, Allah da onlara lənət edib və məndən əvvəlki peyğəmbərlər də onlara lənət etmişlər.... Davamı..

İmam Əli (ə): “Özünə hörmət qоyаn kimsənin gözündə nəfsi istəklər dəyərsiz оlаr”

Əmirəl-möminin imam Əli əleyhissalam “nəfsin tərbiyəsi” ilə bağlı buyurmuşdur:   “Cаmааt! Nəfslərinizin tərbiyəsi ilə məşğul оlun və оnu аdətlərinə hərislikdən sахlаyın.” “Nəfslərinizlə... Davamı..

“Hətta bir dini göstərişi qəlbən qəbul etməyən şəxs kafirdir” – Ayətullah Yəzdi

Ayətullah Misbah Yəzdi buyurur: “İmanın nə dərəcədə olduğunu müəyyən etmək üçün insanların əməlinə diqqət yetirmək lazımdır. Ən yüksək iman mərtəbəsinə  çatmaq üçün... Davamı..

Hər kəs Allaha tərəf ibadətinin ən xalisini göndərsə, Allah da ən yaxşı məsləhəti onun üçün nazil edər

İxlas məqamı təkamülün və seyri-süluk mərhələlərinin ən yüksək mərhələsidir. İxlas nəticəsində qəlb ilahi nurların saçmasının mərkəzinə çevrilir. Qəlbdə hikmət və elm çeşməsi... Davamı..

Böyük insan heç vaxt söyüş söyməz

Həzrət Məhəmməd (s) buyurub: “Elə bir şey olmayıb ki, çirkin sözlər danışmaq (çirkin əməllər görmək) ona eyb gətirməsin. Elə bir şey olmayıb ki,... Davamı..

“Elm varsa iman var” kimi fikirlər həqiqətdən uzaqdır – Ayətullah Yəzdi

Ayətullah Ustad Misbah Yəzdi buyurur: “İman nədir və Allaha iman gətirmək nə deməkdir? İlk əvvəl belə nəzərə çarpır ki, iman “inam” deməkdir... Davamı..

Şərt qoymadan bəndəlik etməliyik

Misir ariflərindən birinin çox gözəl bir cümləsi vardır ki, insanı çox sevindirir: “Vahid Allahın qapısının yanında dur, amma qapıların üzünə açılması istəyilə... Davamı..