Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
13 Noyabr 18:37
Şərh Yoxdur
3550

Əhli-Beyt (ə) məktəbinin uca zirvəsinə necə qalxmaq olar?

Əhli-Beyt (ə) məktəbinin uca zirvəsinə çatmaq üçün təqva, saleh əməl, Əhli-Beytin (ə) davamçısı olmaq, o Həzrətləri (ə) sevmək, vilayətlərini qəbul etmək, onların əmrlərini diri saxlamaq, buyuruşlara əməl etmək lazımdır.

 

Onların göstərişlərinə əməl etmək o deməkdir ki, onların hər bir halda buyurduqlarına əməl edəsən, ibadət və vilayətlə bağlı buyurduqlarını yerinə yetirəsən, günahdan uzaq olasan və şübhə vadisinə qədəm basmayasan. Ancaq bu zaman insan Əhli-Beyt (ə) məktəbinin uca zirvəsinə qalxa bilər.

 

Bununla yanaşı, Əhli-Beyt (ə) davamçısı nəfsi ilə cihad etməlidir. Hər kim nəfsinə qalib gələrsə, Uca Allah həmin şəxsə bəsirət verər. İmam Səccad (ə) buyurur: “Bəndənin dörd gözü olar. İki gözü ilə dinin məsələlərini və dünyasını görər. İki gözü ilə axirət məsələlərini. O zaman ki, Allah iradə edər ki, bəndəsinə xeyir versin, qəlbində olan iki gözünü açar. O iki gözü ilə qeybi görər”.

 

Əhli-Beyt (ə) davamçısı hər bir işində etidala riayət etməlidir. Nə ifrat etməli və nə də təfrit etməlidir. Bu, həmçinin ibadətlərinə də aiddir.

İslamın nəzərinə görə, həm ifrat və həm də təfrit – qorxulu yollardır. İfrat insanı bidətə tərəf çəkə bilər. Təfrit isə ibadətdə və başqa əməllərdə süstlüyə və səhlənkarlığa səbəb olar ki, dinimiz bu əməli də bəyənmir.

Ona görə də həqiqi Əhli-Beyt (ə) davamçısı o kəsdir ki, mötədil olsun və hər bir işində etidala əməl etsin. (Beytutə/Deyerler)

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

İmam Kazimin (ə) şəhadəti

 İmam Kazimin (ə) şəhadət günüdür.  İmam Kazimin (ə) şəhadəti münasibəti ilə əziz həmvətənlərimizə və oxucularımıza başsağlığı verir və o həzrətin həyatı ilə... Davamı..

Xanım Zeynəb (s.ə) – Müsibətlər anası

15 Rəcəb – Xanım Zeynəbin (s.ə) vəfat günüdür. Xanım Zeynəb (s.ə.) qəhrəman, şücaətli, müqavimətli və yorulmaz bir qadın olub. Dünyada şücaətli qəhrəmanlar... Davamı..

İmam Əlinin (ə) həyatına qısa bir baxış

İmam Əmirəlmöminin Əli (ə) “amul-fil”in (fil ili) 30-cu ilində, Peyğəmbərin (s) hicrətindən, təqribən, 24 il əvvəl, Rəcəb ayının 13-ü Kəbə evində dünyaya... Davamı..

İMAM CAVADIN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

“Cavadul-Əimmə” ləqəbi ilə tanınan doqquzuncu imamımız həzrət Muhəmmədtəqi (ə) 195-ci hicri-qəməri ilinin Rəcəb ayının 10-da Mədinə şəhərində dünyaya göz açmışdır. Atası imam... Davamı..

İmam Hadinin (ə) həyatı

İmam Əli ibn Mühəmməd (ə) şiələrin onuncu imamıdır və o həzrətin ləqəbi Hadidir. O həzrət 212-ci hicri-qəməri ilinin Zil-həccə ayının 15-də dünyaya... Davamı..

1 Rəcəb – İmam Muhəmməd Baqirin (ə) mövlud günüdür

Beşinci imam “Baqir” ləqəbilə tanınan Mühəmməd ibn Əli ibn Hüseyn (ə) 57-ci (və yaxud 58-ci) hicri-qəməri ilində dünyaya göz açmışdır. Yəqubi o... Davamı..