Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
29 Aprel 16:30
Şərh Yoxdur
556

“Əhli-beyt kəriməsi” ləqəbi ilə tanınan Həzrət Məsumə (ə.s.)

1. Adı və ləqəbi:
Həzrət Məsumənin (s.ə) adı Fatimədir. Məsumə onun məşhur ləqəbidir ki, təqva sahibi olduğundan İmam Kazimin (ə) qızları arasında bu ləqəb qardaşı İmam Rza (ə) tərəfindən yalnız ona verilmişdir.
2. Mənəvi məqamı:
Həzrət Məsumənin (ə.s.) mənəvi məqamı elə bir mərhələdə olub ki, İmam Rzanın (ə) vasitəsilə bəyan olunan məşhur ziyarətnamədə belə oxuyuruq:
يا فاطِمَةُ اشْفَعى‏ لى‏ فىِ الْجَنَّةِ، فَانَّ لَكِ عِنْدَ اللَّهِ‏ شَاْناً مِنَ‏ الشَّاْنِ
“Ey Fatimə, mənə Cənnətdə şəfaət et. Həqiqətən, Sənin Allah dərgahında məqamın böyükdür.” (“Məfatihi-novin”, səh.579.)
İmam Sadiqdən (ə) nəql olunan bir hədisdə də belə buyurulur:
إِنَّ لِلَّهِ حَرَماً وَ هُوَ مَكَّةُ ، أَلَا إِنَّ لِرَسُولِ اللَّهِ حَرَماً وَ هُوَ الْمَدِينَةُ، أَلَا وَ إِنَّ لِأَمِيرِ الْمُؤْمِنِينَ حَرَماً وَ هُوَ الْكُوفَةُ، أَلَا وَ إِنَّ قُمَّ الْكُوفَةُ الصَّغِيرَةُ، أَلَا إِنَّ لِلْجَنَّةِ ثَمَانِيَةَ أَبْوَابٍ ثَلَاثَةٌ مِنْهَا إِلَى قُمَّ تُقْبَضُ فِيهَا امْرَأَةٌ مِنْ وُلْدِي اسْمُهَا فَاطِمَةُ بِنْتُ مُوسَى، وَ تُدْخَلُ بِشَفَاعَتِهَا شِيعَتِي الْجَنَّةَ بِأَجْمَعِهِمْ
“Həqiqətən, Allahın hərəmi var və o Məkkədir. Agah olun, Peyğəmbərin hərəmi var və o Mədinədir. Əmirəlmömininin hərəmi var, o Kufədir. Qum kiçik Kufədir. Həqiqətən, Behiştin 8 qapısı var ki, üçü Quma açılır. Orada övladlarımdan Musanın qızı Fatimə adlı bir xanım dəfn olunacaq və şiələrim onun şəfaəti ilə Behiştə daxil olacaqlar.”
(“Bihаrul-әnvаr”, c.57, səh.228.)
3. Elmi məqamı:
Həzrət Məsumə (ə.s.) də anası Həzrət Fatimeyi-Zəhra (s.ə.) kimi alimə idi. Nəql olunur ki, bir gün bir qrup şiə İmam Kazimdən (ə) bir sıra sualların cavabını öyrənmək üçün Mədinə şəhərinə daxil olur. İmam Kazim (ə) səfərdə olduğundan, sualları Həzrət Məsumə (s.ə) cavablandırır və sualların cavablarını yazılı şəkildə təqdim edir. Onlar Mədinədən çıxdıqda, İmam Kazim (ə) ilə rastlaşırlar. İmam Kazim (ə) Həzrət Məsumənin (ə.s.) onların suallarına yazdığı cavabları müşahidə etdikdə, üç dəfə buyurur: فِدَاهَا أَبُوهَا – “Atası ona fəda olsun.” (“Kəşful-ləali”, “Kərimeyi-Əhli-beyt (ə)” kitabından nəqlən, səh.63-64.)
4. Hədis ravisi:
İslam tarixində yüksək fəzilətə sahib olan bəzi qadınlarla rastlaşırıq ki, onlar öz adlarını hədis raviləri zümrəsində qeyd etmişlər. Həzrət Məsumə (ə.s.) də həmin qadınlardan biridir.
5. Ziyarətinin savabı:
İmam Rza (ə) bir hədisdə bacısı Həzrət Məsumənin (ə.s.) ziyarətinin savabı ilə bağlı belə buyurmuşdur:
مَنْ زَارَ الْمَعصُومَةَ بِقُمْ کَمَنْ زَارَنى
“Hər kim Qumda Məsuməni ziyarət etsə, məni ziyarət etmiş kəs kimidir.” (“Nasixut-təvarix”, c3, səh.68.
Başqa bir hədisdə nəql olunur ki, İmam Rza (ə) səhabəsi Sədə belə buyurdu:
يا سَعْدُ عِنْدَكُمْ لَنَا قَبْرٌ، قُلْتُ: جُعِلْتُ فِدَاكَ، قَبْرُ فَاطِمَةَ بِنْتِ مُوسَى (ع)؟ قَالَ: نَعَمْ، مَنْ زَارَهَا عَارِفاً بِحَقِّهَا فَلَهُ الْجَنَّةُ
“Ey Səd! Sizin yanınızda bizim qəbrimiz vardır.” Dedim: “Sənə qurban olum, Fatimə binti Musanın (ə) qəbrimi?” Buyurdu: “Bəli, haqqını tanıdığı halda onu ziyarət edən kəsə Cənnət vacib olar.” (“Bihаrul-әnvаr”, c.99, səh.266.)
6. Məxsus ziyarətnaməsi:
Həzrət Məsumə (s.ə.) imamzadələr içərisində məsum imam tərəfindən nəql olunmuş məxsus ziyarətnaməyə sahib olan və yüksək məqamına işarə olunan nadir imamzadələrdəndir.
7. Qum şəhərinin elm və fəzilət ocağına çevrilməsi: 
Həzrət Məsumənin (s.ə.) Qum şəhərinə gəlişi və bu şəhərdə 17 gün yaşaması bərəkətlərə səbəb oldu. Onun müqəddəs türbəsinin bərəkətindən, bu gün Qum şəhəri dünyanın ən böyük elmi mərkəzlərindən birinə çevrilmişdir. O Xanımın türbəsi sayəsində bir çox alimlər Qum şəhərinə üz tutmuş və bu şəhərə bir çox bərəkətlər nəsib etmişdir ki, ən mühümü elmi ocaqların və dini hövzələrin təsis edilməsi, dünyanın hər bir nöqtəsindən həmin elmi ocaq və dini hövzələrdə dini tələbələrin təhsil almasıdır.
İmam Sadiqdən (ə) nəql olunan bir rəvayətə nəzər yetirək:
سَتَخلو كوفَةُ مِنَ المُؤمِنينَ، ويَأرِزُ عَنهَا العِلمُ كَما تأرِزُ الحَيَّةُ في جُحرِها، ثُمَّ يَظهَرُ العِلمُ بِبَلدَةٍ يُقالُ لَها قُمُ، وتَصيرُ مَعدِنًا لِلعِلمِ وَالفَضلِ… وذلِكَ عِندَ قُربِ ظُهورِ قائِمِنا، فَيَجعَلُ اللّهُ قُمَّ وأهلَهُ قائِمينَ مَقامَ الحُجَّةِ، ولَولا ذلِكَ لَساخَتِ الأَرضُ بِأَهلِها، ولَم يَبقَ فِي الأَرضِ حُجَّةٌ، فَيَفيضُ العِلمُ مِنهُ إلى سائِرِ البِلادِ فِي المَشرِقِ وَالمَغرِبِ، فَيَتِمُّ حُجَّةُ اللّهِ عَلَى الخَلقِ حَتّى لا يَبقى أحَدٌ عَلَى الأَرضِ لَم يَبلُغ إلَيهِ الدّينُ وَالعِلمُ، ثُمَّ يَظهَرُ القائِمُ.
“Tezliklə Kufə möminsiz qalar və elm büsatı ilan yuvasına qısıldığı kimi çəkilər. Sonra elmin qapısı Qum şəhərindən açılar, ora elm və fəzilət ocağına çevrilər… Bunlar bizim Qaimimizin zühuruna yaxın vaxtda baş verəcək və Allah Qum və əhalisini Höccətin (İmam Məhdi) canişinləri edəcək. Bu olmasaydı, şübhəsiz, yer üzü əhlini udar və “dəlil” sona yetərdi. Elm və bilik Qumdan dünyanın şərq və qərbinə axacaq, bununla da, Allah dəlil nişanələrini başa vuracaq və hətta yer üzündə din və elmin çatmadığı bir yer qalmayacaq. O zaman Qaim (ə) zühur edəcək.” (“Biharul-ənvar”, c.60, səh.213, hədis 23.)
Digər “Əhli-Beyt ” Xəbərləri

PEYĞƏMBƏRİN (S) HƏYATI

Peyğəmbərin adı Mühəmməd (s), məşhur künyəsi Əbülqasim, məşhur ləqəbləri Əhməd və Mustafa, bərəkətli ömrü isə 63 ildən ibarət olmuşdur. O həzrət “amul-fil”in... Davamı..

İmam Həsən Əskəri (ə.s)-ın Şəhadəti

Abbasi xəlifələri və Abbasi iqtidarının nümayəndələri, Əhli-Beyt İmamlarının (ə) on iki nəfər olduğunu və on ikincisinin qeybətdən sonra zühur edib zalımların batil... Davamı..

 İmam Rzanın (ə) şəhadət günüdür

 İmam Rzanın (ə) şəhadət günüdür İmam Rza (ə) 148-ci hicri-qəməri ilinin Zil-qədə ayında anadan olmuşdur. O Həzrətin künyəsi Əbülhəsən, ləqəbi Rzadır və... Davamı..

İmam Həsənin (ə) həyatına qısa bir baxış

Səfər ayının 28-i  İslam Peyğəmbərinin (s) rehləti və imam Həsənin (ə) şəhadət günüdür. Elə bu münasibətlə əziz oxucularımıza başsağlığı verir və İslam... Davamı..

İSLAM PEYĞƏMBƏRİNİN (S) HƏYATI

Səfər ayının 28-i  İslam Peyğəmbərinin (s) rehləti və o həzrətin böyük nəvəsi imam Həsənin (ə) şəhadət günüdür. Bu münasibətlə əziz oxucularımıza başsağlığı verir və... Davamı..

Həzrət Rüqəyyənİn (ə) şəhadətİ

İmam Hüseynin (ə) kiçik qızı həzrət Rüqəyyənin (ə) anasının adı Ümmü-İshaqdır. O, 59-cu hicri-qəməri ilində Mədinə şəhərində dünyaya gəlmiş və 61-ci ilində... Davamı..

Əlidən (ə) itaət etmək Allah və Peyğəmbərindən (s) itaət etməkdir

Əlidən (ə) itaət etmək Allah və Peyğəmbərindən (s) itaət etməkdir Allah-Taala Qurani-Kərimin mübarək Nisa surəsinin 59-cu ayəsində buyurur: یَا أَیُّهَا الَّذِینَ آمَنُوا... Davamı..

İMAM ZEYNƏLABİDİN (Ə)-IN AĞLAR GÖZLƏRİ

İMAM ZEYNƏLABİDİN (Ə)-IN AĞLAR GÖZLƏRİ   Rəvayət olunur ki, İmam Zeynəlabidin (ə) yüksək helm və səbr məqamına malik olmasıyla yanaşı bu müsibətdə... Davamı..