Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
12 Oktyabr 12:48
Şərh Yoxdur
1257

İmam Əli (ə): Dünya bir leşdir, onu itlər istəyər

Həzrət Əli (ə) buyurur: “Dünya bir leşdir, onu itlər istəyər”.[1]

Əgər kimsə bu leşdən yemək istəsə, itlərin həmləsinə də dözməlidir. Başqa bir yerdə Həzrət Əli (ə) buyurur: “Ey dünya, ey dünya, məndən gözünü çək! Özünü mənə təqdim edir, göstərirsən? Yoxsa mənə meyl salıb məni istəyirsən? Yaxınlaşmasın sənin vaxtın! Sənin arzun nə qədər də uzaqdır! Başqasını aldat ki, mənim sənə ehtiyacım yoxdur. Sənin təlağını üç dəfə vermişəm ki, ondan qayıdış yoxdur”.[2]

Həzrət yemək, içmək və yatmağı, əkin-biçini, ədalət əsnasında müsəlmanların işini idarə etməyi nəzərdə tutmurdu. O, məqampərəstlik, haramçılıq, təcavüz və bu kimi işlərə üç dəfə təlaq vermişdir.

Cəməl döyüşündə Təlhə və Zübeyr Bəsrəni öz xam xəyalları ilə fəth etdikdə ilk olaraq beytul-malın qapısını açdılar. Gözləri qızıl və gümüş sikkə təpələrini gördükdə dedilər ki, məqsədimizə çatıb qələbə çalmışıq.

Sonra Həzrət Əlinin (ə) qoşunu hücum edib yenidən Bəsrəni geri qaytardılar. Həzrət həmin qızıl-gümüş təpələrinin qarşısında durub dedi: “Ey qızıl-gümüş, ey sarı və ağ pullar, məni aldada bilməzsiniz. Çünki mən dünyayaüç dəfə təlaq vermişəm, o ki qala sizə…”[3]

Həzrətin məqsədi hakimiyyət deyildi. O, bu hakimiyyəti qorumağa çalışırdı. Haqq və ədaləti bərqarar etmək üçün olan xilafət dünya deyil. Quran buyurur:

“Kafirlər yalnız qəflətdə və aldanmaqdadırlar “.[4]

Çünki yalnız dünya fikirindədirlər. Həzrətin dövründəki beytul-mala məmur şəxs  bir dəfə Həzrətə dedi: “Bir şəxs sizə ehtiyacı olduğunu və borclu olduğunu deyərək bir şey istədikdə, siz dediniz ki ona min vahid verim. Amma demədiniz ki, min vahid qızıl verim, yoxsa gümüş?”

Həzrət buyurdu: “Hər ikisi mənim nəzərimdə daşdır (biri sarıdır, biri ağ) Onun çətinliyini hansı həll edəcəksə, ondan verin”.[5]

Həzrət Əli (ə) “Nəhcül-Bəlağə”də qardaşı Əqil ondan bir şey istədikdə, ibrət alsın deyə, onun bədəninə yanar dəmir yaxınlaşdırması əhvalatını nəql edəndən sonra buyurur: Əqlin əhvalatından daha təəccüblüsü bir şəxsin[6] axşam, ağzıbağlı qabdakı hədiyyə ilə və nifrət edib barəsində bədbin olduğum, sanki ilanın tüpürcəyi və ya qusmağı ilə qatışdırılmış halva ilə yanımıza gəlməsidir. Ona dedim: “Bu hədiyyədir, zəkatdır, yoxsa sədəqə? Zəkat ilə sədəqə biz Əhli-beytə haramdır”.

Dedi: “Zəkat və sədəqə deyil, hədiyyədir”.

(Bu hədiyyəni görməkdən məqsədi batil olduğu və əslində onun hədiyyə adlandırdığı şey rüşvət olduğu üçün) Dedim: “Anan matəmində ağlasın. Məni Allahın dininin yolu ilə gəlib aldadırsan? (Məni bu yolla aldatmaq istədiyini) dərk edib anlamırsan, dəlisən, yoxsa boş-boş danışırsan? Allaha and olsun, əgər yeddi iqlim onların göylərinin altında olan bütün şeylərlə birlikdə mənə versələr ki, bir qarışqanın ağzından arpanın qabığını çıxarmaqla Allaha itaətsizlik edim, etmərəm”.[7]

Həzrət bu bəyanında dünyanın batinindən bir qismini bizə göstərir ki, dünyanın batini elə bir xəmirdir ki, ilanın tüpürcəyi və ya qusmağı ilə qatışdırılmışdır. Onun müqabilində ibadətin batini vardır; bağ-bağca, Cənnət və Nəim… Əgər pərdələri kənara çəkə bilsəydik, onun arxasında nə olduğunu başa düşərdik. Bizə deyilib ki, dərs, bəhs və mədrəsə ilə bu dünyanın pərdə arxasını görməyimiz lazımdır deyil. Əgər özünüzü hazırlasanız, ilahi nəsim pərdəni kənara çəkər və siz də sirləri görərsiniz. Heyif deyilmi insan ölsün, amm sirlərdən xəbərdar olmasın? O sirləri müşahidə etmək vəsf edilməyəcək qədər ləzzətli və xoşdur. İnsan təbiət aləminin pərdəarxasını gördükdə daha heç nə ona mane olmaz, təhdid və tamah onu hədəfindən yaındırmaz. Nə bir şeyə qəlbən bağlanar, nə də bir hədəfindən yayındırmaz. Nə bir şeyə qəlbən bağlanar, nə də bir şeydən qorxar.

 

www.ahliman.info

[1] «Bihar» cild 87, səh. 289.

[2] «Nəhcül-Bəlağə» hikmət 74.

[3] «Əl-ğarat» cild 1, səh. 54; «Bihar» cild 40, səh. 333.

[4] «Mülk» surəsi, ayə 20.

[5] «Bihar» cild 41, səh. 32.

[6] Münafiq, ikiüzlü və İmam (ə) düşmənlərindən olan və o Həzrətin də düşmən bildiyi Əşəs ibn Qeys nəzərdə tutulur.

[7] «Nəhcül-Bəlağə» xütbə 224.

Digər “Əhli-Beyt ” Xəbərləri

Bu gün həzrət Muhəmmədin (s) və İmam Sadiqin (ə) mövlud günüdür – Mövlud gününün əməlləri

Oktyabr ayının 24-ü hicri qəməri təqvimi ilə rəbiul-əvvəl ayının 17-si əziz İslam Peyğəmbəri həzrət Muhəmməd (s) və altıncı İmam Cəfər Sadiqin (ə)... Davamı..

İmam Rzanı (ə) mədh edərək əlindən bəxşiş alan Şeyx İbrahim Türk

Şeyx Məhəmməd Razi yazır: Böyük alim və şəxsiyyətlərdən eşitdim ki: Sahibi Zamani ləqəbi ilə tanınan şeyx İbrahim Türk Məhşədə imam Rzanın (ə)... Davamı..

İmam Həsən Müctəbanın (ə) ürəkdağlayan şəhadəti

İmam Sadiq (ə) nəql edir: “Həzrət İmam Həsən (ə) öz əhli-beytinə belə buyurmuşdu: “Mən Peyğəmbər (s) kimi zəhərlə şəhid olacağam”. Və soruşurlar... Davamı..

İmam Hüseynin (ə) qızı xanım Fatimə (s.ə): Allah-Təala bizi sizin, sizi isə bizim vasitəmizlə imtahan etdi

Zeyd ibn Musa ibn Cəfər (ə) öz ata babalarından rəvayət edir ki, Fatimə Kərbəladan kufəyə gələndən sonra orada bu xütbəni söylədi: “Daşlar... Davamı..

Həzrət Zeynəb (s.ə): Siz kənizlər kimi yaltaq, zibillikdə bitən bitkilər kimisiniz

Bəşir ibn Huzeym Əsədi deyir: “Əmirəl-mömininin (ə) qızı Zeynəbi (s.ə) gördüm. Allaha and olsun, ömrüm boyu ondan natiq bir qadın görməmişdim. Elə... Davamı..

İmam Sadiq (ə): Arifin cismi camaat ilə qəlbi isə Allahladır

İmam Sadiq (ə) buyurur: “Arifin cismi camaat ilə qəlbi isə Allahladır. Əgər bir göz qırpımı qədəri qəlbi Allahı yad etməkdən qafil olsa,... Davamı..

İmam Hüseyn (ə) buyurdu: Südəmər balamı yanıma gətir onunla vidalaşım

İmam Hüseyn (ə) xeymənin qapısına tərəf gəlib Zeynəbə (s.ə) buyurdu: “Südəmər balamı yanıma gətir, onunla vidalaşım“. Həzrət, Əli Əsgəri qucağına alıb öpmək... Davamı..

Mələklər imam Hüseynə (ə) köməyə harada gəlmişdir? İmam (ə) Onları haraya çağırdı?

Şeyx Müfid «Məvlidun-nəbiyy və Məvlidul-övsiya» kitabında İmam Sadiqdəm (ə) rəvayət edir: İmam Hüseyn (ə) Məkkədən çıxan zaman bir dəstə mələk silahlanmış və... Davamı..