Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
1 May 14:13
Şərh Yoxdur
310

Ayətullah Amuli: “Ramazan ayının sonunda Allahın dostları qəriblik hiss edirlər”

Ayətullah Cavadi Amuli buyurur:

Bu vida ilə biz elə əziz bir dostdan ayrılırıq ki, onun ayrılığı dözülməzdir. Məna əhli olan üçün bu ayda çoxlu xeyir vardır. Günahlara mürtəkib olmuş kəs isə günah etməkdən uzaq olmuşdur. Biz elə bir ayla vidalaşırıq ki, onun gedişi bizim üçün çox ağırdır. Bu bizi çox qəmgin edir. Bu elə bir ay idi ki, gecəsi də, gündüzü də rəhmət idi.

Bizim böyük fiqh alimlərimiz, o cümlədən «Cəvahirul-kəlam» kitabının mərhum sahibi deyir: “Oruc tutmağın fəziləti barədə bunu demək yetər ki, insan bir çox işləri tərk etməklə mələk kimi olur. İnsan sadəcə qarnını doyurmaq fikrindən azad olunca, mələk olmaga daha da yaxınlaşır”.[1]

Deyirlər ki, Fitr bayramından sonra şəvval ayında vidalaşmaq niyyəti ilə altı gün oruc tutun. Çünki biri əziz dostunu yola salarkən onunla bir neçə addım yol gedər. İmam Səccad (ə) buyurur: «Bu ay bizdən uzaqlaşmaqla bizi vəhşətə saldı».

Biz mehriban və bərəkət dolu dostumuzdan uzaqlaşırıq, ona görə də vəhşətə düşürük. Buna görə də mübarək Ramazan ayının sonunda Allahın dostları qəriblik hiss edirlər.

“Biz onun üzərimizə qoyduğu haqqa riayət etməli, bizimlə onun arasında olan əhdə vəfa etməliyik. Buna görə də deyirik: Ey Allahın ən böyük ayı, ey haqq aşiqlərinin bayramı, salam olsun sənə. Ey vaxtlar arasında ən kəramətli həmnişin, ey günlər və saatlar arasında ən üstün ay,  salam olsun sənə”.

İmam Səccad (ə) bir neçə dəfə bu aya salam verir. Əgər mübarək Ramazan ayı ötəri bir zaman, sirri, həqiqəti, ruhu və batini olmayan bir ay olsaydı, Allah höccəti ona salam verməzdi. Bu mərifət dolu kəlmələr şairlərin xəyali şeirləri qəbilindən deyil. Şairlər dağlara, xaraba qalmış məkanlara xəyali olaraq müraciət edər və bir sıra sözlər deyərlər. Amma Həzrət buyurur ki, bizim çox dostumuz olub və olacaq. Lakin heç biri bu ay kimi əzəmətə sahib olmayıb. Bu elə bir aydır ki, nə gecələri kimi gecə, nə də gündüzləri kimi gündüz vardır.

 

www.ahliman.info

[1] «Cəvahirul-kəlam» cild 16, səh. 181.

Digər “Ramazan ” Xəbərləri

Sabah Fitr bayramıdır. Bayram gecəsinin və gününün əməlləri

Xəbər verdiyimiz kimi sabah may ayının 3-ü mübarək Fitr bayramıdır. Bu gün mübarək Ramazan ayının son günü və eləcə də bu gecə... Davamı..

İstihlal Mərkəzi: Sabah mübarək Ramazan ayının 30-cu günüdür

Bu gecə Ramazan ayının 29-dan 30-a keçən gecə, İstihlal Mərkəzi Şəvval ayının hilalını müşahidə etmədi. Bu səbəbdən sabah may ayının 2-i  mübarək... Davamı..

Ayətullah Amuli: Qədr gecələrində ilahi elmləri öyrənməkdən üstün heçnə yoxdur

Ayətullah Cavadi Amuli buyurur: Peyğəmbər (s) zamanında o Həzrəti minlərlə insan görüb. Lakin onlar bir yana, Həzrət Əli (ə) bir yana. Deyilənə... Davamı..

Ayətullah Amuli: “Azad insan öz idarəçiliyini nəfsinin ixtiyarına qoymaz”

“Allah tərəfindən səndə azad olanlar nə çoxdur...” Allah-Təala oda, bəlaya, əxlaqi rəzilliklərə mübtəla olanları bu zəncirlərdən azad etdi. Azadlıqdan daha üstün hansı... Davamı..

Bu gecə birinci Qədr gecəsidir. Qədr gecəsinin əməlləri

Bu gün Ramazan ayının birinci Qədr gecəsi (əhya) qeyd olunacaq.   Qədr gecələrinin  müştərək olan müstəhəb əməlləri aşağıdakılardır: 1. Gün batarkən Qədr gecəsinin... Davamı..

İmam Səccad (ə): Salam olsun o aya ki, biz bu ayda Allahdan nə istədiyimizi anladıq

“Ey ötdükcə arzuların yerinə yetişməsində yaxınlıq yaranan, onda olan əməllər bol olan ay, salam olsun sənə”. Biz bu ayda nə istəyəcəyimizi başa... Davamı..

Həzrət Muhəmməd (s): Bu ayın ən üstün əməli Allahın haram etdiklərindən qorunmaqdır!

Ayətullah Cavadi Amuli buyurur: Həzrət Peyğəmbərin (s) sözü bu məqama çatdıqda bütün din maarifini ondan eşidən Həzrət Əli (ə) camaatın içindən qalxıb... Davamı..

Ayətullah Amuli: “Şeytan elə bir varlıqdır ki, Allahın izni ilə vəsvəsə edər”

Ayətullah Cavadi Amuli buyurur: Bəşərin, xüsusilə möminlərin həyatında yaranan çətinliklərdən biri şeytanın vəsvəsələridir. Həzrət (s) xütbədə buyurur: “Bu ayda şeytan zəncirlənər“. Sadəcə... Davamı..