Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
18 Yanvar 11:07
Şərh Yoxdur
7355

Əllamə Təbatəbainin günahdan xilas olmaq istəyən cavana tövsiyəsi

22 yaşlı bir cavan Əllamə Təbatəbaiyə məktub yazır və alimdən günahdan necə xilas ola biləcəyini soruşur. Əllamə də ona bir cavab yazır.

 

Cavanın Əllamə Təbatəbaiyə yazdığı məktub:

“Salamun əleykum və rəhmətullah! 22 yaşlı bir cavanam. Mənə elə gəlir ki, ancaq siz mənim bu sualıma cavab verə bilərsiniz. Elə bir mühitdə və şəraitdə yaşayıram ki, nəfsani istəklər mənə hakim olmuşdur. Məni öz əsiri etmişdir. Belə ki, məni Allaha tərəf hərəkətdən və istedadlarımın ardınca getməkdən saxlamışdır. Sizdən xahiş edirəm ki, mənə yol göstərin və buyurun ki, nə edim bu nəfsani istəklərdən xilas olum. Hamının düçar olduğu bu tilsimi sındıra bilim. Sizdən xahiş edirəm ki, bir ata kimi mənə yardım edəsiniz. Əgər cavabınız mənfidirsə, mənə gülməyin, bu məktubu da cırıb atın. Məni özbaşına buraxın”.

 

Əllamə Təbatəbainin cavabı:

“Əssəlamu-əleykum. Bu vərəqdə qeyd etdiyiniz şeyə çatmaq üçün yaxşı olar ki, tövbə edib, müraqibə və mühasibə edəsəniz. Bu yolla ki, hər gün səhər yuxudan ayılan zaman ciddi qərara alın ki, bu gün elə iş görəcəyəm ki, Allah Təalanın razılığından qeyrisi olmasın. Sonra hansı işin dalınca gedəcəksinizsə, axirət faydası axtarın. Belə ki, əgər axirət faydasına malik deyilsə, yerinə yetirməyin. Hər nə olursa-olsun, bu işə axşama qədər riayət edin. Yatmazdan dörd-beş dəqiqə əvvəl gündəlik gördüyünüz işlərin hesabını çəkin. Bir-bir nəzərinizdən keçirin. Əgər Allahın razılığına görə olmuşsa, şükür edin. Hansı əməliniz səhv və xatadırsa, ona görə istiğfar edin.
Bu əmələ hər gün riayət edin. Bu yol – nicatın yoludur. Hər axşam yatmazdan əvvəl əgər bacarsanız, müstəhəb surələri oxuyun: “Hədid”, “Həşr”, “Səff”, “Cümə”, “Təğabun”. Əgər bacarmasanız, ancaq “Həşr” surəsini oxuyun. 20 gündən sonra halınız haqqında mənə xəbər verin. İnşəallah ki, müvəffəq olarsınız.”

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..

Ərəfə’ gününün əməlləri

Zilhiccə ayının 9-cu günü “Ərəfə” günüdür. “Ərəfə” günü bayram kimi tanınmasa da, böyük bayramlardan biridir. Allah-Taala həmin gün öz bəndələrini ibadət və... Davamı..

İMAM ƏLİ (Ə) İLƏ XANIM ZƏHRANIN (S) EVLƏNMƏSİ

Zilhəccə ayının 1-ci günü  imam Əmirəlmöminin Əli (ə) ilə xanım Fatimeyi-Zəhranın (s) evləndiyi gündür. Elə bu məqsədlə, onların evlənməsi ilə bağlı qısa... Davamı..

Zilhiccə ayının 1-ci gününün məxsus əməlləri

Zilhiccə ayının birinci günü çox mübarək gündür və həmin gün bir neçə əməlin yerinə yetirilməsi tövsiyə olunur: 1. Oruc tutmaq;birinci günün orucu səksən... Davamı..

İmam Rzanın (ə) İmam Cavada (ə) məktubu

Əhməd ibn Məhəmməd ibn Əbu Nəsr Bəzənti belə  nəql edir: قَرَأتُ كِتابَ أبِي الحَسَنِ الرِّضا إلى أبي جَعفَرٍ‘: ياأبا جَعفَرٍ، بَلَغَني أنَّ... Davamı..

Sevgi ilə qəzəbin və ya əzəmətlə gözəlliyin vəhdəti

Allah bəsit həqiqətdir, heç bir çoxluğa malik deyil. Bu səbəbdən də substansional atributları elə Onun substansiyasından ibarətdir. Deməli, Allahın gözəl adları tək... Davamı..