Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
5 Aprel 00:42
Şərh Yoxdur
406

İmam Məhdi (ə.f) Ramazan gecələrində bu duanı oxumağı tövsiyyə edib

İftitah” duası, zamanın imamı həzrət Məhdi (ə.f), kiçik qeybət dövründəki ikinci naibi Məhəmməd ibni Osmana öyrədib. İmam (ə.f) bu duanı xüsusilə mübarək Ramazan ayının gecələrində oxumağı tövsiyə edib.

 

Ərəbcə transkripsiya

Əllahummə inni əftətihus sə-naə bihəmdik, və əntə musəd-didun lis səvabi bimənnik, və əyqəntu ənnəkə əntə ərhəmur rahimin, fi məvziil əfvi vər rəhməh, və əşəddul muaqibinə fi məvziin nəkali vən nəqiməh, və ə`zəmul mutəcəbbirinə fi məvziil kibriyai vəl əzəməh,

Əllahummə əzintə li fi duaikə və məs`ələtik, fəsmə` midhəti və əcib ya rəhimu də`vəti, və əqil ya ğəfuru əsrəti, fəkəm ya ilahi min kurbətin qəd fərrəc-təha və humumin qəd kəşəf-təha, və əsrətin qəd əqəltəha və rəhmətin qəd nəşərtəha, və həlqəti bəlain qəd fəkəktəha, əl həmdu lillahilləzi ləm yəttəxiz sahibətən və la vələda, və ləm yəkun ləhu şərikun fil mulk, və ləm yəkun ləhu vəliyyun minəz zull, və kəbbirhu təkbira, əl həmdu lillahi bicəmii məhami-dihi kulliha əla cəmii niəmihi kulliha, əl həmdu lillahilləzi la muzaddə ləhu fi mulkihi və la munaziə ləhu fi əmrih, əl həmdu lillahilləzi la şərikə ləhu fi xəlqihi və la şəbihə ləhu fi əzəmətih, əl həmdu lillahil faşi fil xəlqi əmruhu və həmduhuz zahiri bilkərəmi məcduh, əl basiti bil cudi yədəhulləzi la tənqusu xəzainuh, və la təzi-duhu (yəziduhu) kəsrətul ətaə illa cudən və kərəma, innəhu huvəl əzizul vəhhab,

Əllahum-mə inni əs`əlukə qəlilən min kəsirin məə hacətin bi iləyhi əziməh, və ğinakə ənhu qədim, və huvə indi kəsir, və huvə ələykə səhlun yəsir, Əllahum-mə innə əfvəkə ən zənbi və təcavuzəkə ən xətiəti, və səfhə-kə ən zulmi, və sitrəkə əla (ən) qəbihi əməli, və hilməkə ən kəsiri (kəbiri) curmi, ində ma kanə min xətai (xətəi) və əmdi, ətməəni fi ən əs`ələkə ma la əstəvcibuhu minkəlləzi rəzəq-təni min rəhmətik, və ərəytəni min qudrətik, və ərrəftəni min icabətik, fəsirtu əd`ukə amina, və əs`əlukə mustə`nisən la xaifən və la vəcilən mudillən ələykə fima qəsədtu fihi (bihi) iləyk, fəin əbtəə ənni (ələyyə) ətəbtu bicəhli ələyk, və ləəlləl-ləzi əbtəə ənni huvə xəyrun li liilmikə biaqibətil umur, fələm ərə məvlən (muəmmələn) kərima, əsbərə əla əbdin ləimin minkə ələyyə ya rəbbi, innəkə təd`uni fəuvəlli ənkə və tətəhəbbəbu iləyy, fəətəbəğğə-zu iləykə və tətəvəddədu iləyy, fəla əqbəlu mink, kəənnə liəttə-təvvullə ələyk, fələm (summə ləm) yəmnə`kə zalikə minər rəhməti li, vəl ihsani iləyyə vət təfəzzuli ələyyə bicudikə və kərəmik, fərhəm əbdəkəl cahil, və cud ələyhi bifəzli ihsanik, in-nəkə cəvadun kərim, əl həm-dullahi malikil mulk, mucril fulki musəxxirir riyahi faliqil isbah, dəyyanid dini rəbbil aləmin,

Əl həmdu lillahi əla hilmihi bə`də ilmih, və əl həmdu lillahi əla əfvihi bə`də qudrətih, vəl həmdu lillahi əla tuli ənatihi fi ğəzəbih, və huvə qadirun əla ma yuridul həmdu lillahi xaliqil xəlqi basitir rizqi faliqil isbah, zil cəlali vəl ikra-mi vəl fəzli vəl in`amilləzi bəudə fəla yura, və qərubə fəşəhidən nəcva təbarəkə və təala, əl həmdu lillahilləzi ləysə ləhu munaziun yuadiluh, və la şəbihun yuşakiluh, və la zəhi-run yuaziduh, qəhərə biizzətihil əizza, və təvazəə liəzəmətihil uzəma, fəbələğə biqudrətihi ma yəşa, əl həmdu lillahilləzi yucibuni hinə unadih, və yəs-turu ələyyə kullə əvrətin və ənə ə`sih, və yuəzzimun ni`mətə ələyyə fəla ucazih, fəkəm min məvhibətin həniətin qəd ə`tani, və əzimətin məxufətin qəd kəfani, və bəhcətin muniqətin qəd ərani, fəusni ələyhi hamida, və əzkuruhu musəbbiha,

Əl həmdu lillahilləzi la yuhtəku hicabuh, və la yuğləqu babuh, la yurəddu sailuh, və la yuxəyyəbu amiluh, əl həmdu lillahilləzi yu`minul xaifin, və yunəccis salihin, və yərfəul mustəz`əfin, və yəzəul mustək-birin, və yuhliku mulukən və yəstəxlifu axərin, vəl həmdu lillahi qasimil cəbbarin, mubi-riz zalimin, mudrikəl haribin, nəkaliz zalimin, sərixil mustəs-rixin, məvzii hacatit talibin, mu`təmədil mu`minin, əl həm-du lillahilləzi min xəşyətihi tər`ədus səmau və sukkanuha, və tərcuful ərzu və ummaruha, və təmucul biharu və mən yəsbəhu fi ğəməratiha, əl həm-du lillahilləzi hədana lihaza və ma kunna linəhtədiyə ləvla ən hədana, əl həmdu lillahilləzi yəxluqu və ləm yuxləq, və yərzuqu və la yurzəq, və yut`-imu və la yut`əm, və yumitul əhyaə və yuhyil məvta, və huvə həyyun la yəmut, bəyədihil xəyru və huvə əla kulli şəy`in qədir,

Əllahummə səlli əla Muhəmmədin əbdikə və rəsu-lik, və əminikə və səfiyyik, və həbibikə və xəlilikə min xəlqik, və hafizi sirrikə və mubəlliği risalatik, əfzələ və əhsənə və əcmələ və əkmələ və əzka və ənma və ətyəbə və əthərə və əsna, və əksərə (əkbərə) ma səlləytə və barəktə və tərəh-həmtə və təhənnəntə və səlləm-tə əla əhədən min ibadikə və ənbiyaik, və rusulikə və sifvə-tikə və əhlil kəraməti ələykə min xəlqik, Əllahummə və səlli əla Əliyyin Əmiril mu`minin, və vəsiyyi rəsuli rəbbil aləmin, əbdikə və vəliyyikə və əxi rə-sulik, və huccətikə əla xəlqikə və ayətikəl kubra, vən nəbəil əzim, və səlli ələs siddiqətit tahirəh, Fatimətə səyyidəti nisail aləmin, və səlli əla sibtəyir rəhməh, və imaməyil huda, əl Həsəni vəl Husəyn, səyyidəy şəbabi əhlil cənnəh, və səlli əla əimmətil musliminə Əliyibnil Husəyn, və Muhəm-mədibni Əliyy, və Cə`fəribni Muhəmməd, və Musəbni Cə`-fər, və Əliyyibni Musa, və Mu-həmmədibni Əliyy, və Əliy-yibni Muhəmməd, vəl Həsənib-ni Əliyy, vəl xələfil Hadil Məhdiyy, hucəcikə əla ibadikə və umənaikə fi biladik, səlatən kəsirətən daiməh, Əllahummə və səlli əla vəliyyə əmrikəl qaimil muəmmələ vəl ədlil muntəzər, və huffəhu (vəh-fufhu) biməlaikətikəl muqər-rəbin, və əyyidhu biruhil qudus, ya rəbbəl aləmin, Əlla-humməc`əlhud daiyə ila kita-bik, vəl qaimə bidinikəstəxlifhu fil ərz, kəməstəxləftəlləzinə min qəblihi məkkin ləhu dinəhulləzirtəzəytəhu ləh, əb-dilhu min bə`di xəvfihi əmnən yə`buduk, la yuşriku bikə şəy`a,

Əllahummə əizzəhu və ə`ziz bih, vənsurhu vəntəsir bihi vənsurhu nəsrən əziza, vəf-təh ləhu fəthən yəsira, vəc`əl ləhu min lədunkə sultanən nəsira, Əllahummə inna nərğə-bu iləykə fi dəvlətin kəriməh, tuizzu bihal islamə və əhləh, və tuzillu bihan nifaqə və əhləh, və təc`əluna fiha minəd duati ila taətik, vəl qadəti ila səbilik, və tərzuquna biha kəramətəd dunya vəl axirəh, Əllahummə ma ərrəftəna minəl həqq, fəhəmmilnahu və ma qəsurna ənhu fəbəlliğnah, Əllahumməl-mum bihi şəəsəna, vəş`əb bihi səd`əna, vərtuq bihi fətqəna, və kəssir bihi qillətəna, və ə`ziz (əizzə) bihi zillətəna və əğni bihi ailəna, vəqzi bihi ən muğ-rəmina (məğrəmina), vəcbur bihi fəqrəna və suddə bihi xəl-lətəna, və yəssir bihi usrəna və bəyyiz bihi vucuhəna, və fukkə bihi əsrəna və əncih bihi təlibə-təna, və ənciz bihi məvaidəna vəstəcib bihi də`vətəna, və ə`ti-na bihi su`ləna, və bəlliğna bihi minəd dunya vəl axirəh, amanəna və ə`tina bihi fəvqə rəğbətina, ya xəyrəl məs`ulinə və əvsəəl mu`tin, işfi bihi sudurəna və əzhib bihi ğəyzə qulubina, vəhdina lihi limaxtulifə fihi minəl həqq, biiznikə innəkə təhdi mən təşau ila siratin mustəqim, vənsurna bihi əla əduvvikə və əduvvina iləl həqqi amin,

Əllahummə inna nəşku iləykə fəqdə nəbiyyina sələvatukə ələyhi və alih, və ğəybətə vəliyyina (imaməna), və kəsrətə əduvvina və qillətə ədədina, və şiddətəl fitəni bina və təzahu-rəz zəmani ələyna, fəsəlli əla Muhəmmədin və alih (ali Mu-həmməd), və əinna əla zalikə bifəthin minkə tuəcciluh, və bizurrin təkşifuhu və nəsrin tuizzuh, və sultani həqqin tuz-hiruh, və rəhmətin minkə tucəl-lilunaha, və afiyətin minkə tulbisunaha, birəhmətikə ya ərhəmər rahimin.

 

Tərcüməsi

İlahi, Sənə həmd etməklə sitayişə başlayıram.

Öz lütfü ilə düzgünlüyə yönəldən Sənsən. Yəqin də bilirəm ki, bağışlamaq və mərhəmət göstərməkdə ən mehriban, cəzalandırmaq və qisas almaqda ən sərt, böyüklük və əzəmətdə ən hökmlü Sənsən! İlahi, Səni çağırmağıma və Səndən istəməyimə Özün izn vermisən. Odur ki, eşit həmd-sənamı, ey eşidən! Cavab ver yalvarışıma, ey mərhəmət edən! Keç günahlarımdan, ey bağışlayan! Axı Sən o qədər qəm dağıtmısan, o qədər çətinlik dəf etmisən, o qədər günahlara göz yummusan, o qədər rəhmət yağdırmısan, o qədər bəla zənciri qırmısan, İlahi!

Nə bir yoldaşa, nə bir övlada, nə hökmranlıq üçün bir ortağa, nə də qorunmaq üçün bir hamiyə ehtiyacı olan Allaha həmd olsun! O, böyükdür, çox böyükdür! Verdiyi bütün nemətlərə görə, nə qədər tərif və alqış varsa, hamısı ilə Allaha həmd olsun! Hakimiyyətinə müxalifət edilməyəcək və əmri çəkişilməyəcək Allaha həmd olsun! Yaratmağında bir şəriki və əzəmətində bir bənzəri olmayan Allaha həmd olsun! İşi və tərifi yaratdıqları arasında aşkar olan, izzəti kərəmindən görsənən, əli səxavətlə açılan, xəzinəsi tükənməyən, çox əta etməsi yalnız comərdlik və kərəmini artıran Allaha həmd olsun! Həqiqətən O, çox izzətli və çox səxavətlidir!

İlahi, sonsuz nemətlərin müqabilində istədiyim çox azdır. O aza elə möhtacam! Halbuki Sənin ona heç zaman ehtiyacın olmayıb. O az mənim üçün elə çoxdur! Halbki Sənin üçün yüngül və asandır.

İlahi! Günahımdan keçir, səhvimə göz yumur, haqsızlığımı bağışlayır, qəbahətli əməlimi gizlədir, bilərəkdən və bilməyərəkdən etdiyim saysız təqsirlərə baxmayaraq mənə qarşı həlim olursan. Bütün bunlar da məni layiq olmadıqlarımı istəməyə iştahlandırır. Sən də rəhmətindən bir qida, qüdrətindən bir nişanə və cavabından bir mərifət verirsən. Beləliklə də, güvənərək Səni çağırır, qorxmadan və utanmadan Səninlə dərdləşir, Sənə tərəf yönəlməyə ürəklənirəm. Cavabımı yubadanda, nadanlığımdan Səni günahlandırıram. Halbuki, hər şeyin sonunu bildiyin üçün mənə gec cavab verməyin bəlkə də xeyrimədir. Mənim kimi rəzil qula səbr edəcək Sənin kimi kərim bir ağa görmədim!

Ya Rəbbi! Doğurdan da məni çağırırsan, mən isə üz çevirirəm; mənə nəvaziş göstərirsən, mən isə inad edirəm; mənə eşqini elan edirsən, mən isə qəbul etmirəm – sanki üstünlük məndədir. Amma bununla belə, Sən mənə qarşı mərhəmət, ehsan, səxavət və kərəmindən əl çəkmirsən. Odur ki, bu cahil bəndənə rəhm et, bol-bol ehsanınla kərəm et! Sən həqiqətən də əliaçıq və kərimsən! Varlıq aləminin maliki, gəmiləri üzdürən, küləkləri əsdirən, səhərləri açan, Qiyamətdə mühakimə edən, aləmlərin rəbbi olan Allaha bütün alqışlarla həmd olsun! Hər şeydən xəbərdar olduğu halda həlimlik göstərən Allaha həmd olsun! Hər şeyə gücü çatdığı halda əfv edən Allaha həmd olsun! Qəzəb göstərə biləcəyi halda çox səbr edən Allaha həmd olsun! O, istədiyi hər şeyə qadirdir. Yaranmışları yaradan, ruzini paylayan, səhərləri açan, şanı və ehtiramı uca, fəzilət və nemətlərin sahibi, görünməyəcək qədər uzaq, pıçıltını eşidəcək qədər yaxın olan Allaha həmd olsun! O, ucadır, çox ucadır!

Nə qarşısında duracaq bir tayı, nə oxşadılacaq bir bənzəri, nə də dəstəkləyəcək bir yardımçısı olan, izzəti ilə bütün izzətliləri sındıran, əzəməti ilə bütün əzəmətliləri kiçildən, qüdrəti ilə istədiyinə çatan Allaha həmd olsun! Çağırdığımda cavabsız qoymayan, sözündən çıxdığımda eyblərimi örtən, naşükürlük etdiyimə rəğmən bol-bol nemət yağdıran Allaha həmd olsun! Nə qədər naz-nemət verib mənə! Nə qədər qorxunc bəlaları uzaqlaşdırb məndən! Nə qədər sevinc yaşadıb mənə! Odur ki, Ona həmd edəndə alqış yağdırır, Onu xatırlayanda heyran qalıram! Pərdəni götürməyən, qapıları üzə bağlamayan, diləyəni qovmayan, ümidvarı məyus etməyən Allaha həmd olsun! Qorxanları qoruyan, salehləri xilas edən, alçaldılanları ucaldan, təkəbbürlüləri alçaldan, şahları aradan aparıb başqalarını gətirən Allaha həmd olsun! Sitəmkarları yıxan, zalımları məhv edən, qaçanları yaxalayan, zülmkarları cəzalandıran, dad edənlərin dadına çatan, diləyənlərin hacətini verən, möminlərin güvənci olan Allaha həmd olsun! Göyləri və göy əhlini lərzəyə gətirən, yeri və yer sakinlərini tir-tir titrədən, dənizləri və dənizdə üzənləri çalxalayan Allaha həmd olsun! Özü bizi hidayət etməsəydi hidayət olmayacaqdıq deyə, bizi hidayət edən Allaha həmd olsun! Yaranmadan yaradan, ruzi almadan ruzi verən, qidalanmadan qidalandıran, diriləri öldürən, ölüləri dirildən, diri və ölməyən, xeyir əlində olan, hər şeyə qadir Allaha həmd olsun!

İlahi! Bəndən, peyğəmbərin, etibarlın, seçilmişin, sevimlin, yaratdıqlarının ən üstünü, sirrini qoruyan, sözünü çatdıran Məhəmmədə xeyir-bərəkət ver! Ona bəndələrin, peyğəmbərlərin, elçilərin, seçilmişlərin və yaratdıqların içrə Sənə ən əziz olanların heç birinə lütf etmədiyin və vermədiyin ən üstün, ən yaxşı, ən gözəl, ən kamil, ən təmiz, ən parlaq, ən xoş, ən pak, ən tərifəlayiq və ən çox xeyir-bərəkət ver!

İlahi! Möminlərin sərvəri, Aləmlərin Rəbbi tərəfindən göndərilmiş elçinin vəsisi, bəndən, vəlin, peyğəmbərinin qardaşı, yaradılış üzərində höccətin, böyük nişanən və əzəmətli xəbərin olan Əliyə xeyir-bərəkət ver! İlahi! Xanımlar xanımı, düz sözlü və pak Fatiməyə xeyir-bərəkət ver!

 

Rəhmətin olan peyğəmbərinin nəvələri, hidayət imamları və cənnət cavanalarının sərvərləri olan Həsənlə Hüseynə xeyir-bərəkət ver! Müsəlmanların imamları, bəndələrin üçün dəlillərin, Öz məmləkətlərində güvəndiklərin – Hüseynin oğlu Əliyə, Əlinin oğlu Məhəmmədə, Məhəmmədin oğlu Cəfərə, Cəfərin oğlu Musaya, Musanın oğlu Əliyə, Əlinin oğlu Məhəmmədə, Məhəmmədin oğlu Əliyə, Əlinin oğlu Həsənə və onların yönəldən və yönləndirilən xələfinə (həzrət Mehdiyə) tükənməz və fasiləsiz salamınla xeyir-bərəkət ver!

İlahi! Ümid bəslənilən qiyamın, intizarı çəkilən ədalətin və təyin etdiyin əmrin sahibinə* xeyir-bərəkət ver, onu Öz müqərrəb mələklərinin əhatəsinə al, Müqəddəs Ruhla dəstəklə, ey Aləmlərin Rəbbi! İlahi, qoy o, Sənin Kitabına tərəf dəvət və Sənin dinini bərqərar etsin! Ondan əvvəlkiləri varis etdiyin kimi onu da yer üzünün varisi et; onun dinini – hansını ki, Özün bəyənirsən – möhkəmləndir; onun qorxusunu arxayınçılıqla əvəz et; o, Sənə bəndəlik edir və heç nəyi Sənə şərik qoşmur.** İlahi, ona izzət ver, bizi də onunla izzətləndir; ona yardım et, bizə də onun əli ilə yardımçı ol; ona əzəmətli yardımınla yardım et; onun zəfərini asan qıl və Özün ona nüsrətli iqtidar bəxş et! İlahi, Öz dinini və peyğəmbərin (s) sünnəsini onun əli ilə o qədər açıq-aydın et ki, kimsə kimsədən çəkinmədən həqiqəti zərrə qədər də gizlətməsin! İlahi! Biz əziz dövlətin qurulmasını şövqlə Səndən istəyirik! O dövlət ki, orada İslam və müsəlmanları izzətli, nifaq və münafiqləri isə zəlil edəcəksən. O dövlət ki, orada bizi Sənin itatinə çağıranlardan, Sənin yoluna yönəldənlərdən qərar verəcəksən. O dövlət ki, onun vasitəsilə bizə dünya və axirət kəramətini nəsib edəcəksən.

İlahi! bizə haqqdan nəyi tanıtdırmısansa, qoy onu daşıyaq; nəyi də tanıtdırmamısansa, qoy ona yetişək! İlahi, onun (həzrət Mehdinin) əli ilə dağınıqlığımızı nizamla, ayrılığımızı birliklə, ixtilafımızı yekdilliklə, azlığımızı çoxluqla, zillətimizi izzətlə, fəqirliyimizi zənginliklə əvəz et! Onun vasitəsilə borcumuzu ödə, yoxsulluğumuzu aradan apar, anlaşmazlığımıza son qoy, çətinliyimizi asanlaşdır, üzümüzü ağ et, əsarətdən qurtar, hacətlərimizi rəva et, vəd etdiyini gerçəkləşdir, çağırışımıza cavab ver, istəyimizi həyata keçir, dünya və axirətdə ümid etdiklərimizə çatdır, arzu etdiyimizdən daha üstününü nəsib et! Ey qapısına üz tutulanların ən xeyirlisi! Ey əta edənlərin ən səxavətlisi! Onun əli ilə ruhumuza şəfa ver, qəlbimizdəki qəzəbi söndür, izninlə axtarılan həqiqətlərə bizi yönəlt – axı Sən həqiqətən də istədiyin kəsi düz yola yönəldirsən; onun əli ilə düşmənimizə və düşməninə qarşı yardım et! Amin, ey haqq olan Allah!

İlahi! Özünə və soyuna xeyir-bərəkət verdiyin Peyğəmbərin aramızda olmamasından, imamımızın qaib, düşmənimizin çox, sayımızın az, aramızdakı fitnələrin üzücü və şəraitin əleyhimizə olmasından Sənə şikayət edirik. Odur ki, həzrət Məhəmmədə və onun soyuna xeyir-bərəkət ver; Özün zəfəri tezləşdirməklə, ziyanı dəf etməklə, yardımınla izzət verməklə, haqqın hökmranlığını bərqərar etməklə, rəhmətinlə əzəmət bəxş etməklə və sağlamlığa bürüməklə dadımıza çat! Səni and veririk Öz rəhmətinə, ey rəhimlilərin ən rəhimlisi!

 

www.ahliman.info

* Yəni Həzrət Mehdi (ə).

** Nur surəsinin 55-ci ayəsində gələn ilahi vədə işarədir.

Digər “Ramazan ” Xəbərləri

Sabah Fitr bayramıdır. Bayram gecəsinin və gününün əməlləri

Xəbər verdiyimiz kimi sabah may ayının 3-ü mübarək Fitr bayramıdır. Bu gün mübarək Ramazan ayının son günü və eləcə də bu gecə... Davamı..

İstihlal Mərkəzi: Sabah mübarək Ramazan ayının 30-cu günüdür

Bu gecə Ramazan ayının 29-dan 30-a keçən gecə, İstihlal Mərkəzi Şəvval ayının hilalını müşahidə etmədi. Bu səbəbdən sabah may ayının 2-i  mübarək... Davamı..

Ayətullah Amuli: “Ramazan ayının sonunda Allahın dostları qəriblik hiss edirlər”

Ayətullah Cavadi Amuli buyurur: Bu vida ilə biz elə əziz bir dostdan ayrılırıq ki, onun ayrılığı dözülməzdir. Məna əhli olan üçün bu... Davamı..

Ayətullah Amuli: Qədr gecələrində ilahi elmləri öyrənməkdən üstün heçnə yoxdur

Ayətullah Cavadi Amuli buyurur: Peyğəmbər (s) zamanında o Həzrəti minlərlə insan görüb. Lakin onlar bir yana, Həzrət Əli (ə) bir yana. Deyilənə... Davamı..

Ayətullah Amuli: “Azad insan öz idarəçiliyini nəfsinin ixtiyarına qoymaz”

“Allah tərəfindən səndə azad olanlar nə çoxdur...” Allah-Təala oda, bəlaya, əxlaqi rəzilliklərə mübtəla olanları bu zəncirlərdən azad etdi. Azadlıqdan daha üstün hansı... Davamı..

Bu gecə birinci Qədr gecəsidir. Qədr gecəsinin əməlləri

Bu gün Ramazan ayının birinci Qədr gecəsi (əhya) qeyd olunacaq.   Qədr gecələrinin  müştərək olan müstəhəb əməlləri aşağıdakılardır: 1. Gün batarkən Qədr gecəsinin... Davamı..

İmam Səccad (ə): Salam olsun o aya ki, biz bu ayda Allahdan nə istədiyimizi anladıq

“Ey ötdükcə arzuların yerinə yetişməsində yaxınlıq yaranan, onda olan əməllər bol olan ay, salam olsun sənə”. Biz bu ayda nə istəyəcəyimizi başa... Davamı..

Həzrət Muhəmməd (s): Bu ayın ən üstün əməli Allahın haram etdiklərindən qorunmaqdır!

Ayətullah Cavadi Amuli buyurur: Həzrət Peyğəmbərin (s) sözü bu məqama çatdıqda bütün din maarifini ondan eşidən Həzrət Əli (ə) camaatın içindən qalxıb... Davamı..