Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
25 Noyabr 15:49
Şərh Yoxdur
1308

Həzrət Rəsulullah (s): Allah müsəlmanın malını müsəlmana haram etmişdir

Həzrət Muhəmməd Rəsulullah (s) buyurur:

“Kimsə müsəlmanın malını haqsız yerə qəsb edərsə, Allah həmişəlik ondan üz döndərər, gördüyü hər yaxşı işə qəzəblənər və tövbə edib götürdüyü malı sahibinə qaytarmayana qədər onları yaxşı işlər siyahısına salmaz.”[1]

“Kimsə kimsənin torpağını nahaqdan qəsb edərsə, Allah-taalanı onunla qəzəblənmiş halda görüşər.”[2]

Qardaşının malını nahaq yerə almaq heç bir müsəlmana rəva deyil. Çünki Allah müsəlmanın malını müsəlmana haram etmişdir.”[3]

 

İmam Əli (ə) buyurur: “Evdə qəsb edilmiş daşın olması, həmin evin dağılmasının zaminidir.[4],[5]

İmam Sadiq (ə) haqsız yerə torpaq alıb orada ev tikənin hökmü haqda suala cavabından:Evi viran olar və torpaq sahibinə qaytararlar. Zülmkarın alın tərinə və haqqı tapdalayana haqq yoxdur.”[6]

İmam Əli (ə): “Başqasının icazəsi olmadan onun malını ələ keçirmək heç kəsə rəva deyildir.”[7]

 

www.ahliman.info

[1] Mustədrəkul-Vəsail, c.17, səh.89, hədis20823

[2] Kənzul-Ummal,hədis 30366

[3] Kənzul-Ummal,hədis 30343

[4] Seyid Rəzi deyir:  “Bu kəlam Peyğəmbərdən (s) də rəvayət olunmuşdur. Sözlərin bir-birinə oxşaması təəccüblü deyil. Çünki, hər ikisi eyni çeşmədən qaynaqlanır və bir mənbədən çıxır.»,

[5] Nəhcül-Bəlağə, hikmət 240.

[6] Vəsailuş-Şiə, c.17, səh.311, hədis 1

[7] Vəsailuş-Şiə, c.17, səh.309, hədis 4

Digər “Mənəviyyat ” Xəbərləri

Ayətullah Misbah Yəzdi: Din aliminə müraciət etmədiyindən dini vəzifələrində səhvə yol verən şəxsin Allah hüzurunda üzrü olmayacaq

Ayətullah Misbah Yəzdi buyurur: Ağıl və fitrət tələb edir ki, insan bilmədiyi və mütəxəssis olmadığı sahələrdə həmin biliklərə sahib olan mütəxəssisə təqlid... Davamı..

Ustad Fatimi Niya: Bu cümləni əldə etmək üçün üç min kilometr yolu qət etdim

Ustad Abdullah Fatimi Niya buyurur: Bəzən əməllərimizdə olan aludəçilik və naxalisliklər ücb və riyakarlıq kimi deyil, bəlkə daha dəqiq və incə, yəni şeytanın... Davamı..

Xəyalda günah qeyd olunmaz. Amma əmələ çevrilməsinə yol verilməməlidir

Dünya başdan-başa ciddiyyətlə doludur və bu aləmin heç bir zamanı və məkanı yersiz və boş deyildir. Və ya yersiz şeylər üçün xəlq... Davamı..

Həzrət Zəhranın (s.ə) zikri

Namazdan sonrakı ən yaxşı əməl Həzrət Zəhranın (s.ə) təsbihatıdır (zikridir). Bu ali zikri Allahın Rəsulu (s) əziz qızına öyrətmişdir: “34 dəfə “Allahu... Davamı..

İbadətin bəyənilən olması üçün 5 şərt

İbadət – Allah Təala qarşısına çıxmaqdır. Onun bəndələri üçün ayırdığı süfrədə əyləşməkdir. Ona görə də həqiqi ibadətin yollarını da Onun özündən öyrənmək... Davamı..

Allaha yaxınlaşmaq əzmində olanlar üç yoldan birini seçməlidir

İnsan ictimai bir varlıqdır. Onun həyatı başqaları ilə rabitələrsiz ötüşmür. Allah-təala insanı öz həmnövləri ilə maddi və mənəvi rabitələrə ehtiyaclı xəlq etmişdir.... Davamı..

Ey Əli! Qorxaqla məşvərət etmə ki, müşkülün həll yolunu sənə dar edər. Simic və həris adamla məşvərət etmə ki…

“Öz Rəbblərinin çağırışına cavab verib namaz qılanlar və işləri öz aralarında bir-birilə məsləhətləşmək olanlar onlara verdiyimiz ruzidən bəxşiş edərlər” [1]   İmam... Davamı..

Kim eybini alıcıya demədən qüsurlu mal satarsa, həmişə Allahın qəzəbinə tuş gələr

Həzrət Muhəmməd (s) buyurur: “Kim öz müsəlman qardaşına fırıldaq gəlsə, Allah bərəkəti onun ruzisindən götürər, həyatını xarab edər və onu öz halına... Davamı..