Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
21 Dekabr 09:34
Şərh Yoxdur
5671

Həzrət Peyğəmbərin (s) Həzrət Zəhra (s.ə) haqqında buyurmuşdur

Həzrət Məhəmmədin (s) qızı Həzrət xanım Fatimeyi Zəhra (s.ə) haqqında buyurduqlarından bir qismini oxucularımıza təqdim edirik:

 

“Fatimə mənim bədənimin bir parçasıdır. Onu sevindirən məni sevindirib və onu qəmləndirən məni qəmləndirib. Fatimə mənim üçün ən əziz şəxsdir.”[1]

 

“Həqiqətən Fatimə mənim bədənimin bir parçasıdır. O mənim gözümün nuru və qəlbimin meyvəsidir. Onu qəmləndirən  məni də qəmləndirir və onu şad edən  məni də şad edir. O mənim Əhli-Beytimdən mənə qovuşan ilk şəxsdir.”[2]


“Qızım Fatimə dünya xanımlarının xanımıdır.”
[3]

 

“Fatimə Cənnət xanımlarının xanımıdır.”[4]

 

“Qızım Fatimə dünyanın  yaradılışın əvvəlindən sonuna kimi  bütün qadınlarının xanımıdır.”[5]

 

Allahın Peyğəmbəri (s) Həzrət Fatiməyə (s.ə) buyurub: “Allah sənin qəzəbinlə qəzəblənir və sənin sevincinlə şad olur.”[6]

 

www.ahliman.info
________________________________

[1] Biharul-Ənvar, c.43, səh.23, hədis 17

[2] Əmali-Səduq, səh.394, hədis 18

[3] Biharul-Ənvar, 43, səh.22, hədis 13

[4] Musnəd əhməd ibn Hənbəl, c.3,səh.80

[5] Nurus-Səqəleyn, c.1, səh.338, hədis 135

[6] Kənzul-Ummal, hədis 37725

Digər “Əhli-Beyt ” Xəbərləri

İmam Səccadın (ə) “Mən Məkkə və Minanın oğluyam” sözünün həqiqəti budur

Ayətullah Cavadi Amuli buyurur: İmam Səccad (ə) Şam şəhərinin minbərində dediyi sözlər göstərir ki, məsulları (ə) ibadətlərin hikmətinə yetmişlər. Həzrətin çıxışının bir... Davamı..

İmam Əli (ə) özünə və xidmətçisinə paltar alması

Rəvayət olunur ki, bir gün Həzrət Əli (ə) parca bazarına getdi. Bir kişiyə dedi ki, bu iki paltarı mənə sat. Həmin kişi... Davamı..

İmam Zaman ağanın (ə.f) mübarək anası Nərcis xanım, Şəmun peyğəmbərin nəslindəndir

İmam Zaman ağanın (ə) mübarək anası Nərcis xanım cənab Şəmunun nəslindən gəlir. Şəmun – Allahın peyğəmbəri və Həzrət İsanın (ə) vəsisi olmuşdur.... Davamı..

Qurani-Kərimdə İmam Məhdinin (ə.f) mövcudluğu və zühuru haqqında hansı faktlar var?

Əlbəttə, hər bir doğru məsələnin bütün detalları və xüsusiyyətləri ilə Qurani-Kərimdə yer almasına ehtiyac yoxdur, çünki bir çox hallar reallığa söykəndiyindən ilahi... Davamı..

Xeyir, Allaha sanki Onu görürmüş kimi ibadət etməkdədir

“Ey Əbuzər! Allaha, elə idabət et ki, sanki Onu görürsən. Çünki sən Onu görməsən də, O, səni görür.” Hədisin bu hissəsi mütəvatir [1]... Davamı..

Bu gün həzrət Məsumənin (s.ə) vəfat günüdür

Bu gün Xanım Məsumənin vəfatı günüdür. Məsumə adı ilə məşhur olan kəramətli xanım İmam Kazımın (ə) qızıdır. Həmçinin İmam Rzanın (ə) bacısıdır. Bəzi mənbələrdə... Davamı..

İmam Zamanın (ə.f) adı, ləqəbləri və künyələri hansılardır?

Həzrət Məhdinin (ə.f) əsl adı Muhəmməddir. Peyğəmbərimiz (s) ona həmin adı qoymuş və belə buyur­muşdur: “Onun adı mənim adımdır və künyəsi mənim... Davamı..

İmam Sadiq (ə): Allah mərifəti hər zəifliyin gücü, hər dərdin şəfasıdır

İmam Sadiq (ə) buyurur: Camaat əgər Allah-təalanın mərifətinin fəzilətini tanısaydılar, dünya əhlinin əlində olan dünyəvi mətaha göz dikməzdilər. Nəinki göz dikməzdilər, hətta... Davamı..