Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
30 Oktyabr 15:29
Şərh Yoxdur
1285

Səhər çağı istiğfar etmək haqda hədis və Quran ayələri

Allah Təala Quranda iki yerdə səhər çağı istixvar edənləri tərifləyir:

Səbirlilər, düzgünlər, baş əyənlər, infaq edənlər və səhər çağında bağışlanma diləyənlərdir“. (Ali İmran 17)

Və səhər çağı bağışlanma dilərdilər ” (Zariyat 18)

 

Səhər çağı oyaq qalmağın fəzilət bərəkətləri barəsində bir neçə hədisi nəql edirik:

1. Biharul Ənvarda mərhum Məclisdən rəvayət gəlmişdir. “Sizin Allaha dua etdiyiniz ən yaxşı vaxt səhər çağıdır” .[1]

2. Davud (ə) Cəbrail (ə)-dan ən yaxşı vaxtlar haqqında sual etdi, dedi: “Bilmirəm, ancaq hər gecə səhər vaxtı İlahi ərş hərəkətə gəlir“.[2]

3. Yeddinci İmam, hacətlər qapısı İmam Museyi Kazım (ə) səhər çağları belə münacat edərdi:

“İlahi, Sən öz endirdiyin kitabda buyurmusan: (Behişt əhli) Həmişə gecənin az bir hissəsini yatardılar və səhər çağları isiğfar edərdilər. And olsun Allaha, mənim yuxum azdır, səhər vaxtıdır və mən günahlarımdan ötrü istiğfar etməyə qalxmışam. Bir kəsin istiğfarı ki, nə özünün xeyr və ziyanına malikdir, nə də ölümü və həyatı öz ixtiyarındadır.” (Sonra İmam (ə) səcdəyə gedərdi.)[3]

4. Digər bir rəvayətdə gəlmişdir ki, üç dəstə İblis və onun qoşunun xətərindən amandadırlar:

1. O kəslər ki, Allah həmişə yadlarındadır.

2. O kəslər ki, Allah qorxusundan ağlayarlar.

3. O kəslər ki, Səhər çağları istiğaf edərlər.[4]

 

5. İmam Baqir (ə) səhər vaxtının əhəmiyyəti barəsində buyurur:

“Allah Təala dua edən mömin bəndələrini sevir. Sizə vəsiyyət olsun ki, səhər gün çıxana kimi namaz qılın, çünki bu vaxt asimanın qapılarının açıldığı, camaatın ruzisinin bölüşdürdüyü saatdır və camaatın mühüm hacətləri o saatda yerinə yetirilir”.[5]

 

Buna əsasən, kemiş mətləblərlə diqqət etməklə, hədis və rəvayətlərdən səhər və səhər çağı oyaq qalmağın əhəmiyyəti aşiqlərə aydın oldu, ancaq buna baxmayaraq camaatın çoxu gecə yarısı oyaq qalmağın ləzzət və səmərəsindən məhrumdurlar. Məkruh və təmbəllik gətirən vaxtda Fəcrin tülü etdiyi vaxtdan ta gün çıxana kimi yatırlar, Pərvədigərla razi-niyazda faydalana bilmirlər. Əlbəttə, səhər çağı oyaq qalmaq üçün vaxtında yatmaq və istirahət etmək kifayətdir. Ancaq gecənin yarısına kimi oyaq qalan şəxslərə səhər çağı oyanmaq müyəssər olmayacaqdır.

 

www.ahliman.info

[1]Biharul Ənvar Məclisi, c. 87, s. 208

[2]Müstədrəkül Vəsail, c. 2, s. 351

[3]Bihar. c. 87, s. 351

[4]Müstədrək, c. 12, bab 93, s. 351

[5]«Üsuli Kafi» c. 2, «Kitabud Dua» h. 1, s. 478

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Rəsulullah (s): Allah müsəlmanın malını müsəlmana haram etmişdir

Həzrət Muhəmməd Rəsulullah (s) buyurur: “Kimsə müsəlmanın malını haqsız yerə qəsb edərsə, Allah həmişəlik ondan üz döndərər, gördüyü hər yaxşı işə qəzəblənər... Davamı..

Allah nə dünya, nə də axirət işləri ilə məşğul olmayan sağlam işsiz insana nifrət edər

“Elə ki asudə oldun, ibadətə çalış. Həvəslə Allahına tərəf üz tut.”[1]   Həzrət Muhəmməd (s) buyurur: “Qiyamət günü ən ağır sorğu- sual,... Davamı..

Qiyamət günü insanlar arasında, barəsində ilk hökm veriləcək şey qan olacaqdır

Allah-Təala Qurani-Kərimdə buyurur: “Bu səbəbdən də İsrail oğullarına hökm etdik ki, hər kəs qisas haqqı olmadan, yer üzündə fitnə-fəsad törətməmiş kimsəni öldürsə... Davamı..

Ailəyə məhəbbət insanın imanını artırar

Həzrət Peyğəmbər (s) buyurur: “Övladlarınızı çoxlu öpün, çünki hər öpüşdə sizin üçün dərəcə vardır”. Övladı öpmək valideyn ilə uşaq arasında səmimi bağları möhkəmləndirər... Davamı..

Gecə namazının faydaları

İmam Sadiq (ə) buyurur: “Bəndənin əncam verdiyi hər bir yaxşı iş üçün Quranda bir mükafat var. Ancaq gecə namazı Allah yaninda daha... Davamı..

Sənin qulağına “Bismillah”ı oxuyan mənim qulağıma “Vələzzallin”ə qədər oxuyub

Şeyx Ənsarinin şagirdlərindən biri belə deyir: “İbtidai dini təhsilimi başa vurduqdan sonra elmimi təkmilləşdirmək üçün Nəcəfi-Əşrəfə yollandım və Şeyxin dərslərində iştirak etməyə... Davamı..

Azad insan olmaq üçün lazım olan xüsusiyyətlər

Elm, ticarət, siyasət – hər bir sahə əgər azad olmazsa, əsirlik deməkdir. Nətcədə bəzi təbəqələrin təkəbbürə düçar olmasına gətirib çıxardar. Onlar özlərini... Davamı..

Bеlә bir şәхsin әmәli аltmış ilin ibаdәtindәn üstündür

Hәzrәt Pеyğәmbәr (s) buyurub: “Hәr kim iki hәdis öyrәnsә, оnlаrdаn kаmаlа yеtişmәk üçün istifаdә еtsә vә yа bаşqаlаrınа öyrәtsә, оnlаr dа о... Davamı..