Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
31 Mart 13:20
2 Şərh
6927

Əmirəlmöminin İmam Əli (ə) buyurur

Həzrət əmirəlmöminin Əli əleyhis-salamdan bir neçə hədisi oxucularımıza təqdim edirik:

 

1.“Sizin qiymətiniz yalnız behiştdir, özünüzü ondan ucuzuna satmayın.”

2. “Kim özünü hesaba çəksə, səadətə yetişər.”

3.“Məsləhət edən şəxs xatadan amanda qalar.”

4. “Allah yolunda döyüşənlər üçün göyün qapıları açılar.”

5.“Tövbə etmək qəlbləri paklayır, günahları yuyur.”

6.“Zülm və fəsad yolundan çəkinib itaət yolunu tutun ki, axirətdə xoşbəxt olasınız.”

7. “Allahdan həya etmək bir çox günahları aradan aparır.”

8. “Təqvalıların nəfsi qane, şəhvətləri ölü, çöhrələri açıq, qəlbləri isə qəmgindir. ”

9.“Dünya bulud kölgəsi və şirin yuxu kimidir.”

10. “Kimə bu dörd şey verilsə, ona dünya və axirət xeyri verilmişdir: Danışıqda düzlük, əmanəti qaytarmaq, qarnı (haramlardan) gözləmək, xoş xasiyyət.”

11.“Yalan dünyada rüsvayçılıq, axirətdə isə əzabdır.”

12. “Ağıl kamillik mərtəbəsinə çatanda, danışıq qısalar.”

13. “Atanın övlada ədəb və tərbiyədən daha üstün hədiyyəsi ola bilməz.”

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

İmam Kazimin (ə) şəhadəti

 İmam Kazimin (ə) şəhadət günüdür.  İmam Kazimin (ə) şəhadəti münasibəti ilə əziz həmvətənlərimizə və oxucularımıza başsağlığı verir və o həzrətin həyatı ilə... Davamı..

Xanım Zeynəb (s.ə) – Müsibətlər anası

15 Rəcəb – Xanım Zeynəbin (s.ə) vəfat günüdür. Xanım Zeynəb (s.ə.) qəhrəman, şücaətli, müqavimətli və yorulmaz bir qadın olub. Dünyada şücaətli qəhrəmanlar... Davamı..

İmam Əlinin (ə) həyatına qısa bir baxış

İmam Əmirəlmöminin Əli (ə) “amul-fil”in (fil ili) 30-cu ilində, Peyğəmbərin (s) hicrətindən, təqribən, 24 il əvvəl, Rəcəb ayının 13-ü Kəbə evində dünyaya... Davamı..

İMAM CAVADIN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

“Cavadul-Əimmə” ləqəbi ilə tanınan doqquzuncu imamımız həzrət Muhəmmədtəqi (ə) 195-ci hicri-qəməri ilinin Rəcəb ayının 10-da Mədinə şəhərində dünyaya göz açmışdır. Atası imam... Davamı..

İmam Hadinin (ə) həyatı

İmam Əli ibn Mühəmməd (ə) şiələrin onuncu imamıdır və o həzrətin ləqəbi Hadidir. O həzrət 212-ci hicri-qəməri ilinin Zil-həccə ayının 15-də dünyaya... Davamı..

1 Rəcəb – İmam Muhəmməd Baqirin (ə) mövlud günüdür

Beşinci imam “Baqir” ləqəbilə tanınan Mühəmməd ibn Əli ibn Hüseyn (ə) 57-ci (və yaxud 58-ci) hicri-qəməri ilində dünyaya göz açmışdır. Yəqubi o... Davamı..

Cəmadius-sani ayının 20-ci günü – Xanım Fatimeyi- Zəhranın (s.ə) mövludu

Cəmadius-sani ayının 20-ci günü bir neçə əməlin yerinə yetirilməsi müstəhəbdir:   Cəmadius-sani ayının 20-i  İslam Peyğəmbərinin (s) sevimli qızı və İmam Əlinin... Davamı..