Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
11 Avqust 09:01
Şərh Yoxdur
5691

Əhli-Beytin (ə) işini dirçəltmək üçün müsəlman nə etməlidir?

İmam Rza (ə) buyurur: “Allahın rəhməti o kəslərə olsun ki, bizim işimizi dirçəldərlər”. Sual verirlər ki, bəs bunu necə etmək olar? Həzrət (ə) buyurur: “Elmimizi öyrənin və başqalarına öyrədin”.

Əhli-beytin (ə) işini dirçəltmək – həqiqətdə Allahın dinini dirçəltmək deməkdir. İmam Sadiqdən (ə) gələn hədisdə oxuyuruq: “Allah möminin haqqını əda etməkdən üstün bir şeylə ibadət olunmamışdır”.

Əhli-beytin (ə) işini dirçəltmək – başqaları ilə rabitəyə təsir qoyan bir mövzudur. Belə deyildir ki, mən kənarda əyləşim və ancaq şəxsi namaz və orucumla məşğul olum.

Əhli-beytin (ə) işini dirçəltmək – Həzrət Fatimənin (ə) qapı arasında qalan zaman çəkdiyi fəryada cavab verməkdir.

Əhli-beytin (ə) işini dirçəltmək – Kərbəlada “Mənə yardım edən kimsə varmı?” – fəryadını çəkən Seyyidi-şühədanın (ə) səsinə səs verməkdir.

İslam dininin düşmənləri həmişə olmuş və olmaqdadırlar. Ona görə də onların səyini boşa çıxartmağın tək yolu – Əhli-beytin (ə) işini dirçəltməkdir.

İmam Sadiq (ə) buyurur: “Bu dirçəliş ancaq söz danışmaqla olası bir şey deyildir. Mütləq elm əmələ qarışmalıdır ki, Əhli-beyt (ə) məzhəbinin dirçəlməsi baş versin”. İmam (ə) buyurur: “Bizim dostlarımıza və əhli-vilayətimizə salam göndərin və onlara İlahi təqvanı və saleh əməli tövsiyə edin. Sağlam insanlar xəstələri ziyarətə getsinlər. Zənginlər yoxsulları ziyarət etsinlər və onlara yardım etsinlər. Dirilər ölülərin cənazə mərasimində hazır olsunlar. Bir-birinin evinə görüş üçün getsinlər. Bu, həmin bizim işimizi dirçəltməkdir”.

İmam (ə) başqa yerdə Xəsiməyə buyurur: “Bizim işimizi dirçəldən insana Allah rəhmət etsin. Ey Xəsimə! Onları agah et ki, saleh əməldən başqa onlardan bir şey istəmirik. Bizim vilayətimiz ancaq təvazökarlıqla əldə olunur. Qiyamət günü ən pis əzabı o kəslər görür ki, ədaləti şərh ediblər, ancaq özləri onun əksinə əməl ediblər”.

Məsumlarımız (ə) bizə onu demək istəyir ki, əgər Əhli-beyt (ə) məktəbi dirçələrsə, dinimizin gözəllikləri üzə çıxar və hər kəs dinin həqiqətləri ilə tanış ola bilər. Ona görə hər bir müsəlmanın vəzifəsidir ki, bu işdə addım atsın və səy göstərsin.

İmam Sadiq (ə) öz səhabələrinə buyurardı: “Allahdan çəkinin, bir-birinizə qarşı xoş rəftar olun və Allaha görə bir-birinizi sevin və bir-birinizlə təmasda olun, bir-birinizə mehr və məhəbbət göstərin və bir-birinizi görməyə gedin, görüşün. Bizim işimizi bir-birinizlə müzakirə edin və onu diri saxlayın”.

Beləliklə deyə bilərik ki, Əhli-beytin (ə) işini dirçəltmək o deməkdir ki, onların sözlərini, elmlərini, əməllərini öyrənək və sonra da öyrədək, təbliğ edək və Əhli-beyt (ə) maarifini başqalarına təlim verək.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

Xanım Zeynəb (s.ə) – Müsibətlər anası

15 Rəcəb – Xanım Zeynəbin (s.ə) vəfat günüdür. Xanım Zeynəb (s.ə.) qəhrəman, şücaətli, müqavimətli və yorulmaz bir qadın olub. Dünyada şücaətli qəhrəmanlar... Davamı..

İmam Əlinin (ə) həyatına qısa bir baxış

İmam Əmirəlmöminin Əli (ə) “amul-fil”in (fil ili) 30-cu ilində, Peyğəmbərin (s) hicrətindən, təqribən, 24 il əvvəl, Rəcəb ayının 13-ü Kəbə evində dünyaya... Davamı..

İMAM CAVADIN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

“Cavadul-Əimmə” ləqəbi ilə tanınan doqquzuncu imamımız həzrət Muhəmmədtəqi (ə) 195-ci hicri-qəməri ilinin Rəcəb ayının 10-da Mədinə şəhərində dünyaya göz açmışdır. Atası imam... Davamı..

İmam Hadinin (ə) həyatı

İmam Əli ibn Mühəmməd (ə) şiələrin onuncu imamıdır və o həzrətin ləqəbi Hadidir. O həzrət 212-ci hicri-qəməri ilinin Zil-həccə ayının 15-də dünyaya... Davamı..

1 Rəcəb – İmam Muhəmməd Baqirin (ə) mövlud günüdür

Beşinci imam “Baqir” ləqəbilə tanınan Mühəmməd ibn Əli ibn Hüseyn (ə) 57-ci (və yaxud 58-ci) hicri-qəməri ilində dünyaya göz açmışdır. Yəqubi o... Davamı..

Cəmadius-sani ayının 20-ci günü – Xanım Fatimeyi- Zəhranın (s.ə) mövludu

Cəmadius-sani ayının 20-ci günü bir neçə əməlin yerinə yetirilməsi müstəhəbdir:   Cəmadius-sani ayının 20-i  İslam Peyğəmbərinin (s) sevimli qızı və İmam Əlinin... Davamı..

İmam Əli (ə) Xanım Fatimeyi-Zəhranı (s.ə.) dəfn edərkən…

İmam Hüseyn (ə) buyurur: لَمّا قُبِضَت فاطِمَةُ (س) دَفَنَها أميرُ المُؤمِنينَ سِرًّا وعَفا عَلى مَوضِعِ قَبرِها، ثُمَّ قامَ فَحَوَّلَ وَجهَهُ إلى قَبرِ... Davamı..