Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
18 Aprel 17:03
Şərh Yoxdur
821

Həzrət Muhəmməd (s): Bu ayın ən üstün əməli Allahın haram etdiklərindən qorunmaqdır!

Ayətullah Cavadi Amuli buyurur:

Həzrət Peyğəmbərin (s) sözü bu məqama çatdıqda bütün din maarifini ondan eşidən Həzrət Əli (ə) camaatın içindən qalxıb soruşdu: “Ey Allahın Rəsulu! Bu ayın ən üstün əməli hansıdır?”

Həzrət cavab verdi: “Ey Əbəl-Həsən! Bu ayın ən üstün əməli Allahın haram etdiklərindən qorunmaqdır”.

Təqvanın dərəcələri vardır. Birinci dərəcə digərlərinə nisbətən ən aşağı səviyyədir. Bu dərəcədə olanlar tövbə əhlidir. Bu şəxslər günahlardan qorunur, tövbə edir və itaətə üz tuturlar.

Bundan üstün dərəcə saleh əməl sahiblərinə məxsusdur. Onlar hətta şübhəli olan şeylərdən də çəkinərlər. Həzrət Peyğəmbər (s) bu barədə buyurur: “Sənə şübhəli görünən, halallığı məlum olmayan şeyləri tərk et!”[1]

Zahirən halal görünsə də, şübhə doğuran qidalardan, sözlərdən çəkinmək lazımdır. Bu, salehlərin qorunmasıdır. Bundan da üstün təqva əhli gəlir. Onlar nəinki təkcə haramlardan və şübhəli olanlardan, həm də insanı şübhəli olanlara sövq edə biləcək halallardan da çəkinərlər. Bəzən insan bir nəfər barəsində söhbət edər və söz yavaş-yavaş elə bir yerə gedib çıxa bilər ki, bir möminə hörmətsizlik olsun, heysiyyətinə toxunulsun, qeybəti edilsin. Əlbəttə, bunu tərk etmək lazımdır. Yaxud maddi məsələlərdə ola bilər ki, insan halal malı yavaş-yavaş şübhəli mallara qarışdırsın. Bunu tərk etmək lazımdır.

Bundan da üstün siddiqlərin dərəcəsi vardır. Onlar Allahdan başqa olan hər şeydən uzaq durur, özlərini qoruyarlar. Əgər qəlb Allahdan başqa heç nəyi qəbul etmirsə, bu siddiqlərin qəlbidir.

Allah-Təala buyurur:

مَا جَعَلَ اللَّهُ لِرَجُلٍ مِنْ قَلْبَيْنِ فِي جَوْفِهِ

Allah heç bir kəs üçün daxilində iki ürək yaratmamışdır”.[2]

Bizə öyrədiblər ki, Allahdan bu qəlbimizdə Onun məhəbbətindən başqa bir məhəbbətin olmaması istəyək: “İlahi! Qəlbimizi öz məhəbbətinlə şeyda və qərarsız et“.[3]

Bu, siddiqlərin qəlbidir. Allahdan başqa heç nə orada qərar tuta bilməz.

 

www.ahliman.info

[1] «Vəsailuş-şiə» cild 18, səh. 124.

[2] «Əhzab» surəsi, ayə 4.

[3] «Kumeyl» duasından.

Digər “Ramazan ” Xəbərləri

Ayətullah Amuli: “Bizim mübarək ramazan ayında ən böyük vəzifəmiz azad olmaqdır.”

Ayətullah Cavadi Amuli buyurur: Böyüklərimiz deyiblər: Oruc tutmaq çətin və ağır olsa da, Allahın buyurduğu «Ey iman gətirənlər, sizdən əvvəlkilərə yazıldığı kimi... Davamı..

Sabah Fitr bayramıdır. Bayram gecəsinin və gününün əməlləri

Xəbər verdiyimiz kimi sabah may ayının 3-ü mübarək Fitr bayramıdır. Bu gün mübarək Ramazan ayının son günü və eləcə də bu gecə... Davamı..

İstihlal Mərkəzi: Sabah mübarək Ramazan ayının 30-cu günüdür

Bu gecə Ramazan ayının 29-dan 30-a keçən gecə, İstihlal Mərkəzi Şəvval ayının hilalını müşahidə etmədi. Bu səbəbdən sabah may ayının 2-i  mübarək... Davamı..

Ayətullah Amuli: “Ramazan ayının sonunda Allahın dostları qəriblik hiss edirlər”

Ayətullah Cavadi Amuli buyurur: Bu vida ilə biz elə əziz bir dostdan ayrılırıq ki, onun ayrılığı dözülməzdir. Məna əhli olan üçün bu... Davamı..

Ayətullah Amuli: Qədr gecələrində ilahi elmləri öyrənməkdən üstün heçnə yoxdur

Ayətullah Cavadi Amuli buyurur: Peyğəmbər (s) zamanında o Həzrəti minlərlə insan görüb. Lakin onlar bir yana, Həzrət Əli (ə) bir yana. Deyilənə... Davamı..

Ayətullah Amuli: “Azad insan öz idarəçiliyini nəfsinin ixtiyarına qoymaz”

“Allah tərəfindən səndə azad olanlar nə çoxdur...” Allah-Təala oda, bəlaya, əxlaqi rəzilliklərə mübtəla olanları bu zəncirlərdən azad etdi. Azadlıqdan daha üstün hansı... Davamı..

Bu gecə birinci Qədr gecəsidir. Qədr gecəsinin əməlləri

Bu gün Ramazan ayının birinci Qədr gecəsi (əhya) qeyd olunacaq.   Qədr gecələrinin  müştərək olan müstəhəb əməlləri aşağıdakılardır: 1. Gün batarkən Qədr gecəsinin... Davamı..

İmam Səccad (ə): Salam olsun o aya ki, biz bu ayda Allahdan nə istədiyimizi anladıq

“Ey ötdükcə arzuların yerinə yetişməsində yaxınlıq yaranan, onda olan əməllər bol olan ay, salam olsun sənə”. Biz bu ayda nə istəyəcəyimizi başa... Davamı..