Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
25 Noyabr 21:00
Şərh Yoxdur
3549

Əqidəsində sabitqədəm olmaq istəyənlər bu duanı mütəmadi oxumalıdır!

“Ğəriq” duası o duadır ki, İmam Sadiqin (ə) nəzərinə görə, insanın iman və əqidəsini sabit saxlamağa yardım edər. Xüsusilə də axırəz-zamanın fitnələri dövründə. İmam Sadiq (ə) buyurur: “Tezliklə şübhəyə giriftar olub, İmamsız qalacaqsınız. O zaman (kimsə) nicat tapmaz, məgər o kəs ki, “Ğəriq” duasını oxuyar”.

 

Ümmi Sələmənin nəql etdiyinə görə, Həzrət Peyğəmbər (s) bu duanı tez-tez oxuyarmış. Peyğəmbərimizin (s) digər həyat yoldaşları da Həzrətin (s) ən çox oxuduğu duanın məhz bu dua olmasını demişlər.

 

Beləliklə deyə bilərik ki, “Ğəriq” duasının bir çox faydası vardır, o cümlədən:

1. Ğəriq – qərq olmaq deməkdir. Məqsəd o kəsdir ki, qeyb zamanında fitnə və fəsad bəlasında qərq olar. Özünü bu dua ilə xilas edər.

2. Bu zamanda fitnə və fəsad dənizində qərq olmaq qorxusu mövcuddur.

3. Bəziləri elə bilirlər ki, mindikləri gəmi təhlükəsizdir. Ancaq qarşıdan gələcək fırtınanı fikirləşmək lazımdır.

4. Münacat və dualar – xilas olmaq rəmzidir. Həm bir iş görün ki, xilas olasınız və həm də Allahdan yardım istəyin. (Beytutə/Deyerler)

 

“Ğəriq” duası ilə tanış olaq:

“Əl-Ğəriq” duası (“Suda qərq olanın” imdad çağırışı)

 

Bismilləhir-Rahmənir-Rahim!

“Ya Allahu, ya Rəhmanu, ya Rahim Ya muqallibəl-qulub. Səbbit qalbi alə dinikə.”

 

Tərcümə: ” Ya Allahu, ya Rəhmanu, ya Rahim Ey, o kəs ki, qəlblərin çevrilməsi Onun əlindədir. “Qəlbimi Sənin dinində möhkəm et”.

 

Ərəbcə:

يَا اَللَّهُ يَا رَحْمٰنُ يَا رَحِيمُ

يَا مُقَلِّبَ ٱلْقُلُوبِ

ثَبِّتْ قَلْبِي عَلَىٰ دِينِكَ

 

www.ahliman.info

 

 

 

Digər “Mənəviyyat ” Xəbərləri

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir. Kərbəlada şəhid oldu. Adı Kərbəla şəhidlərinə məxsus Rəcəbiyyə ziyarətində də keçir. O, əshabdan ən... Davamı..

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən İmam Zeynülabidin Əli ibn Hüseyn əs-Səccad (ə) buyurub: Aşura günü atam (ə) bədəninin yaralarından qan gəldiyi halda məni... Davamı..

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır. Ölüncəyədək öz qüvvəsində qalan iş – (və ölüm zamanı insan üçün qalan son ümid də)... Davamı..

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..