Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
24 Oktyabr 09:00
Şərh Yoxdur
19187

Bu gün həzrət Muhəmmədin (s) və İmam Sadiqin (ə) mövlud günüdür – Mövlud gününün əməlləri

Oktyabr ayının 24-ü hicri qəməri təqvimi ilə rəbiul-əvvəl ayının 17-si əziz İslam Peyğəmbəri həzrət Muhəmməd (s) və altıncı İmam Cəfər Sadiqin (ə) mövlud günüdür.

Artıq bir həftədir ki, bütün İslam dünyası Əziz İslam Peyğəmbərinin (s) mövludu münasibəti ilə “Vəhdət həftəsi” adı altında bayram tədbirləri keçirir.

İslamın Əziz Peyğəmbəri, Allahın Rəsulu həzrət Məhəmməd ibni Abdullah (s) cümə günü rəbiul-əvvəl ayının 17-də Fil ilində müqəddəs Məkkə şəhərində dünyaya göz açıb. Onun adı Muhəmməd (s), künyəsi Əbül-Qasim, atasının adı Abdullah və anası isə Vəhəbin qızı Aminə idi.

Altıncı İmam Cəfər Sadiq (ə) hicrətin 83-cü ili rəbiul-əvvəl ayının 17-də müqəddəs Mədinə şəhərində dünyaya gəlib. İslamın altıncı imamının adı Cəfər (ə), künyəsi Əbu-Abdullah, ləqəbi isə Sadiqdir. İmam Sadiqin (ə) atası beşinci İmam Muhəmməd Baqir (ə), anası isə Ummu Fərvədir.

 

Mövlud gününün əməlləri:

1. 17-ci günün niyyəti ilə qüsl almaq.

2. Oruc tutmaq. Allah bu oruc üçün bir ilin oruc savabını müəyyən etmişdir.

3. Sədəqə vermək, ehsan etmək və mömini sevindirmək.

4. Həzrətin (s) ziyarətini oxumaq. Həzrətdən (s) belə bir hədis vardır: “Hər kim öləndən sonra mənim qəbrimi ziyarət edər, o kəs kimi olar ki, həyatda olan zaman mənə tərəf hicrət etmişdir. Əgər məni yaxından ziyarət edə bilmirsə, uzaq yoldan mənə salam göndərsin”.

5. Bu günü İmam Əlini (ə) ziyarət etmək də müstəhəbdir. Necə ki, İmam Sadiq (ə) həmin günü İmam Əlini (ə) ziyarət etmişdi.

6. Bu günü əziz tutmaq lazımdır. Yaxşı olar ki, müsəlmanlar o günü bayram təşkil etsinlər. Həzrət Peyğəmbərin (s) əxlaqı, həyatı və sünnəti ilə daha yaxından tanış olsunlar.

7. O zaman ki, gün çıxar, iki rükət namaz qılmaq. Hər rükətdə “Həmddən” sonra on dəfə “Qədr”, on dəfə “İxlas” surəsini oxumaq. Salam verdikdən sonra Allahummə əntə Həyyul-Latəmut duasını oxumaq.

 

Saytımızın  kollektivi  İmam Zaman (ə.f) başda olmaqla bütün müsəlmanları bu gözəl bayram münasibəti ilə təbrik edir.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

Bu gün imam Həsənin (ə) mövlud günüdür

Üçüncü hicri ilinin Ramazan ayının 15-də Əmirəl-möminin (ə) evində ilk övlad dünyaya gözlərini açdı. Özü ilə bütün ev əhlinə şadlıq və sevinc... Davamı..

Bu gün sonuncu imam Həzrət Məhdinin (ə) mövlud günüdür

Bütün müsəlman məzhəbləri və firqələri qiyamət günü çatmamış İmam Mehdinin (ə) zühur edəcəyi və dünyanı ədalətlə təmin edəcəyini qəbul edir və buna... Davamı..

Bu gün bütün cavanlar üçün örnək olan Əli Əkbər ağanın (ə) təvəllüdüdür

Əli Əkbər ağa (ə) 33-cü hicri ilində şəban ayının 11-də dünyaya gəlmişdir. Peyğəmbərimizin (s) yeni dünyaya gələn övladlarla bağlı verdiyi mübarək buyuruşlara... Davamı..

Əllamə buyurur: “Bütün imamlar mərhəmətlidir, amma imam Rzanın mərhəməti hiss ediləndir”

Ustad Abdullah Fatimi Niya buyurur: Çox dəyərli Quran təfsiri  “Əl-Mizan” əsərinin müəllifi Əllamə Ayətullah Seyid Məhəmməd Hüseyn Təbatəbai İmam Rza (ə) barədə... Davamı..

Bu gün Məbəs günüdür. Məbəs gününün əməlləri

Bu gün vəhy mələyi Cəbrail-Əminin “İnnəkə Rəsulullah! Həqiqətən, sən Allahın Rəsulusan!“dediyi gündür. Bu əziz gündə Həzrət Cəbrayil (ə) Peyğəmbərə (s) nazil olaraq,... Davamı..

Bu gün İmam Museyi Kazimin (ə) şəhid edilən günüdür

Bu gün İmam Museyi Kazimin (ə) şəhadət günüdür. Müsəlmanların 7-ci imamı hicri-qəməri tarixi ilə 182-ci ildə rəcəb ayının 25-də Abbasi xəlifəsi Harunun... Davamı..

Həzrət Əli (ə) müsəlmanlara son tövhid vəsiyyətində bunları buyurmuşdur

Həzrət Əli (ə) zərbətləndikdən sonra İmam Həsən (ə) və İmam Hüseynə (ə), ümumilikdə isə bütün müsəlmanlara vəsiyyət edir. Həmin vəsiyyətin bir yerində... Davamı..

Bu gün İslamın əzəmətli xanımı Həzrət Zeynəbin (s.ə) vəfat günüdür

İslamın əzəmətli qadınlarından və Kərbəla qəhrəmanı kimi məşhur olan Xanım Zeynəb (ə) hicrətin 5-ci ilində Cəmadiul-əvvəl ayının 5-də dünyaya göz açıb. Xanım... Davamı..