Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
24 Aprel 09:56
Şərh Yoxdur
241

Ayətullah Amuli: Qədr gecələrində ilahi elmləri öyrənməkdən üstün heçnə yoxdur

Ayətullah Cavadi Amuli buyurur:

Peyğəmbər (s) zamanında o Həzrəti minlərlə insan görüb. Lakin onlar bir yana, Həzrət Əli (ə) bir yana. Deyilənə görə Peyğəmbərin (s) on iki min səhabəsi olub. Onlar illərlə Peyğəmbərin (s) sözlərini eşidib, arxasında namaz qılıb, dərs və bəhs məclislərində işirak ediblər. Lakin heç biri Həzrət Əli (ə) qədər Ondan istifadə etməyi. Çünki onlar Həzrətin yanına gəlir, bir müddət onun söhbətinə qulaq asır və ləzzət alırdılar. Lakin aldıqları ləzzət ötəri olurdu. Həzrət Əli (ə) isə həmişə Peyğəmbərin (s) yanında idi.

Peyğəmbərin (s) səhabələrindən biri Həzrətə dedi: “Sizin məclisiniz çox şirin və faydalı olur. Lakin məclisdən çıxan kimi həmin ləzzət və fərah aradan gedir”.

Həzrət buyurdu: “O zaman məclisdə deyilənləri yaz”.[1]

Həzrət Əli (ə) hər dəfə səfərdən qayıdanda Peyğəmbərin (s) yanına gələr və soruşardı: “Bir ayə nazil olubmu? Nazil olubsa nə barədədir? Təfsiri nədir?”

Yaxud Peyğəmbər (s) olmayanda başqalarını Həzrət Əlinin (ə) yanına göndərər və o səfərdə olarkən nazil olan ayə və onun təfsiri barədə xəbər verərdi.

Quran buyurur:

جَعَلْنَا لَهُ نُورًا يَمْشِي بِهِ فِي النَّاس

“İnsanlar arasında yol getdiyi zaman bir nur verdiyimiz şəxs”.[2]

Bəzi insanlar nuranidirlər. Onların sözləri, əməl və rəftarları nurdur. Onlarda oturduğumuz zaman Allahı xatırlayırıq. Onların söhbəti yemək-içməkdən, maddi aləmdən olmur. Məqsəd ayə və rəvayətlərdir. Həzrət Peyğəmbərin (s) məclisləri belə idi.

Qədr gecələrində ilahi elmləri öyrənmək, İslam maarifindən danışmaqdan üstün heç nə yoxdur. Həqiqi səadət və tovfiq olan təfsir, hədis, əhkam məclisləri təşkil etmək və ya bu məclislərdə iştirak etməkdir. Əgər bunlar olmasa əmr be məruf və nəhv əz munkər etmək, yaxud ən azı zikr demək gözəldir.

Şiə fiqhinin ən yaxşı və mühüm kitablarından biri «Cəvahir» kitabıdır. Müəllif bu əsəri otuz ilə yazıb. Kitabın sonunda buyurur ki, Allahın izni ilə bu kitab mübarək ramazan ayının iyirmi üçüncü gecəsində sona çatdı.

Buradan məlum olur ki, mübarək ramazan ayının bütün gecələrindən, hətta on doqquz və iyirmi birinci gecələrindən də üstün olan bir gecədə bu alim kitab yazmaqla məşğul imiş.

Alim və agah olmaqdan başqa üstün heç nə yoxdur. Elm insana həqiqi əqlə çatmaq üçün zəmin yaradır. Aqil insan asudə olar, heç vaxt əzab çəkməz.

 

www.ahliman.info

[1] «Bihar» cild 2, səh. 152.

[2] «Ənam» surəsi, ayə 122.

Digər “Ramazan ” Xəbərləri

Sabah Fitr bayramıdır. Bayram gecəsinin və gününün əməlləri

Xəbər verdiyimiz kimi sabah may ayının 3-ü mübarək Fitr bayramıdır. Bu gün mübarək Ramazan ayının son günü və eləcə də bu gecə... Davamı..

İstihlal Mərkəzi: Sabah mübarək Ramazan ayının 30-cu günüdür

Bu gecə Ramazan ayının 29-dan 30-a keçən gecə, İstihlal Mərkəzi Şəvval ayının hilalını müşahidə etmədi. Bu səbəbdən sabah may ayının 2-i  mübarək... Davamı..

Ayətullah Amuli: “Ramazan ayının sonunda Allahın dostları qəriblik hiss edirlər”

Ayətullah Cavadi Amuli buyurur: Bu vida ilə biz elə əziz bir dostdan ayrılırıq ki, onun ayrılığı dözülməzdir. Məna əhli olan üçün bu... Davamı..

Ayətullah Amuli: “Azad insan öz idarəçiliyini nəfsinin ixtiyarına qoymaz”

“Allah tərəfindən səndə azad olanlar nə çoxdur...” Allah-Təala oda, bəlaya, əxlaqi rəzilliklərə mübtəla olanları bu zəncirlərdən azad etdi. Azadlıqdan daha üstün hansı... Davamı..

Bu gecə birinci Qədr gecəsidir. Qədr gecəsinin əməlləri

Bu gün Ramazan ayının birinci Qədr gecəsi (əhya) qeyd olunacaq.   Qədr gecələrinin  müştərək olan müstəhəb əməlləri aşağıdakılardır: 1. Gün batarkən Qədr gecəsinin... Davamı..

İmam Səccad (ə): Salam olsun o aya ki, biz bu ayda Allahdan nə istədiyimizi anladıq

“Ey ötdükcə arzuların yerinə yetişməsində yaxınlıq yaranan, onda olan əməllər bol olan ay, salam olsun sənə”. Biz bu ayda nə istəyəcəyimizi başa... Davamı..

Həzrət Muhəmməd (s): Bu ayın ən üstün əməli Allahın haram etdiklərindən qorunmaqdır!

Ayətullah Cavadi Amuli buyurur: Həzrət Peyğəmbərin (s) sözü bu məqama çatdıqda bütün din maarifini ondan eşidən Həzrət Əli (ə) camaatın içindən qalxıb... Davamı..

Ayətullah Amuli: “Şeytan elə bir varlıqdır ki, Allahın izni ilə vəsvəsə edər”

Ayətullah Cavadi Amuli buyurur: Bəşərin, xüsusilə möminlərin həyatında yaranan çətinliklərdən biri şeytanın vəsvəsələridir. Həzrət (s) xütbədə buyurur: “Bu ayda şeytan zəncirlənər“. Sadəcə... Davamı..